Münasibətlərdə sevginin əsas qatili
Münasibətlər çox vaxt böyük mübahisələrə görə deyil, kiçik, lakin davamlı davranışlara görə zəifləyir. Psixoloqlar bildirirlər ki, ən təhlükəli vərdişlərdən biri cütlüklərdən birinin digərinə qarşı laqeyd və ya yuxarıdan aşağı münasibət göstərməsidir. Bu
Lent.az xarici mediaya istinadla xəbər verir ki, psixoloq Mark Traversin sözlərinə görə, münasibətlər üçün ciddi təhlükə yaradan məhz laqeydlikdir. Bu, sadəcə fikir ayrılığı və ya mübahisə deyil, bir tərəfin digərini alçaldan davranışlarla sarkazm, istehza, kinayəli sözlər, göz çevirmə və ya hissləri dəyərsizləşdirmə ilə özünü üstün göstərməsidir.
Mütəxəssislərin sözlərinə görə, bu cür münasibət konkret davranışa deyil, birbaşa insanın şəxsiyyətinə toxunur. Nəticədə tərəfdaşlar arasında emosional məsafə yaranır və zamanla bu uçurum daha da dərinləşərək ayrılığa səbəb ola bilər.
Araşdırmalara əsasən, məhz bu ünsiyyət forması tez-tez münasibətlərin sonlanmasından əvvəl müşahidə olunur. Bu davranış hörməti, etimadı və təhlükəsizlik hissini zəiflədir. Üstəlik, uzunmüddətli emosional gərginlik yalnız psixoloji deyil, fiziki sağlamlığa da təsir göstərə bilər, o cümlədən immun sisteminə mənfi təsir edir.
Ekspertlər laqeydliyi sevgi üçün toksin adlandırır. Çünki bu, tərəfdaşları bir-birinə dayaq olmaqdan uzaqlaşdıraraq onları rəqibə çevirir, münasibəti isə qarşıdurma mühitinə sürükləyir.
Mütəxəssislər bildirirlər ki, münasibətləri qorumaq üçün tənqidə deyil, emosional bağın gücləndirilməsinə fokuslanmaq vacibdir. Tərəfdaşın müsbət tərəflərini görmək, təşəkkür etmək və hissləri ittiham etmədən ifadə etmək münasibətləri daha sağlam saxlayır. Diqqətlə və mühakimə etmədən dinləmək isə qarşılıqlı anlayışı bərpa etməyə kömək edir.
Ailə hüquqşünası James Sexton da vurğulayır ki, münasibətlər çox vaxt böyük dramlar səbəbindən deyil, diqqətsizlik və kiçik incikliklərin yığılması nəticəsində dağılır. Onun fikrincə, bəzən sadə jestlər, isti bir mesaj, təşəkkür qeydi və ya qayğı göstərən kiçik bir addım münasibətlərdə yaxınlığı bərpa edə bilər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 680 Tarix: 07 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusiya Aİİ çərçivəsində sənaye əməkdaşlığını genişləndirmək istəyir
Rusiya Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində sənaye əməkdaşlığının genişlənəcəyini gözləyir. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya Baş naziri Mixail Mişustin Belarus Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə Avrasiya Hökumətlərarası Şurasının iclasında bildirib ki, sənay
02.10.2026 188 "Məni "Söylü"yə oxşatmayın"
Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. Axşam.az xəbər verir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın. Mə
02.10.2026 139 21 şagirdin zəhərlənmə şübhəsi: Məktəbə gətirilən qidalar nə qədər təhlükəsizdir?
"Məktəbdə uşaqların sağlamlığı ilə bağlı ən böyük təhlükələr bəzən heç təhlükəli görünməyən məqamlardan başlayır. Sumqayıt şəhərində 21 şagirdin zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilməsi də bu baxımdan diqqət çəkən hadisədir". Bunu BİG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoc
02.10.2026 219 "Olimp Hospital"da əməliyyat olunan 44 yaşlı kişi öldü
Bir neçə gün əvvəl Bakı şəhər Yasamal rayonunda yerləşən "Olimp Hospital"da əməliyyat olunan Şəmkir sakini qəfil vəfat edib. İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Şəmkir rayon Dəllər qəsəbə sakini 1982-ci il təvəllüdlü Eynur Səfərov bu özəl klinikada əməliyyat olunub. Xəstəxanada onu
02.10.2026 198 Payızda səhərlər yuxudan oyanmağın çətin olmasının SƏBƏBİ
Mütəxəssislər səhərlər daha asan və tez ayılmağa kömək edən bir neçə üsul açıqlayıblar. xəbər verir ki, soyuq havaların başlaması ilə səhərlər oyanmaq daha da çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Elliso
02.10.2026 167 "Müharibədə də, müharibədən sonra da heç kim bizə kömək etmirdi"
"Səkkiz milyon əhalimiz var idi, onlardan 1 milyonu qaçqın-köçkün, evsiz-eşiksiz, çadırlarda". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki, bu bir humanitar fəlakə
02.10.2026 156 Fransada polis 600 etirazçını həbs edib
Fransada yuxarı sinif şagirdlərinin və ali məktəb tələbələrinin davam edən etiraz aksiyaları 564 məktəbdə dərs prosesinin pozulmasına səbəb olub. "Report" xəbər verir ki, bu barədə Fransa mediası Milli Təhsil Nazirliyinə istinadən məlumat yayıb. Bundan başqa, tələbə ittifaqı 25-dən çox universite
02.10.2026 125 Azərbaycanda film kimi DƏLƏDUZLUQ: bir adamı illərlə aldatdı
Lerikdə dələduzluq edən həbs olunub. -ın əldə etdiyi xəbərə görə, 49 yaşlı Nüsrət Kərimov (şərti adla) təkrar dələduzluq etməkdə təqsirli bilinir. İttiham aktına görə, o, nəvəsinin kəsilən təqaüdünü bərpa etdirmək istəyən Tanrıverdi Məlikova (şərti adla) kömək edəcəyini bildirib. Nüsrət Tanrıverdiy
02.10.2026 180 Leysan, dolu, qar... - Sabahın havası
Oktyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimal
02.10.2026 240