"Körpənin həyatını xilas etmişdi" - Həmin həkimlə bağlı təsirli sözlər

"Körpənin həyatını xilas etmişdi" - Həmin həkimlə bağlı təsirli sözlərHəkim yoldaşı Milli Onkologiya Mərkəzində partlayış nəticəsində xəsarət alan və beyin ölümü keçirən həkim Asif Nəsirli ilə bağlı təsirli paylaşım edib. Həmkarı Şahin Məmmədov A. Nəsirli ilə illər öncə həyata keçirdiyi bir proseduru danışıb:

"Milli Onkologiya Mərkəzinin uşaq korpusu təzə açılmışdı. Ora ilk təyin olunan anestezioloq mən olmuşdum o vaxt. Və 3 il uşaq onkologiyasında uşaq anestezioloq reanimatoloqu işləmişəm. Uşaqları çox sevdiyimdən işə başladığım ilk gündən hər dəfə onkoloji uşaq gələndə həddən artıq pis olurdum. Digər həkimlər kimi. Hətta dözə biləcəyimə, psixoloji davam gətirəcəyimə əmin deyildim.

Təxmini 2 həftə olardı işləyirdim ki, çox şirin bir uşaq gətirdilər həkimlər otağına. Qız uşağı idi təxmini 7-8 aylıq. Anası ağlamaqdan süstləşmişdi, səsi batmışdı. İranda müayinələr olunmuşdu, orada müalicəsi mümkün olmamışdı. Uşağı götürüb qucağımızda biraz oynatdıq, əzizlədik. Həmin vaxt onkoloq həkimlər müayinə kağızlarını araşdırırdı. Məlum oldu ki bu şirin körpədə uzunsov beyində, düz ürək damar və tənəffüs mərkəzinin üstündə bədxassəli şiş var.

İrandakı və Azərbaycanda bir çox neyrocərrahlar baxmışdı, əməliyyatın qeyri mümkün olduğunu bildirmişdi. Riskli zona olduğu üçün heç bir cərrahi əməliyyat mümkün deyildi.
Otaqdakı həkimlər həddən artıq pis olmuşdu. Bu körpəyə kömək edə bilməyəcəyimizə görə, çarəsizlik hissi şəxsən mənə böyük bir stress yaşatdı. Körpə isə bizə baxıb gülümsəyir, dünyadan xəbəri yox idi.. Bu şişlə bir iki ay ömrü qalmışdı.

Uşaq üzrə xüsusi ixtisaslaşmış şüa terapevti Asif Nəsirlini konsiliuma çağırdılar. Mən həmin vaxt bu cavan, mehriban həkimi ilk dəfə görürdüm. Hamımız nəfəsimizi saxlayıb onun nə deyəcəyini gözləyirdik. MRT plyonkalarına diqqətlə baxdı, dedi köməklik etmək mümkündür. Onun optimist cavabından sonra xeyli ümidləndim, sevindim. Məndən şüa terapiyası stolunda təxmini 15 gün ard-arda narkoz verə biləcəyimi soruşdu. Məndən tələb o oldu ki, hər dəfə uşaq qətiyyən tərpənməməlidir. Şüa dəqiqliklə uzunsov beyinin üzərindəki şişə fokuslanmalı idi. Azca hərəkət hədəfdən kənar toxumaların- həyati vacib mərkəzlərin zədələnməsinə səbəb ola bilərdi.

Mən hazırlğıma başladım, səhəri gün uşağa ilk venadaxili sedasiya verdim. Çox riskli idi, çünki elə doza seçməli idim ki, həm uşaq dərin yatsın, həm də o dərinlikdə olmasın ki, tənəffüsü pozulmasın. Əlavə çətinlik o idi ki, mən uşağı yatırdandan sonra otağı tərk etməli idim.

2 həftədən çox hər gün səhərlər bu uşağı anesteziya etdim şüa otağında. Asif Nəsirli isə həm mürəkkəb radiotexnika ilə işləyir, şişin üzərinə şüa verirdi, həm də mənə anesteziyada köməklik edirdi. Onunla birgə ilk dəfə həmin otağa kamera qoyduq, kameranı monitora tərəf çevirdik ki, uşağı otaqdan kənarda izləyə bilim.

Qısaca deyim, bu ilk uşaq xəstə idi şüa mərkəzində sedasiya edirdim. Əziyyətimiz hədər getmədi. Həmin qız sağaldı. Şiş tamamilə yoxa çıxdı. Asif Nəsirli o balaca körpənin həyatını xilas etmişdi.

İşlədiyi 18 il ərzində yüzlərlə uşağa şüa müalicəsi tətbiq etdi. Çox savadlı idi, dəfələrlə ondan məsləhətlər almışam, tam təmənnasız kömək edib. Kimləri onun yanına göndərmişdim, hamısı yerlə göy qədər ondan razılıq edirdi. Asif Nəsirli çox mehriban, sadə, işgüzar həkim idi. Kollektivin sevimlisi idi. Bütün onu tanıyanlar təsdiqləyər o necə humanist, dəyərli biri idi. Heyf. Azərbaycan xalqı belə gözəl həkimi itirdi".(musavat.com)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 794   Tarix: 03 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Fransada polis 600 etirazçını həbs edib

Fransada yuxarı sinif şagirdlərinin və ali məktəb tələbələrinin davam edən etiraz aksiyaları 564 məktəbdə dərs prosesinin pozulmasına səbəb olub. "Report" xəbər verir ki, bu barədə Fransa mediası Milli Təhsil Nazirliyinə istinadən məlumat yayıb. Bundan başqa, tələbə ittifaqı 25-dən çox universite

02.10.2026 142
.

Məscidlərdən ən çox nə oğurlanır? - Nəzir qutusu, xalça...

Məscid insanın özünü təhlükəsiz hiss etdiyi, ibadətə və sakitliyə gəldiyi məkanlardan biridir. Buna görə də burada baş verən oğurluq adi küçə cinayətindən daha çox diqqət çəkir. İnsan namaz qılarkən ayaqqabısını, telefonunu, pul kisəsini bir kənara qoyur, nəzir qutusuna pul atır və təbii olaraq həmi

02.10.2026 161
.

Uşaqlar məktəbin qarşısında paylanılan konfetdən zəhərlənib? - Açıqlama

Sosial şəbəkələrdə məktəbin qarşısında naməlum şəxsin uşaqlara konfet paylaması və bundan sonra onların zəhərlənməsi barədə səs yazısı yayılıb. DİN Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, yayılan səs yazısı ilə bağlı aparılan araşdırma nəticəsində səsləndirilən iddialar təsdiqin

02.10.2026 360
.

"Forsaj" serial olacaq

"Peacock" platforması məşhur "Forsaj" film franşizası əsasında serial hazırlanacağını açıqlayıb. Axşam.az xəbər verir ki, ekran işinin ulduzu Vin Dizel serialın icraçı prodüseri olacaq. Onun layihədə aktyor kimi rol alıb-almayacağı isə hələ məlum deyil. Serialın premyerasının 2028-c

02.10.2026 127
.

Rusiya Aİİ çərçivəsində sənaye əməkdaşlığını genişləndirmək istəyir

Rusiya Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində sənaye əməkdaşlığının genişlənəcəyini gözləyir. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya Baş naziri Mixail Mişustin Belarus Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə Avrasiya Hökumətlərarası Şurasının iclasında bildirib ki, sənay

02.10.2026 192
.

Messi vida oyunu üçün Argentinaya yollandı

Lionel Messi ailəsi ilə birlikdə Argentinanın Rosario şəhərinə gedib. Teleqraf xəbər verir ki, 39 yaşlı futbolçunun yaxın günlərdə Argentina millisinin heyətində vida oyununa çıxacağı gözlənilir. Yığm oktyabrın 7-nə keçən gecə Beninlə yoldaşlıq görüşündə qarşılaşacaq. Messi Argentina millisində 207 oyu

02.10.2026 136
.

Leysan, dolu, qar... - Sabahın havası

Oktyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimal

02.10.2026 246
.

"Böyük Qayıdışın yeni mərhələsi də uğurla həyata keçiriləcək" - ŞƏRH

"Qarabağ və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır, təhsil alır". Bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Bu bölgələrin inkişafına bu günə qədər 28 milyard manat vəsaitin ayrıldığını deyən dövlətimizin başçısı bildirib:

02.10.2026 191
.

Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video

Bakının Yasamal rayonunda fəaliyyət göstərən restoran ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub. Məlumat -ın sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən verilib. "Bakıxanov küçəsi, 2 ünvanında yerləşən "Scalini" restoranının havalandırma sisteminə quraşdırılmı

02.10.2026 184
.