Trampın sərt miqrasiya siyasəti: ABŞ-də miqrantlar ölkəni könüllü tərk edirlər
Donald Tramp administrasiyasının miqrasiya qaydalarını sərtləşdirməsi nəticəsində ölkədə yaşayan miqrantların öz istəkləri ilə ABŞ-ni tərk etməyə razılıq verməsi halları artıb.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin "Vera Institute of Justice" qeyri-kommersiya qurumunun hazırladığı yeni hesabatda qeyd olunur.
Ekspertlərin hesablamalarına əsasən, mühacirlərin ABŞ-ni könüllü şəkildə tərk etməsinə dair razılaşmaların sayı iki ildə təqribən 11 dəfə artaraq 8800-ü keçib. Sözügedən proses mühacirlərin rəsmi deportasiya hökmü çıxarılmadan, şəxsi vəsaitləri hesabına ölkədən çıxmağı qəbul etdiyi hüquqi mexanizmi əhatə edir.
D.Trampın ikinci hakimiyyət dövründə könüllü gedişə razı olan şəxslərin 70 faizindən çoxu xüsusi miqrasiya təcridxanalarında saxlanılanlardır. Araşdırma göstərir ki, həmin şəxslərin 86 faizi ölkədən çıxarılma barədə göstəriş alıb (bunun 55 faizi məcburi deportasiya, 31 faizi isə könüllü gediş formasında olub). Müqayisə aparsaq, Co Baydenin idarəçiliyinin ikinci yarısında sözügedən göstərici 52 faiz təşkil edirdi (47 faiz deportasiya əmri, 5 faiz isə könüllü gediş qərarı).
Sənədin tərtibatçıları yaranmış bu mənzərəni miqrasiya xidmətləri və məhkəmə instansiyalarının təzyiqlərinin artması ilə izah edirlər. Qurum əlavə edir ki, vəzifəyə yeni gələn miqrasiya hakimləri öz işində təcrübəli olanlarla müqayisədə könüllü gediş qərarlarını təsdiq etməyə daha çox üstünlük verirlər.
Xatırladaq ki, Tramp seçki marafonu ərəfəsində hakimiyyətə qayıdacağı təqdirdə ABŞ tarixində qeyri-qanuni mühacirlərə qarşı ən kütləvi deportasiya prosesini başladacağını vəd etmişdi. "The Washington Post" nəşrinin xəbərinə əsasən, Tramp hökuməti yeni rəhbərliyin ilk ilində təqribən 1 milyon mühaciri ölkədən xaric etməyi hədəfləyib. 2025-ci il ərzində ABŞ Dövlət Departamenti 8 minə yaxını tələbə vizası olmaqla, ümumilikdə 100 mindən çox əcnəbinin viza sənədini ləğv edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 469 Tarix: 09 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Qarabağ Ermənistandır və nöqtə" deyənlər artıq - "Qarabağ Azərbaycandır!" deyirlər"
"Bu iki hərbi Zəfər təkcə xalqımız üçün, dövlətimiz üçün deyil, bütün dünya üçün böyük önəm daşıyır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. "Çünki birinci növbədə yeni bir preseden
16:35 149 Payızda səhərlər yuxudan oyanmağın çətin olmasının SƏBƏBİ
Mütəxəssislər səhərlər daha asan və tez ayılmağa kömək edən bir neçə üsul açıqlayıblar. xəbər verir ki, soyuq havaların başlaması ilə səhərlər oyanmaq daha da çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Elliso
18:15 160 Sizə aşiq olan oğlanı rədd etməyin 4 təsirli yolu
Qadınla kişi arasında dostluq səmimi və romantik hisslərdən uzaq ola bilər. Lakin bəzən tərəflərdən biri bu münasibəti sevgiyə çevirmək istəyir. Hisslər qarşılıqlı olmadıqda isə dostluğu qorumaq və qarşı tərəfə yanlış ümid verməmək çətinləşir. xəbər verir ki, belə vəziyyətlərdə şəxsi sərhədləri aydı
19:30 142 "Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın" - Prezident
"Bəli, bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. Bu, indiki dünyada böyük sərvət sayıla bilər. Çünki bu gün dünya xəritəsinə baxsaq görərik ki, Azərbaycan xalqı qədər sabitlik, əmin-amanlıq, sülh şəraitində yaşayan çox az xalqlar və ölkələr var. Bu, bizim reallıqlarımızdır
17:29 173 21 şagirdin zəhərlənmə şübhəsi: Məktəbə gətirilən qidalar nə qədər təhlükəsizdir?
"Məktəbdə uşaqların sağlamlığı ilə bağlı ən böyük təhlükələr bəzən heç təhlükəli görünməyən məqamlardan başlayır. Sumqayıt şəhərində 21 şagirdin zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilməsi də bu baxımdan diqqət çəkən hadisədir". Bunu BİG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoc
12:41 216 Leysan, dolu, qar... - Sabahın havası
Oktyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimal
13:10 231 "Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim turu başladı
Şou Prodakşının layihəsi olan "Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim mərhələsinə rəsmi olaraq start verilib. 17-30 yaş aralığında olan, özünə güvənən, səhnə mədəniyyətinə və fərdi istedada malik xanımlar qeydiyyatdan keçərək yarışmanın iştirakçısı ola bilərlər. Tanınmı
21:22 131 "Müharibədə də, müharibədən sonra da heç kim bizə kömək etmirdi"
"Səkkiz milyon əhalimiz var idi, onlardan 1 milyonu qaçqın-köçkün, evsiz-eşiksiz, çadırlarda". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki, bu bir humanitar fəlakə
16:41 150 Uşaqlar məktəbin qarşısında paylanılan konfetdən zəhərlənib? - Açıqlama
Sosial şəbəkələrdə məktəbin qarşısında naməlum şəxsin uşaqlara konfet paylaması və bundan sonra onların zəhərlənməsi barədə səs yazısı yayılıb. DİN Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, yayılan səs yazısı ilə bağlı aparılan araşdırma nəticəsində səsləndirilən iddialar təsdiqin
14:14 329