Tayani Yaxın Şərqdə gərginliyin dərhal azaldılmasına çağırıb
İtaliyanın xarici işlər naziri Antonio Tayani iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığında İran və ABŞ qarşıdurması fonunda Yaxın Şərqdəki mövcud vəziyyəti müzakirə edib.
"Report" xəbər verir ki, bu barədə Tayani "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Mən İtaliyanın regional gərginliyin artmasından ciddi şəkildə narahat olduğunu vurğulamaq, gələcək gərginlikdən qaçmağın və atəşkəs razılaşmasının əldə olunması istiqamətində səyləri fəallaşdırmağın zəruriliyini qeyd etmək istədim", - paylaşımda bildirilir.
İtaliyalı nazir münaqişə tərəflərini Hörmüz boğazından gəmiçiliyin bərpa edilməsinə çağırıb. Tayaninin fikrincə, bu, Afrikada ərzaq təhlükəsizliyi və sabitlik üçün mənfi nəticələrin qarşısını alacaq.
"Mən açıq şəkildə təsdiqlədim ki, İtaliya üçün İranın nüvə proqramının hərbi məqsədlərlə inkişaf etdirilməsi regionda təhlükəli nüvə silahlanması yarışının başlaması kimi real riskə malik qırmızı xəttdir", - Tayani vurğulayıb.
İtaliyanın XİN rəhbəri Əraqçi ilə söhbətində həmçinin Tehranı Livanda sülhün diplomatik yolla əldə edilməsi üçün İsrailə qarşı hücumları dayandırmaq məqsədilə "Hizbullah" qruplaşmasına olan nüfuzundan istifadə etməyə çağırıb.
"İtaliya bütün tərəfdaşlarla dialoq kanallarını açıq saxlamaqla və Yaxın Şərqdə sabitliyə töhfə verməklə sülhün əldə olunmasına yönəlmiş bütün beynəlxalq səylərin dəstəklənməsinə getdikcə daha fəal şəkildə kömək edir", - İtaliyanın XİN rəhbəri yekunlaşdırıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 462 Tarix: 03 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusiya raket və dron hücumu həyata keçirərkən Kiyevdə gecə partlayışlar baş verir
Rusiya cümə axşamı səhər saatlarında Ukraynanın paytaxtı Kiyevə yüzlərlə dron və onlarla raket ataraq yaşayış binalarını dağıdıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, gecə ərzində paytaxtda baş verən çoxsaylı partlayışlar nəticəsində binalar silkələnib və əks-səda verib, ən azı 13 nəfər ölüb, onlarl
02.07.2026 223 Deniz Göktaş saxlanıldı
Türkiyəli komediyaçı Deniz Göktaş stand-up çıxışında "Qurani-Kərim" və vəhy prosesi ilə bağlı səsləndirdiyi fikirlərə görə saxlanılıb. "Qafqazinfo" "Hürriyet"ə istinadən xəbər verir ki, xaricdən Türkiyəyə qayıdan Göktaş İstanbul Hava Limanında pasport nəzarəti zamanı saxlanılıb
02.07.2026 195 Sabah geomaqnit qasırğası olacaq
İyulun 3-də geomaqnit qasırğasının baş verməsi gözlənilir. Bu barədə Axşam.az-a Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, iyulun 4-də isə qasırğanın bir az zəifləyərək davam edəcəyi proqnozlaşdırılır
02.07.2026 218 Dünyanın ən təmiz çimərlikləri haradadır? (SİYAHI)
İspaniya ardıcıl ikinci il "Blue Flag" ("Mavi bayraq") ekoloji sertifikatına layiq görülən çimərliklərin sayına görə dünya lideri olub. Qaynarinfo xəbər verir ki, bu barədə "Conde Nast Traveler" nəşri məlumat yayıb. "Blue Flag" sertifikatı yalnız təmiz suya v
02.07.2026 126 İsrail Qəzza zolağında HƏMAS hədəflərinə zərbələr endirib
İsrail ordusu Qəzza zolağında HƏMAS-a məxsus olduğu bildirilən bir sıra hədəflərə hava zərbələri endirib. BİG.AZ NBC News-a istinadən xəbər verir ki, İsrail ordusunun açıqlamasına görə, əməliyyat zamanı HƏMAS-ın hərbi infrastruktur obyektləri və silahlı qruplaşmanın fəaliyyət göstərdiyi iddia edilə
02.07.2026 223 İsrail Hizbullah hədəflərinə hava zərbələri endirib
İsrail ordusu Livanın cənubunda Hizbullahın mövqelərinə hava zərbələri endirib. Məlumata görə, əməliyyat zamanı Hizbullaha məxsus olduğu bildirilən bir sıra hərbi obyektlər hədəfə alınıb. BİG.AZ ABC News-a istinadən xəbər verir ki, İsrail tərəfi zərbələrin təhlükəsizlik təhdidlərinin qarşısını alma
02.07.2026 207 Sevgilisi İkardidən ayrıldı - Qısqanclığa görə
"Qalatasaray"ın keçmiş futbolçusu Mauro İkardi ilə aktrisa Çin Suaresin münasibətinin başa çatdığı iddia olunur. xarici KİV-ə istinadla xəbər verir ki, iddialara görə, ayrılığın əsas səbəbi cütlüyün şəxsi həyatında davam edən problemlər və İkardinin bəzi davranışları olub. Gündəlik həyatd
02.07.2026 235 Ekspert: Rusiyanı yaxın dövrdə mürəkkəb seçimlər gözləyir
"Ukraynanın son dövrlərdə Rusiyanın dərinliklərinə, o cümlədən Moskva və digər iri şəhərlərə endirdiyi zərbələr müharibənin xarakterini əhəmiyyətli dərəcədə dəyişib. Əgər əvvəllər döyüşlər əsasən cəbhə xətti ilə məhdudlaşırdısa, indi Rusiya cəmiyyəti də müharibənin təhlükəsiz hesab edilən ərazilər
02.07.2026 205 Paytaxtda 177 eskalator yenilənəcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq payiz aylarında Bakı şəhərində yerləşən yerüstü və yeraltı piyada keçidlərində istismar müddətini başa vurmuş eskalator və bəzi liftlər yenilənəcək. Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə
02.07.2026 207