DİQQƏT! Pensiyaçılara ŞAD XƏBƏR
Azərbaycanda sosial təminat sahəsində aparılan islahatlar fonunda pensiya məbləğləri yenidən gündəmə gəlib. Rəsmi açıqlamalarda ölkədə orta pensiyanın 594 manat, yaşa görə isə 632 manat olduğu bildirilir. Lakin artan qiymətlər, xüsusilə ərzaq və dərman xərclərinin yüksəlməsi fonunda bu məbləğlərin vətəndaşların real ehtiyaclarını nə dərəcədə qarşıladığı sual doğurur.
Bəs, orta pensiya məbləği artırıla bilərmi?
Mövzu ilə bağlı Konkret.az-a açıqlama verən iqtisadçı ekspert Günay Hüseynova bildirib ki, cəmiyyətdə təqdim olunan rəqəmlərlə bağlı yanlış təsəvvür formalaşmamalıdır.
Onun sözlərinə görə, açıqlanan göstəricilər minimum pensiya deyil, orta statistik məbləğdir:
"Bu rəqəmlər bütün pensiyaçıların aldığı konkret məbləği əks etdirmir. İş stajı və fərdi göstəricilərdən asılı olaraq pensiyalar dəyişir və bu da orta rəqəmi yüksəldir.
Vətəndaş üçün vacib olan orta pensiyanın artması yox, həmin vəsaitin gündəlik xərcləri qarşılaya bilməsidir. Kommunal ödənişlər, ərzaq məhsulları, xüsusilə, yaşlı insanların dərman və müalicə xərcləri artır. Əgər pensiya artımı bu xərcləri kompensasiya etmirsə, real faydası məhdud olur."
Günay Hüseynova əlavə edib ki, gəlir artımlarında faiz prinsipi bərabərsizliyi daha da dərinləşdirə bilər:
"Əgər biri 430 manat, digəri isə 1500 manat gəlir əldə edirsə, faizlə artım yüksək gəlirli şəxslərə daha çox üstünlük verir. Bu isə sosial balansı pozacaq.
Bir çox ölkələrdə pensiya artımı ilə paralel olaraq əlavə sosial dəstək mexanizmləri də tətbiq olunur. Məsələn, Türkiyədə 65 yaşdan yuxarı şəxslər üçün şəhərdaxili nəqliyyat pulsuzdur. Şəhərlərarası nəqliyyat və hava daşımalarında isə xüsusi endirimlər mövcuddur. Bu yanaşma pensiyaçıların xərclərini azaltmağa xidmət edir. Pensiyanın artacağı xəbəri yayılanda bazarda qiymətlərin yüksəlməsi müşahidə olunur. Halbuki, alıcı kütləsi yalnız pensiyaçılardan ibarət deyil."
Beləliklə, ekspertin qənaətinə görə, pensiyaların artırılması ilə yanaşı, sosial xərclərin azaldılması və əlavə güzəşt mexanizmlərinin tətbiqi daha effektiv nəticə verə bilər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1052 Tarix: 03 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSizə aşiq olan oğlanı rədd etməyin 4 təsirli yolu
Qadınla kişi arasında dostluq səmimi və romantik hisslərdən uzaq ola bilər. Lakin bəzən tərəflərdən biri bu münasibəti sevgiyə çevirmək istəyir. Hisslər qarşılıqlı olmadıqda isə dostluğu qorumaq və qarşı tərəfə yanlış ümid verməmək çətinləşir. xəbər verir ki, belə vəziyyətlərdə şəxsi sərhədləri aydı
02.10.2026 167 "Forsaj" serial olacaq
"Peacock" platforması məşhur "Forsaj" film franşizası əsasında serial hazırlanacağını açıqlayıb. Axşam.az xəbər verir ki, ekran işinin ulduzu Vin Dizel serialın icraçı prodüseri olacaq. Onun layihədə aktyor kimi rol alıb-almayacağı isə hələ məlum deyil. Serialın premyerasının 2028-c
02.10.2026 127 Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
Azərbaycanda cari ilin ötən dövrü ərzində valideyn himayəsindən məhrum olmuş 105 uşaq övladlığa verilib. Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Sosial Xidmətlər Agentliyindən bildirilib. Övladlığa verilən uşaqlardan 53-ü qız, 52-si isə oğlandır
02.10.2026 145 Məscidlərdən ən çox nə oğurlanır? - Nəzir qutusu, xalça...
Məscid insanın özünü təhlükəsiz hiss etdiyi, ibadətə və sakitliyə gəldiyi məkanlardan biridir. Buna görə də burada baş verən oğurluq adi küçə cinayətindən daha çox diqqət çəkir. İnsan namaz qılarkən ayaqqabısını, telefonunu, pul kisəsini bir kənara qoyur, nəzir qutusuna pul atır və təbii olaraq həmi
02.10.2026 161 "Melissa Park"ın əməkdaşı külli miqdarda narkotiklə tutulub
Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 1997-ci il təvəllüdlü Maqsud İbrahimov (soyad şərtidir
02.10.2026 185 Qardaşı da nişanlandı
Mediada müğənni Roza Zərgərlinin övladlığa götürdüyü oğlu kimi tanınan Jerar Qafarov da ailə qurmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aktyor qardaşı Corc Qafarovdan sonra Jerar da nişanlanıb. O, nişan mərasimindən görüntüləri paylaşaraq "Xoşbəxt həyat yoldaşı, xoşbəxt həyat" şərhini yazıb
02.10.2026 335 Aktyor və ailəsi hoteldə ölümdən son anda xilas oldular
Rusiyalı aktyor İvan Oxlobıstin Donbasda olarkən həyat yoldaşı və kürəkəni ilə birlikdə atəşə tutulub. Axşam.az xəbər verir ki, bu barədə onun dostu, kinorejissor Oleq Fomin məlumat verib. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin atdığı mərmi aktyorun qaldığı hotel otağına düşüb. Hadisə Oxlobısti
02.10.2026 169 Azərbaycanda süni intellekt hansı səviyyədədir? - Ekspertdən AÇIQLAMA
"Azərbaycanda süni intellektin (Sİ) inkişafı hazırda həm böyük potensialın, həm də müəyyən boşluqların mövcud olduğu keçid mərhələsindədir. Ümumilikdə vəziyyəti "başlanğıc-orta" səviyyədə, lakin sürətlə inkişaf edən proses kimi qiymətləndirmək olar. Məsələyə bir neçə aspektdən yanaşma
02.10.2026 200 Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video
Bakının Yasamal rayonunda fəaliyyət göstərən restoran ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub. Məlumat -ın sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən verilib. "Bakıxanov küçəsi, 2 ünvanında yerləşən "Scalini" restoranının havalandırma sisteminə quraşdırılmı
02.10.2026 184