"Onu o qədər vurmuşam, hələ sağdır?" - Lazeroloqu bıçaqlayan nələr deyib?
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə Bakıda adam öldürməyə cəhddə təqsirləndirilən Samir Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, məhkəmə şahid ifadələri ilə davam edib.
Şahid Ş.V təqsirləndirən şəxsi tanımadığını bildirib:
"Mən nə Samiri, nə də Cahanı əvvəllər tanımırdım. Aytac rəfiqəmdir, Cahan xanımla bir yerdə gözəllik salonunda çalışırdılar. Hadisə baş verən gün ora müştəri kimi getmişdim. Qəfildən çığırtı səsi gəldi, salonda hamı bir-birinə dəydi. Bir də baxdım ortalıq qan gölünə döndü. Aytac yerdə uzanıqlı qalan qızı - Cahan xanımı tutmuşdu, axan qanı saxlamağa çalışırdı. Gördüm ki, Aytacın qorxudan əl-ayağı əsir, qaçıb dəsmal gətirdim, ona kömək elədim. Yaralı qadını xəstəxanaya çatdırdıq.
Mən Samirin gəldiyini görməmişdim. Cahan maşında "Uşaqlarım, uşaqlarım" -deyib dururdu. Maşını Aytac sürürdü, Cahanın atası da maşında bizimlə idi".
Şahid N. N zərərçəkən C. Çələbiyevanın çalışdığı obyektin sahibi olduğunu deyib:
"Hadisə günü mən əvvəldən orada olmamışam, sonradan gəlmişdim. İçəri girəndə gördüm ətraf qan içindədir, hamı bir-birinə qarışıb. Samir sonra zəng etdi ki "Orada vəziyyət necədir? Hələ ölmədi o? O qədər də vurmuşam onu, hələ də sağdır?" -soruşanda əsəbiləşib onu acıladım. "Təcili yardım"ı mən çağırdım. Gecikdiyini, Cahanın vəziyyətinin pisləşdiyini görüb öz maşınımı verdim. Samiri obyektin ətrafında bir neçə dəfə görmüşdüm, tanış olmuşduq. Bir neçə dəfə onların davasına şahid olandan sonra bir böyük kimi ikisini də çağırdım yanıma. Samiri danladım. Cahana da xəbərdarlıq etdim ki "Əgər bir də belə hal yaşansa, səni işdən çıxaracağam". Samir təsadüfən bir dəfə yanıma gəlmişdi. Söhbət əsnasında dedi ki, "Mən sadəcə Cahanı qorxutmaq istəyirəm. İki uşağı var, ona zərər vermək istəmərəm". Bir dəfə də mən Samirin əlində mismar gördüm, dedi ki, "Bu mismarla o qadının gözlərini çıxaracam".
Təqsirləndirilən Samir Həsənov "İstəyirdim ki, hər dəfə güzgüyə baxanda, kor gözünü görüb məni xatırlasın" dedi.
Növbəti proses 14 may saat 15:00-a təyin olunub.
Xatırladaq ki, hadisə ötən ilin noyabr ayında baş verib. Belə ki, Samir Həsənov münasibətdə olduğu Cahan Çələbiyeva ilə aralarında yaranmış mübahisələrə görə onu dəfələrlə döyərək, müxtəlif bədən xəsarətləri yetirib. C. Çələbiyeva bununla bağlı hüquq mühafizə orqanlarına şikayət edərək S. Həsənovun həbs edilməsinə nail olub. Samir Həsənov qisas almaq məqsədi ilə 2025-ci ilin 7 noyabr tarixində Cahan Çələbiyevanın lazeroloq olaraq çalışdığı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən "Ay Beauty" gözəllik salonuna gələrək, kəsici-deşici alətlə Çələbiyevayanın döş qəfəsi, boyun, sifət və digər nahiyələrinə müxtəlif zərbələr vurub. Ətrafdakı şəxslərin köməyi ilə xəstəxanaya çatdırılan Cahan Çələbiyevanın həyatını xilas etmək mümkün olub. Faktla bağlı cinayət işi açılıb, Samir Həsənov Cinayət Məcəlləsinin 29, 120.1 maddəsi (qəsdən adam öldürməyə cəhd) ilə məsuliyyətə cəlb olunub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1035 Tarix: 07 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusiya Aİİ çərçivəsində sənaye əməkdaşlığını genişləndirmək istəyir
Rusiya Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində sənaye əməkdaşlığının genişlənəcəyini gözləyir. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya Baş naziri Mixail Mişustin Belarus Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə Avrasiya Hökumətlərarası Şurasının iclasında bildirib ki, sənay
02.10.2026 188 "Məni "Söylü"yə oxşatmayın"
Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. Axşam.az xəbər verir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın. Mə
02.10.2026 139 21 şagirdin zəhərlənmə şübhəsi: Məktəbə gətirilən qidalar nə qədər təhlükəsizdir?
"Məktəbdə uşaqların sağlamlığı ilə bağlı ən böyük təhlükələr bəzən heç təhlükəli görünməyən məqamlardan başlayır. Sumqayıt şəhərində 21 şagirdin zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilməsi də bu baxımdan diqqət çəkən hadisədir". Bunu BİG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoc
02.10.2026 219 "Olimp Hospital"da əməliyyat olunan 44 yaşlı kişi öldü
Bir neçə gün əvvəl Bakı şəhər Yasamal rayonunda yerləşən "Olimp Hospital"da əməliyyat olunan Şəmkir sakini qəfil vəfat edib. İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Şəmkir rayon Dəllər qəsəbə sakini 1982-ci il təvəllüdlü Eynur Səfərov bu özəl klinikada əməliyyat olunub. Xəstəxanada onu
02.10.2026 198 Payızda səhərlər yuxudan oyanmağın çətin olmasının SƏBƏBİ
Mütəxəssislər səhərlər daha asan və tez ayılmağa kömək edən bir neçə üsul açıqlayıblar. xəbər verir ki, soyuq havaların başlaması ilə səhərlər oyanmaq daha da çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Elliso
02.10.2026 167 "Müharibədə də, müharibədən sonra da heç kim bizə kömək etmirdi"
"Səkkiz milyon əhalimiz var idi, onlardan 1 milyonu qaçqın-köçkün, evsiz-eşiksiz, çadırlarda". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki, bu bir humanitar fəlakə
02.10.2026 156 Fransada polis 600 etirazçını həbs edib
Fransada yuxarı sinif şagirdlərinin və ali məktəb tələbələrinin davam edən etiraz aksiyaları 564 məktəbdə dərs prosesinin pozulmasına səbəb olub. "Report" xəbər verir ki, bu barədə Fransa mediası Milli Təhsil Nazirliyinə istinadən məlumat yayıb. Bundan başqa, tələbə ittifaqı 25-dən çox universite
02.10.2026 125 Azərbaycanda film kimi DƏLƏDUZLUQ: bir adamı illərlə aldatdı
Lerikdə dələduzluq edən həbs olunub. -ın əldə etdiyi xəbərə görə, 49 yaşlı Nüsrət Kərimov (şərti adla) təkrar dələduzluq etməkdə təqsirli bilinir. İttiham aktına görə, o, nəvəsinin kəsilən təqaüdünü bərpa etdirmək istəyən Tanrıverdi Məlikova (şərti adla) kömək edəcəyini bildirib. Nüsrət Tanrıverdiy
02.10.2026 180 Leysan, dolu, qar... - Sabahın havası
Oktyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimal
02.10.2026 240