Enerjidən diplomatiyaya: Meloni-Əliyev görüşünün detalları

Enerjidən diplomatiyaya: Meloni-Əliyev görüşünün detalları"İtaliya Nazirlər Şurasının sədri Corciya Meloninin Azərbaycana gözlənilən səfəri baş tutub. Səfər regional və beynəlxalq müstəvidə böyük maraqla qarşılanıb. Meloni hazırda Avropa siyasətində xüsusi çəkiyə malik, xarizmatik liderlərdən biri kimi qiymətləndirilir. Onun siyasi üslubu, özünəinamı və ictimai imici diqqət çəkən əsas məqamlardandır".

Bunu BiG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirib.

O, qeyd edib ki, son illərdə Meloni İtaliyanın xarici siyasətində daha aktiv və təşəbbüskar xətt formalaşdırmağa çalışır. Bu yanaşma Azərbaycanla münasibətlərdə də özünü göstərir. İtaliya bu gün Azərbaycanın Avropadakı ən etibarlı tərəfdaşlarından biri hesab olunur. İki ölkə arasında siyasi, diplomatik və iqtisadi əlaqələr strateji xarakter daşıyır və davamlı şəkildə inkişaf edir:

"Meloni mətbuata açıqlamasında bildirib ki, "İtaliya ilə Azərbaycan arasında dostluq münasibətləri bundan sonra daha da inkişaf edəcək və daha yüksək səviyyəyə qalxacaq".

Hazırda İtaliyanın Azərbaycana marağı təkcə iqtisadi deyil, həm də siyasi və strateji müstəvidə artan xətt üzrə davam edir. İtaliya Avropanın böyük gücləri arasında Azərbaycanın əsas strateji tərəfdaşlarından biri kimi fərqlənir. Bu əməkdaşlıq Azərbaycanın regional çərçivədən çıxaraq daha geniş miqyasda etibarlı tərəfdaş kimi qəbul edildiyini göstərir.

Enerji, iqtisadiyyat və nəqliyyat sahələrində əməkdaşlıq iki ölkə arasında əlaqələri daha da möhkəmləndirib. Prezident İlham Əliyev də bildirib ki, "Azərbaycan və İtaliya strateji tərəfdaşdır və İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır".
Enerjidən diplomatiyaya: Meloni-Əliyev görüşünün detallarıMeloninin səfəri həm siyasi, həm də rəmzi baxımdan əhəmiyyətlidir. Onun Ermənistanın ev sahibliyi etdiyi Avropa Siyasi Birliyi çərçivəsində iştirakdan sonra Azərbaycana səfəri regionda balanslı diplomatik xəttin davam etdiyini göstərir. Görüş zamanı Azərbaycan-Ermənistan münasibətləri də müzakirə olunub.

Meloni bildirib: "Ermənistanla münasibətlər mövzusunu müzakirə etdik. ABŞ-ın verdiyi təkan sayəsində normallaşma istiqamətində irəliləyişləri dəstəkləyirik. 2026-cı il bu baxımdan mühüm ola bilər".

Enerji və nəqliyyat əməkdaşlığı da görüşlərin əsas gündəmində olub. Meloninin sözlərinə görə, Avropa enerji və tranzit şəbəkələrində daha aktiv rol oynamalıdır və bu prosesdə Azərbaycanın inteqrasiyası mühüm əhəmiyyət daşıyır.

Azərbaycan artıq TANAP və TAP layihələri vasitəsilə Avropaya, o cümlədən İtaliyaya təbii qaz ixrac edir. Bu əməkdaşlıq Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunu daha da artırır.

Prezident İlham Əliyev bildirib ki, İtaliya şirkətləri işğaldan azad edilmiş ərazilərdə 20-dən çox layihədə iştirak edir və bu əməkdaşlıq genişlənməkdə davam edir. O həmçinin qeyd edib ki, Azərbaycan və İtaliya arasında hərbi-texniki əməkdaşlıq istiqaməti də perspektivli sahələrdən biridir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 550   Tarix: 05 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Qarabağ Ermənistandır və nöqtə" deyənlər artıq - "Qarabağ Azərbaycandır!" deyirlər"

"Bu iki hərbi Zəfər təkcə xalqımız üçün, dövlətimiz üçün deyil, bütün dünya üçün böyük önəm daşıyır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. "Çünki birinci növbədə yeni bir preseden

02.10.2026 154
.

"Forsaj" serial olacaq

"Peacock" platforması məşhur "Forsaj" film franşizası əsasında serial hazırlanacağını açıqlayıb. Axşam.az xəbər verir ki, ekran işinin ulduzu Vin Dizel serialın icraçı prodüseri olacaq. Onun layihədə aktyor kimi rol alıb-almayacağı isə hələ məlum deyil. Serialın premyerasının 2028-c

02.10.2026 127
.

Avropada həyəcan siqnalı: 2026-cı ilin yayı rekordlarla yadda qaldı

Avropada 2026-cı ilin yayına dair yeni hesabat qitənin eyni vaxtda bir neçə ciddi iqlim təhlükəsi ilə üzləşdiyini ortaya qoyub. Qaynarinfo xəbər verir ki, Copernicus İqlim Dəyişikliyi Xidmətinin hesabatına görə, Avropa tarixinin ən isti üçüncü yayını geridə qoyub. Yüksək temperaturla yanaşı, quraqlıq

02.10.2026 125
.

Leysan, dolu, qar... - Sabahın havası

Oktyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimal

02.10.2026 246
.

Putin nəvələrinin gələcək peşəsini - Açıqladı

Rusiya Prezidenti Vladimir Putin nəvələri barədə danışıb. "Qafqazinfo" xəbər verir ki, Putin bu haqda "Valday" Diskussiya Klubunun plenar iclasındakı çıxışı zamanı qısa məlumat verib. "Nəvələrim tərcüməçi kimi işləyəcəklər, onlar çin dilində danışırlar!" - deyə Rusiya lider

02.10.2026 132
.

Güclü külək əsir - Bəzi yerlərə yağış yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Oktyabrın 2-si saat 16:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Sarıbaş (Qax), Şəki, Ağstafa, Xızı, Xaçmaz

02.10.2026 188
.

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar - Fotolar

Avropa İttifaqı (Aİ) Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun (COEST) nümayəndə heyəti oktyabrın 2-də Şuşa şəhərində olublar. "Qafqazinfo" AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qonaqlara şəhərin tarixi

02.10.2026 159
.

Azərbaycanda film kimi DƏLƏDUZLUQ: bir adamı illərlə aldatdı

Lerikdə dələduzluq edən həbs olunub. -ın əldə etdiyi xəbərə görə, 49 yaşlı Nüsrət Kərimov (şərti adla) təkrar dələduzluq etməkdə təqsirli bilinir. İttiham aktına görə, o, nəvəsinin kəsilən təqaüdünü bərpa etdirmək istəyən Tanrıverdi Məlikova (şərti adla) kömək edəcəyini bildirib. Nüsrət Tanrıverdiy

02.10.2026 194
.

"Melissa Park"ın əməkdaşı külli miqdarda narkotiklə tutulub

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 1997-ci il təvəllüdlü Maqsud İbrahimov (soyad şərtidir

02.10.2026 185
.