Ərdoğan: Türkmanlar Türkiyə ilə İraq arasında əlaqələrin əhəmiyyətli ünsürüdür

Ərdoğan: Türkmanlar Türkiyə ilə İraq arasında əlaqələrin əhəmiyyətli ünsürüdürTürkmanlar Türkiyə ilə İraq arasında qardaşlıq əlaqələrinin əhəmiyyətli ünsürüdür.

"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqda baş nazirliyə namizədliyi irəli sürülmüş Məhəmməd Əli Zeydi ilə telefon danışığında deyib.

Telefon danışığının detalları Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən "X" sosial media hesabında paylaşılıb.

Bildirilib ki, Ərdoğan qarşı tərəfə İraqda balanslı və sabit hökumətin qurulacağına ümid etdiyini bildirib.

Türkiyə Prezidenti ölkəsinin İraqla əməkdaşlığa strateji və institusional əsasda ciddi önəm verdiyini, yeni dövrdə bunu daha da inkişaf etdirməyi hədəflədiyini Əli Zeydinin diqqətinə çatdırıb.

Ərdoğan həmçinin Türkiyənin terrorla mübarizə, müdafiə sənayesi, enerji və nəqliyyat kimi bir çox sahələrdə İraqla əməkdaşlığı gücləndirməkdə istəkli olduğunu bildirib.

Qeyd edək ki, İraqda baş nazirliyə Məhəmməd Əli Zeydinin namizədliyi irəli sürülüb. Ölkə prezidenti Nizar Amidinin yeni hökumət qurmaq vəzifəsini ona həvalə etməsi gözlənilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 104   Tarix: 03 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ABŞ daha bir ölkəyə hücum planlaşdırır?

ABŞ Administrasiyası Kubada hakimiyyətin dəyişdirilməsi məqsədilə hərbi əməliyyatlar variantını nəzərdən keçirir. xəbər verir ki, bu barədə "Politico" mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Vaşinqton hələlik diplomatik vasitələrə üstünlük verir və rəsmi Havananı iqtisadi islahatlar

16:50 0
.

Evində bu səhvi edənlər 600 manat cərimə ÖDƏYƏCƏK

Həyət evlərinin qarşısındakı boş sahələri şəxsi mülkiyyəti hesab edən sakinlər gözlənilməz cərimələrlə üzləşə bilərlər. Qapı ağzında gül əkmək və ya avtomobil saxlamaq üçün xüsusi yer ayırmaq hər zaman qanuni hesab olunmur. Hüquqşünas Əkrəm Həsənov -a bu məsələnin birbaşa mülkiyyət hüququ ilə bağlı olduğun

00:32 509
.

Ağ Ev liderindən gözlənilməz etiraf: "Biz dəniz quldurları kimi davrandıq"

Donald Tramp ABŞ hərbçilərinin İranın neft daşıyan tankerlərində müsadirə edərkən özlərini dəniz quldurları kimi apardıqlarını etiraf edib. xəbər verir ki, ABŞ lideri bu bəyanatla Florida ştatının Uest-Palm-Biç şəhərində yerli "Forum" klubunun iştirakçıları qarşısında çıxış edərkən çıxış edib

10:30 169
.

Azərbaycanda bank depozitləri il ərzində 3 % artıb

Bu il aprelin 1-nə Azərbaycan banklarının depozit portfeli 41 milyard 660,2 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,8 % çox, ilin əvvəli ilə müqayisədə 0,2 % az, ötən il aprelin 1-nə nisbətən isə 2,9 % çoxdur. Depozi

12:10 150
.

Fransa ABŞ və İran arasında sülhün əldə olunacağına ümid edir

Fransa diplomatik təşəbbüslərin davam etdirilməsi fonunda ABŞ və İran arasında sülhün əldə olunacağına ümid edir. "Report" xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığında vurğulayıb. "Fransanın xarici işlər naziri ölkəsini

17:20 0
.

Slovakiyanın Azərbaycandakı səfiri: Qarabağın bərpa miqyası heyranlıq doğurur

Azərbaycanın Qarabağ bölgəsinin bərpa templəri dəyərli biliklər verir. "Report" xəbər verir ki, bu barədə Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov "X" sosial şəbəkəsindəki səhifəsində yazıb. "Həmkarlarımla (xarici diplomatik korpusun nümayəndələri mayın 1-2-də bölgəy

11:10 144
.

Azərbaycanda pul verib əsgər getməmək mümkün OLACAQ?

Azərbaycanda 18 yaşına çatmış vətəndaşlar "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanuna uyğun olaraq müddətli həqiqi hərbi xidmətə cəlb edilirlər. Müəyyən hallarda (məsələn, təhsil, sağlamlıq durumu və s.) qanunla nəzərdə tutulmuş əsaslarla hərbi xidmətə çağırışa möhlət verilə bilər. Bir sır

12:20 230
.

Hindistan yükü daşıyan tanker Hörmüz boğazını keçib

Marşal Adaları bayrağı altında üzən və göyərtəsində Hindistan yükü olan "MT Sarv Shakti" qaz tankeri Hörmüz boğazını təhlükəsiz şəkildə keçib. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən ANI məlumat yayıb. "18-i Hindistan vətəndaşı olmaqla, göyərtəsindəki 20 ekipa

17:10 0
.

Almaniya ABŞ qoşunlarının ölkədən çıxarılması fonunda Aİ-ni müdafiəni gücləndirməyə çağırıb

Almaniyadakı ABŞ qoşunlarının sayının azaldılması avropalılar üçün öz müdafiələrini daha da gücləndirməyə stimul olmalıdır. "Report"un "Reuters"ə istinadən verdiyi məlumata görə, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib. Onun sözlərinə görə, Vaşinqtonun bu addımı gözlənilə

14:10 119
.

TOP MP3