Mənəvi sarsıntı və iztirab: qanun nə deyir?
"Mənəvi zərər fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması nəticəsində keçirdiyi mənəvi sarsıntı və ya iztirab hesab olunur. Mənəvi zərərə görə kompensasiya isə hüquqazidd hərəkət və ya hərəkətsizliyə məruz qalan şəxsin yaşadığı psixoloji sarsıntının təsirini azaltmaq, onun mənəvi tarazlığını bərpa etmək və yaşama motivasiyasını yenidən qazandırmaq məqsədi daşıyır".
Bunu BiG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib.
O, qeyd edib ki, şəxsiyyət hüquqlarının pozulması nəticəsində şəxsə həm maddi, həm də mənəvi zərər dəyə bilər:
"Mənəvi sarsıntı dedikdə şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində yaranan, şəxsin daxili sabitliyini pozan, lakin ağır psixi iztirab həddinə çatmayan neqativ emosional vəziyyət başa düşülür. Buraya stress, qorxu, qəzəb, kədər, alçalma, utanma, məyusluq, qıcıqlanma və uzunmüddətli qeyri-müəyyənlik kimi hallar daxildir.
Mənəvi iztirab isə daha ağır emosional vəziyyət hesab olunur. Bu zaman şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində şəxsdə davamlı fiziki və ya psixi əzab yaranır. Xəstəlik, fiziki ağrılar, depressiya və digər psixoloji problemlər bu kateqoriyaya aid edilir.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2025-ci il tarixli "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" qərarında ər-arvadın şəxsiyyət hüquqları ilə bağlı ayrıca müddəalar da yer alıb.
Qərarda qeyd olunur ki, ailə münasibətlərində hüquq və vəzifələr ailənin möhkəmləndirilməsi, ailə üzvlərinin qarşılıqlı məsuliyyəti və hüquqlarının maneəsiz həyata keçirilməsi məqsədinə xidmət etməlidir. Ailə üzvləri öz hüquqlarını həyata keçirərkən digər şəxslərin hüquq və azadlıqlarını pozmamalıdırlar.
Ər-arvadın hüquq bərabərliyi, qarşılıqlı hörmət və yardım gözləmək hüququ, sərbəst şəkildə soyad, peşə və məşğuliyyət seçmək kimi şəxsi hüquqları mövcuddur. Bu hüquqların pozulması həm hərəkət, həm də hərəkətsizlik formasında özünü göstərə bilər.
Məsələn, məişət zorakılığı, psixi və fiziki təzyiq, həyat yoldaşını köməksiz vəziyyətdə qoymaq, xəstəliyi və ya hamiləliyi ilə maraqlanmamaq, şəxsi və ailə sirrini yaymaq, şərəf və ləyaqəti alçaltmaq, hörmətsiz davranış nümayiş etdirmək və şəxsi yaşadığı evdən qovmaq kimi hallar hüquq pozuntusu hesab oluna bilər.
Bununla yanaşı, tərəflərdən birinin boşanmaq istəməsi və ya qanunla nəzərdə tutulmuş hüquqlardan istifadə etməsi - məsələn, əmlak bölgüsü ilə bağlı iddia qaldırması və ya nikah müqaviləsi təklif etməsi - hüquqazidd əməl sayılmır.
Həmçinin nikah münasibətləri faktiki olaraq pozulduqdan sonra tərəflərin bir-birinə maddi dəstək göstərməməsi və ya ailə öhdəliklərini icra etməməsi də hər zaman hüquq pozuntusu kimi qiymətləndirilə bilməz.
Mənəvi zərər tələblərinə baxılarkən məhkəmə tərəfindən şəxsin həqiqətən mənəvi sarsıntı və ya iztirab keçirməsi də araşdırılır.
Kompensasiyanın məbləği müəyyən edilərkən isə tərəflərin xüsusiyyətləri, pozulmuş hüququn növü, hüquqazidd əməlin xarakteri, ağırlıq dərəcəsi, nəticələri, hadisənin başvermə şəraiti və təyin edilən təzminatın ədalətliliyi nəzərə alınır.
Qanunvericiliyə əsasən, şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi ilə bağlı tələblərə iddia müddəti tətbiq edilmir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 618 Tarix: 08 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusiya Aİİ çərçivəsində sənaye əməkdaşlığını genişləndirmək istəyir
Rusiya Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində sənaye əməkdaşlığının genişlənəcəyini gözləyir. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya Baş naziri Mixail Mişustin Belarus Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə Avrasiya Hökumətlərarası Şurasının iclasında bildirib ki, sənay
02.10.2026 188 "Məni "Söylü"yə oxşatmayın"
Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. Axşam.az xəbər verir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın. Mə
02.10.2026 139 21 şagirdin zəhərlənmə şübhəsi: Məktəbə gətirilən qidalar nə qədər təhlükəsizdir?
"Məktəbdə uşaqların sağlamlığı ilə bağlı ən böyük təhlükələr bəzən heç təhlükəli görünməyən məqamlardan başlayır. Sumqayıt şəhərində 21 şagirdin zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilməsi də bu baxımdan diqqət çəkən hadisədir". Bunu BİG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoc
02.10.2026 219 "Olimp Hospital"da əməliyyat olunan 44 yaşlı kişi öldü
Bir neçə gün əvvəl Bakı şəhər Yasamal rayonunda yerləşən "Olimp Hospital"da əməliyyat olunan Şəmkir sakini qəfil vəfat edib. İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Şəmkir rayon Dəllər qəsəbə sakini 1982-ci il təvəllüdlü Eynur Səfərov bu özəl klinikada əməliyyat olunub. Xəstəxanada onu
02.10.2026 198 Payızda səhərlər yuxudan oyanmağın çətin olmasının SƏBƏBİ
Mütəxəssislər səhərlər daha asan və tez ayılmağa kömək edən bir neçə üsul açıqlayıblar. xəbər verir ki, soyuq havaların başlaması ilə səhərlər oyanmaq daha da çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Elliso
02.10.2026 167 "Müharibədə də, müharibədən sonra da heç kim bizə kömək etmirdi"
"Səkkiz milyon əhalimiz var idi, onlardan 1 milyonu qaçqın-köçkün, evsiz-eşiksiz, çadırlarda". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki, bu bir humanitar fəlakə
02.10.2026 156 Fransada polis 600 etirazçını həbs edib
Fransada yuxarı sinif şagirdlərinin və ali məktəb tələbələrinin davam edən etiraz aksiyaları 564 məktəbdə dərs prosesinin pozulmasına səbəb olub. "Report" xəbər verir ki, bu barədə Fransa mediası Milli Təhsil Nazirliyinə istinadən məlumat yayıb. Bundan başqa, tələbə ittifaqı 25-dən çox universite
02.10.2026 125 Azərbaycanda film kimi DƏLƏDUZLUQ: bir adamı illərlə aldatdı
Lerikdə dələduzluq edən həbs olunub. -ın əldə etdiyi xəbərə görə, 49 yaşlı Nüsrət Kərimov (şərti adla) təkrar dələduzluq etməkdə təqsirli bilinir. İttiham aktına görə, o, nəvəsinin kəsilən təqaüdünü bərpa etdirmək istəyən Tanrıverdi Məlikova (şərti adla) kömək edəcəyini bildirib. Nüsrət Tanrıverdiy
02.10.2026 180 Leysan, dolu, qar... - Sabahın havası
Oktyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimal
02.10.2026 240