Xəyanətin görünməyən səbəbi: münasibətlərdə ünsiyyət çatışmazlığı - PSİXOLOQDAN AÇIQLAMA
Son illərdə ölkədə münasibətlərdə xəyanət hallarının artması cəmiyyətin diqqət mərkəzinə çevrilib. Aparılan araşdırmalar göstərir ki, bu problemin əsas səbəblərindən biri cütlüklər arasında açıq ünsiyyətin olmamasıdır.
Xüsusilə cinsi istəklər və şəxsi ehtiyaclar barədə danışmaqdan çəkinən tərəflər zamanla bir-birindən uzaqlaşır, bu isə münasibətlərdə boşluq yaradır. Bu boşluq isə bir çox hallarda xəyanətə aparan amillərdən birinə çevrilir və münasibətlərin sarsılmasına səbəb olur.
Mövzu ilə bağlı psixoloq Samirə Bağırova BiG.AZ-a açıqlamasında bildirdi ki, xəyanət niyə baş verir? Onun sözlərinə görə, səbəb yalnız fiziki ehtiyacdan yaranmır: "Emosional aclıq, yəni görülməmək, dəyər verilməmək, anlaşılmamaq səbəbindən kənarda "məni anlayan biri" yaranır. Digər səbəb hormonlardan dopamin asılılığı disbalansı. İnsan monotonluğa dözümsüz olur, həyəcan, yenilik axtarışında olur. Bunu başqa yol ilə idarə etmək əvəzinə xəyanətə yönəlir. Sosial və mədəni faktorlar səbəb ola bilir. Azərbaycanda evliliyin tez və hazırlıqsız qurulması səbəb ola bilir. Cinsi və emosional maariflənmənin olmaması ən önəmli səbəblərdəndir.
Digər səbəb qadın hüquqlarının və gender bərabərliyinin inkişafı. Əvvəllər qadın çox dözürdü, indi isə seçim azadlığı var. Təbii ki, bu da boşanma statistikasını yüksəldir. Xəyanət eqo zərbəsi yaradır və güvən hissi dağılır, insanın özünə dəyər hissi sarsılır. Halbuki hər hansısa sivilizasiyadan uzaq bir tayfa üçün xəyanət sözü yoxdur.
Onlar üçün paylaşmaq normal haldır. Yəni, hər ölkənin, hər cəmiyyətin kodlaşmış şüuru var. Münasibət əvvəlində insanlar şərtlər və istəklərini dilə gətirməli, bir-biri ilə səmimi olmalıdırlar. Səmimiyyət bizim cəmiyyətdə inkişaf etmədiyi üçün, bəzən hətta sadə davranışlar böyük problem yarada bilir".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 592 Tarix: 04 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSoğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur
Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla
17.09.2021 1447 Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?
"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar
17.09.2021 2089 Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"
"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək
18.09.2021 1281 Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18.09.2021 2678 İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-
18.09.2021 250 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda
18.09.2021 233 Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18.09.2021 1643 Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...
Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır
18.09.2021 1109 Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar
18.09.2021 264