2 günə kimi 40, kimi 30 min itirdi - Siyahı
Xəbər verdiyimiz kimi, son günlər instaqramda bir çox profilin izləyici sayında azalma müşahidə olunur.
Axşam.az-ın məlumatına görə, bu hal təkcə xəbər səhifələrində deyil, dünya ulduzları və yerli məşhurlar arasında da yaşanıb.
Bir çox tanınmış şəxs bununla bağlı paylaşım edərək, silinən izləyicilərinin sayını açıqlayıb.
Müğənni Nura Suri 16 min 700 izləyicisinin silindiyini bildirib. Hazırda sənətçinin instaqram hesabında 393 min izləyici var.
Aktrisa Zümrüd Qasımova 5 min izləyici itirdiyini açıqlayıb. Onun hazırda 148 min izləyicisi var.
Aktrisa Sevinc Əliyeva isə 4 min izləyicisinin azaldığını vurğulayıb. Sənətçinin hazırda 111 min izləyicisi var.
Aparıcı İsa Şükürov idarə etdiyi "show_news" səhifəsində 25 mindən çox izləyicinin azaldığını yazıb. Hazırda səhifənin 1 milyon izləyicisi var.
Aparıcı İlkin Həsəni isə 30 min izləyicisinin silindiyini bildirib. Hazırda 549 min izləyicisi olan İlkin "Bu, hər ciddi hesabın başına gəlir" sözlərini qeyd edib.
Müğənni Aysel Əlizadə 33 min 432 izləyicisinin yoxa çıxdığını paylaşıb. Onun hazırda 673 min izləyicisi var.
Bloger Aynişan Quliyeva isə 45 minə yaxın izləyicisinin silindiyini açıqlayıb. Hazırda 1,4 milyon izləyicisi olan Aynişan "Çoxları düşünür ki, ‘bot’ vurmuşuq və onlar silinir. Amma belə deyil. Bu izləyicilərin heç kimə xeyri yoxdur. Bundan sonra daha çox aktivlik olacaq" sözlərini əlavə edib.
Müğənni Ayan Babakişiyeva da 56 min izləyicisinin yox olduğunu deyib. 735 min izləyicisi olan ifaçı "Qızım Selenanın səhifəsində 3-4 min izləyici gedib. Bu, süni artırma olub demək deyil. Qeyri-aktiv izləyicilər silinir" sözlərini deyib.
Aktrisa Xəyalə Quliyeva 14 mindən çox izləyicisinin silindiyini paylaşıb. 546 min izləyicisi olan aktrisa "Ay instaqram, durduğumuz yerdə niyə belə edirsən? Məndə hamısı real izləyici idi. 14 478 izləyicimi niyə alırsan" sözlərini yazıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 798 Tarix: 08 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusiya Aİİ çərçivəsində sənaye əməkdaşlığını genişləndirmək istəyir
Rusiya Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində sənaye əməkdaşlığının genişlənəcəyini gözləyir. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya Baş naziri Mixail Mişustin Belarus Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə Avrasiya Hökumətlərarası Şurasının iclasında bildirib ki, sənay
02.10.2026 188 "Məni "Söylü"yə oxşatmayın"
Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. Axşam.az xəbər verir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın. Mə
02.10.2026 139 21 şagirdin zəhərlənmə şübhəsi: Məktəbə gətirilən qidalar nə qədər təhlükəsizdir?
"Məktəbdə uşaqların sağlamlığı ilə bağlı ən böyük təhlükələr bəzən heç təhlükəli görünməyən məqamlardan başlayır. Sumqayıt şəhərində 21 şagirdin zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilməsi də bu baxımdan diqqət çəkən hadisədir". Bunu BİG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoc
02.10.2026 219 "Olimp Hospital"da əməliyyat olunan 44 yaşlı kişi öldü
Bir neçə gün əvvəl Bakı şəhər Yasamal rayonunda yerləşən "Olimp Hospital"da əməliyyat olunan Şəmkir sakini qəfil vəfat edib. İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Şəmkir rayon Dəllər qəsəbə sakini 1982-ci il təvəllüdlü Eynur Səfərov bu özəl klinikada əməliyyat olunub. Xəstəxanada onu
02.10.2026 198 Payızda səhərlər yuxudan oyanmağın çətin olmasının SƏBƏBİ
Mütəxəssislər səhərlər daha asan və tez ayılmağa kömək edən bir neçə üsul açıqlayıblar. xəbər verir ki, soyuq havaların başlaması ilə səhərlər oyanmaq daha da çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Elliso
02.10.2026 167 "Müharibədə də, müharibədən sonra da heç kim bizə kömək etmirdi"
"Səkkiz milyon əhalimiz var idi, onlardan 1 milyonu qaçqın-köçkün, evsiz-eşiksiz, çadırlarda". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki, bu bir humanitar fəlakə
02.10.2026 156 Fransada polis 600 etirazçını həbs edib
Fransada yuxarı sinif şagirdlərinin və ali məktəb tələbələrinin davam edən etiraz aksiyaları 564 məktəbdə dərs prosesinin pozulmasına səbəb olub. "Report" xəbər verir ki, bu barədə Fransa mediası Milli Təhsil Nazirliyinə istinadən məlumat yayıb. Bundan başqa, tələbə ittifaqı 25-dən çox universite
02.10.2026 125 Azərbaycanda film kimi DƏLƏDUZLUQ: bir adamı illərlə aldatdı
Lerikdə dələduzluq edən həbs olunub. -ın əldə etdiyi xəbərə görə, 49 yaşlı Nüsrət Kərimov (şərti adla) təkrar dələduzluq etməkdə təqsirli bilinir. İttiham aktına görə, o, nəvəsinin kəsilən təqaüdünü bərpa etdirmək istəyən Tanrıverdi Məlikova (şərti adla) kömək edəcəyini bildirib. Nüsrət Tanrıverdiy
02.10.2026 180 Leysan, dolu, qar... - Sabahın havası
Oktyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimal
02.10.2026 240