Afrika Biznes Şurasının prezidenti Dr. Amany Asfour Bakıya səfər edib - ilk dəfə keçirilən Africa Week tədbirində iştirak edir
Afrika Biznes Şurasının (Africa Business Council) prezidenti, tanınmış beynəlxalq iqtisadçı və sahibkar Dr. Amany Asfour Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə səfər edib. Onun səfəri Bakıda ilk dəfə təşkil olunan "Africa Week" - Afrika Həftəsi beynəlxalq tədbirində iştirak məqsədi daşıyır.
Dr. Amany Asfour hazırda Afrika qitəsində biznes və investisiya əməkdaşlığının inkişafı istiqamətində fəaliyyət göstərən nüfuzlu beynəlxalq liderlərdən biridir. O, Africa Business Council təşkilatının prezidenti kimi Afrika ölkələri arasında ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, qadın sahibkarlığının inkişafı və regional iqtisadi inteqrasiyanın təşviqi sahəsində mühüm təşəbbüslərin müəllifi kimi tanınır. Dr. Amany Asfour beynəlxalq biznes platformalarında fəal iştirak edir və Afrika ölkələrinin qlobal iqtisadi sistemə inteqrasiyası istiqamətində mühüm layihələrin həyata keçirilməsinə dəstək verir.
Məlumat üçün bildiririk ki, 05-08 may 2026-cı il tarixlərində Bakı şəhərində ilk dəfə olaraq "Africa Week" - Afrika Həftəsi beynəlxalq tədbiri keçiriləcəkdir. Bu tədbir Africa-Azerbaijan Cooperation təşkilatı tərəfindən təşkil olunur və Azərbaycan ilə Afrika ölkələri arasında iqtisadi, ticarət, investisiya, kənd təsərrüfatı, təhsil və səhiyyə sahələrində əməkdaşlığın inkişafına yönəlmiş mühüm beynəlxalq platforma hesab olunur. Tədbirdə Afrikadan 50-dən çox sahibkardan ibarət nümayəndə heyətinin iştirak etməsi planlaşdırılır.
"Africa Week" tədbiri çərçivəsində Caspian Agro Week 2026 beynəlxalq sərgisi daxilində ilk dəfə olaraq Afrika stendi (Africa Pavilion) yer alacaqdır. Afrikadan iştirak edən sahibkarlar öz məhsullarını bu stenddə təqdim edəcək, eyni zamanda yerli sahibkarlarla birbaşa görüşlər keçirərək yeni biznes əlaqələrinin qurulması istiqamətində müzakirələr aparacaqlar.
Tədbir çərçivəsində ilk dəfə olaraq Azərbaycan-Afrika Biznes Paneli, həmçinin tibbi turizm və səhiyyə əməkdaşlığı, eləcə də təhsil və akademik mübadilə istiqamətləri üzrə görüşlər və təqdimatlar keçiriləcəkdir. Bu tədbirlər Azərbaycan və Afrika ölkələri arasında yeni investisiya imkanlarının formalaşmasına, ticarət əlaqələrinin genişlənməsinə və uzunmüddətli tərəfdaşlıqların qurulmasına xidmət edəcəkdir.
Africa-Azerbaijan Cooperation təşkilatının təsisçisi və sədri Rəna Qəfərova bütün sahibkarları, şirkət nümayəndələrini və işgüzar dairələri ölkəmizdə keçiriləcək "Africa Week" beynəlxalq tədbirində fəal iştirak etməyə dəvət edib. O bildirib ki, bu tədbir Azərbaycan sahibkarları üçün Afrika bazarına çıxış əldə etmək, yeni tərəfdaşlarla tanış olmaq, öz məhsul və xidmətlərini təqdim etmək və beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirmək baxımından unikal fürsətdir.
Rəna Qəfərova qeyd edib ki, "Africa Week" təşəbbüsü Azərbaycan ilə Afrika ölkələri arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi istiqamətində yeni mərhələnin başlanğıcı olacaq və bu platforma gələcəkdə iki region arasında ticarət və investisiya əlaqələrinin daha da inkişafına mühüm töhfə verəcəkdir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 552 Tarix: 03 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFransada polis 600 etirazçını həbs edib
Fransada yuxarı sinif şagirdlərinin və ali məktəb tələbələrinin davam edən etiraz aksiyaları 564 məktəbdə dərs prosesinin pozulmasına səbəb olub. "Report" xəbər verir ki, bu barədə Fransa mediası Milli Təhsil Nazirliyinə istinadən məlumat yayıb. Bundan başqa, tələbə ittifaqı 25-dən çox universite
02.10.2026 142 Məscidlərdən ən çox nə oğurlanır? - Nəzir qutusu, xalça...
Məscid insanın özünü təhlükəsiz hiss etdiyi, ibadətə və sakitliyə gəldiyi məkanlardan biridir. Buna görə də burada baş verən oğurluq adi küçə cinayətindən daha çox diqqət çəkir. İnsan namaz qılarkən ayaqqabısını, telefonunu, pul kisəsini bir kənara qoyur, nəzir qutusuna pul atır və təbii olaraq həmi
02.10.2026 161 Uşaqlar məktəbin qarşısında paylanılan konfetdən zəhərlənib? - Açıqlama
Sosial şəbəkələrdə məktəbin qarşısında naməlum şəxsin uşaqlara konfet paylaması və bundan sonra onların zəhərlənməsi barədə səs yazısı yayılıb. DİN Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, yayılan səs yazısı ilə bağlı aparılan araşdırma nəticəsində səsləndirilən iddialar təsdiqin
02.10.2026 360 "Forsaj" serial olacaq
"Peacock" platforması məşhur "Forsaj" film franşizası əsasında serial hazırlanacağını açıqlayıb. Axşam.az xəbər verir ki, ekran işinin ulduzu Vin Dizel serialın icraçı prodüseri olacaq. Onun layihədə aktyor kimi rol alıb-almayacağı isə hələ məlum deyil. Serialın premyerasının 2028-c
02.10.2026 127 Rusiya Aİİ çərçivəsində sənaye əməkdaşlığını genişləndirmək istəyir
Rusiya Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində sənaye əməkdaşlığının genişlənəcəyini gözləyir. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya Baş naziri Mixail Mişustin Belarus Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə Avrasiya Hökumətlərarası Şurasının iclasında bildirib ki, sənay
02.10.2026 192 Messi vida oyunu üçün Argentinaya yollandı
Lionel Messi ailəsi ilə birlikdə Argentinanın Rosario şəhərinə gedib. Teleqraf xəbər verir ki, 39 yaşlı futbolçunun yaxın günlərdə Argentina millisinin heyətində vida oyununa çıxacağı gözlənilir. Yığm oktyabrın 7-nə keçən gecə Beninlə yoldaşlıq görüşündə qarşılaşacaq. Messi Argentina millisində 207 oyu
02.10.2026 136 Leysan, dolu, qar... - Sabahın havası
Oktyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimal
02.10.2026 246 "Böyük Qayıdışın yeni mərhələsi də uğurla həyata keçiriləcək" - ŞƏRH
"Qarabağ və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır, təhsil alır". Bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Bu bölgələrin inkişafına bu günə qədər 28 milyard manat vəsaitin ayrıldığını deyən dövlətimizin başçısı bildirib:
02.10.2026 191 Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video
Bakının Yasamal rayonunda fəaliyyət göstərən restoran ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub. Məlumat -ın sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən verilib. "Bakıxanov küçəsi, 2 ünvanında yerləşən "Scalini" restoranının havalandırma sisteminə quraşdırılmı
02.10.2026 184