Qazaxıstanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrin sayı son bir ildə iki dəfə artıb
Qazaxıstanda təhsil alan azərbaycanlı tələbələrin sayı son bir il ərzində demək olar ki, iki dəfə artıb.
"Report" xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel Bakıda keçirilən "Study in Kazakhstan" beynəlxalq təhsil sərgisində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, oxşar sərgi ötən ilin mart ayında keçirilmişdi və artıq bu gün onun praktiki nəticələrini müşahidə etmək mümkündür.
"Cəmi bir il ərzində Qazaxıstanda təhsil alan azərbaycanlı tələbələrin sayı iki dəfə artıb. Biz hesab edirik ki, bugünkü sərgi bu göstəricinin daha da artmasına öz töhfəsini verəcək", - o qeyd edib.
Səfir ölkələr arasında təhsil əməkdaşlığının inkişafının vacibliyini vurğulayaraq qeyd edib ki, Qazaxıstan tədricən böyük regional təhsil habına çevrilir.
Onun sözlərinə görə, Qazaxıstan universitetləri əcnəbi tələbələri fəal şəkildə cəlb edir, onların beynəlxalq reytinqlərdəki mövqeləri isə möhkəmlənməkdə davam edir: "Bu, ölkə rəhbərliyinin sistemli siyasətinin və aparıcı xarici ali məktəblərlə tərəfdaşlığın genişləndirilməsinin nəticəsidir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 112 Tarix: 02 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZaqatalada canavar 47 yaşlı kişiyə hücum edib
Zaqatalada kəndə hücum edən canavar 47 yaşlı kişiyə ağır xəsarətlər yetirib. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Car kəndinin inzibati ərazi vahidinə daxil olan Axaxdərə kəndində baş verib. Belə ki, həmin kəndin sakini Aydın Qurbanov yaşadığ
15:30 143 Azərbaycanda manatla geniş pul kütləsi 7 % artıb
Bu il aprelin 1-nə Azərbaycanda geniş mənada pul kütləsi (M3 aqreqatı) 49 milyard 979,4 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1,8 % çox, ilin əvvəli ilə müqayisədə 0,2 % çox, ötən ilin eyni dövrünə nisbətən 7 % çoxdur
16:30 128 Rusiya ordusu Ukraynada daha bir yaşayış məntəqəsini nəzarətə götürdü
Rusiya Silahlı Qüvvələri Ukraynanın Sumı vilayətində yaşayış məntəqəsini nəzarətə götürüb. -ın xəbərinə görə, bu barədə ölkənin Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, Rusiya qoşunları Sumı vilayətində Miropolye yaşayış məntəqəsini nəzarət altına alıb
19:20 74 Alimdən iddia: İnsanlar 3 ildən sonra keçmişə səyahət edə biləcək
Bəzi futuristlərə görə, texnologiyanın inkişafı insan həyatının orta müddətini əhəmiyyətli dərəcədə uzada bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Popular Mechanics" yazır. Qeyd olunur ki, futurologiya sahəsində "uzunömürlülükdən qaçış sürəti" adlı ideya müzakirə olunur. "Bu
01.05.2026 333 Elçin Əmirbəyov: "Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür"
Azərbaycan təbii qazının Avropa İttifaqı (Aİ) ölkələrinə ixracının ikiqat artırılması prinsip etibarilə mümkündür. "Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İtaliyanın portalına müsahibəsində deyib. Onun sözlərinə görə, ən əsas
17:50 113 Cevdet Yılmaz Ermənistana səfər edəcək
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz gələn həftə Ermənistana səfər edəcək. Bu barədə "Report" "Anadolu" Agentliyinə istinadən xəbər verir. Bildirilib ki, C.Yılmaz mayın 4-də İrəvanda keçiriləcək "Avropa Siyasi Birliyi"nin 8-ci sammitində Türkiyəni təmsil edəcək. Qey
15:40 133 Ölkədə pensiya yaşı 60-a SALINIR?
Azərbaycanda aktual məsələlərdən biri olan pensiya sistemi ilə bağlı müzakirələr davam edir. Belə ki, sosial şəbəkələrdə vətəndaşlar müzakirə zamanı pensiya sistemində problemlərin olduğunu mövcudluğu və bu istiqamətdə müxtəlif dəyişikliklərə ehtiyac olduğunu qeyd edirlər. Əsasən pensiya yaşı, pensiy
16:04 182 Bakıda itkin düşən şəxsin GÖLDƏ MEYİTİ TAPILDI
Bakıda göldən 58 yaşlı kişi meyiti tapılıb. -ın əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonu Qala qəsəbəsində qeydə alınıb. Belə ki, Bakı sakini olan 1968-ci il təvəllüdlü Etibar Məhiyəddin oğlu Kərimovun meyiti qəsəbə ərazisindəki göldə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Məlumat
15:00 177 KİV: Ən pis ssenari artıq baş verib
ABŞ administrasiyasının son günlərdəki addımları onun diqqətini Ukrayna böhranından İrana qarşı müharibəyə yönəltdiyi bir vaxtda Avropa ölkələri ilə əməkdaşlıq etmək deyil, onları qınamaq və cəzalandırmaq niyyətində olduğunu sübut edir. xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb
19:30 58