Balıq nə vaxt təhlükəli ola bilər? - Kürü dövrü ilə bağlı həqiqətlər
"Kürü tökmə dövründə balıq istehlakı ilə bağlı yayılan fikirlər həm bioloji, həm də qida təhlükəsizliyi baxımından kifayət qədər ciddi məsələdir. Bu mövzuda müxtəlif miflər mövcud olsa da, məsələnin elmi tərəfini istehlakçılara düzgün şəkildə çatdırmaq vacibdir".
Bunu BiG.AZ-a açıqlamasında qida eksperti Asim Vəliyev bildirib.
O, qeyd edib ki, kürü tökmə dövründə balıqların birbaşa zəhərli olduğunu demək doğru deyil. Lakin bu mərhələdə balığın həm qida dəyəri azalır, həm də bəzi növlərin daxili orqanlarında toksinlərin miqdarı arta bilər. Bundan əlavə, ekoloji və qanunvericilik baxımından bu dövrdə balıq ovuna qadağa qoyulur ki, bu da növlərin qorunması baxımından mühüm əhəmiyyət daşıyır:
"Balıqlar kürü tökməyə hazırlaşarkən bütün enerji ehtiyatlarını reproduktiv sistemə yönəldirlər. Nəticədə balığın əti zəifləyir, dad keyfiyyətini itirir və tərkibindəki faydalı omega-3 yağ turşularının səviyyəsi azalır.
Bəzi balıq növlərində kürü tökmə dövründə daxili orqanlarda spesifik maddələrin toplanması müşahidə olunur. Xüsusilə kürünün tərkibində olan bəzi zülallar həssas insanlarda allergik reaksiyalara və həzm problemlərinə səbəb ola bilər. Digər tərəfdən, bu dövrdə balıqların immun sistemi zəiflədiyi üçün onlar parazitlərə və bakterial infeksiyalara qarşı daha həssas olurlar.
Bütün bunlara baxmayaraq, bu dövrdə balıq istehlak etmək istəyənlər bəzi vacib məqamlara diqqət etməlidirlər.
Kürü tökmə dövrü əsasən vəhşi təbii sularda yaşayan çay və dəniz balıqlarına aiddir. Süni göllərdə yetişdirilən və kürü dövründən əvvəl ovlanaraq şok üsulu ilə dondurulan balıqların istehlakı nisbətən təhlükəsiz sayılır.
Balıq seçərkən onun xarici görünüşünə diqqət yetirmək vacibdir. Əgər balığın qarnı həddindən artıq şişkin, əti boş və sıxdıqda əvvəlki formasına qayıtmırsa, rəngi isə solğundursa, belə məhsuldan uzaq durmaq tövsiyə olunur.
Əgər kürü tökmə dövrünə təsadüf edən balıq bişirilirsə, onun daxili orqanları və kürüsü tamamilə çıxarılmalı, qarın boşluğu isə axar su altında diqqətlə yuyulmalıdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 587 Tarix: 04 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSoğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur
Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla
17.09.2021 1447 Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?
"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar
17.09.2021 2089 Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"
"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək
18.09.2021 1281 Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18.09.2021 2678 İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-
18.09.2021 250 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda
18.09.2021 233 Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18.09.2021 1643 Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...
Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır
18.09.2021 1109 Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar
18.09.2021 264