Avropada hər il əlavə 100 min adam bu səbbədən ölür

Avropada hər il əlavə 100 min adam bu səbbədən ölürAraşdırmalar göstərib ki, iqtisadi bərabərsizlik Avropada hər il istilik və soyuq səbəbindən baş verən ölüm hallarını 100 000 nəfərdən çox artırır.

Lent.az xəbər verir ki, bu barədə "The Guardian" yazır.

Tədqiqat həmçinin göstərib ki, bərabərsizlik səviyyəsinin Avropanın ən bərabər regionu olan Sloveniya səviyyəsinə, yəni "Cini indeksi"nə görə azaldılması temperaturla bağlı ölüm hallarını təxminən 30% azalda bilərdi. Bu isə 109 866 nəfərin həyatının xilas olunması deməkdir.
Nəticələr belə olub: ötən ay "Copernicus" adlı Avropa iqlim monitorinq layihəsi aprel ayını dünya üzrə müşahidələr tarixində üçüncü ən isti ay kimi qiymətləndirib. Bəzi ölkələrdə, məsələn, İspaniya ərazisində isə tarixdə ən isti aprel qeydə alınıb. Bundan əlavə, qeyri-adi dərəcədə güclü ola biləcək "El Nino" təbii istilik hadisəsinin geri qayıtması 2026-cı ilin Avropa yayının daha sərt keçəcəyi ilə bağlı narahatlıqları artırıb.

Tədqiqatçılar müəyyən ediblər ki, istilik və soyuqdan ölüm hallarının yüksək olması yoxsulluq, evləri qızdırmaq imkanının olmaması kimi sosial çətinliklərlə sıx bağlıdır.

Araşdırmaya görə, regionlar daxilində bərabərsizliyin azaldılması ilə yanaşı, bütün qitə üzrə ciddi maddi və sosial məhrumiyyətlərin səviyyəsinin ən az problemli region olan Mərkəzi İsveçrə səviyyəsinə endirilməsi istilik və soyuqdan ölüm hallarını 59 000 nəfər azalda bilər. Əksinə, bu göstəricilərin ən çətin vəziyyətdə olan region - Cənub-Şərqi Rumıniya səviyyəsinə yüksəlməsi temperatur dəyişiklikləri ilə bağlı ölüm sayını 101 000 nəfər artırar.

Bu araşdırma Avropada kəskin soyuq qışlar və həddindən artıq isti yaylar zamanı itirilən insan həyatlarına sosial-iqtisadi problemlərin təsirini kəmiyyətcə qiymətləndirən ilk tədqiqat hesab olunur. Alimlər bildirirlər ki, bu nəticələr həm qısamüddətli dövrdə həssas əhali qruplarına yardım göstərmək, həm də uzunmüddətli perspektivdə struktur bərabərsizliyi azaltmaq çağırışlarını daha da gücləndirir.

Tədqiqatın aparıcı müəllifi, Barselona Qlobal Sağlamlıq İnstitutunun biotibb alimi Blanka Paniello-Kastillo belə deyib: "Bu, ikiqat qazanc deməkdir. Əgər bərabərlik məsələləri siyasətdə - Avropa, milli və ya yerli səviyyədə - daha çox nəzərə alınsa, eyni anda iki məqsədə nail ola bilərik".

İstilik və soyuq insan orqanizmi üçün stress yaradır, onu xəstəliklərə qarşı daha həssas edir və mübarizə qabiliyyətini azaldır. Temperatur komfort diapazonundan kənara çıxdıqda, xüsusilə yaşlı və xəstə insanlar arasında ölüm halları kəskin şəkildə artır.

2000-2019-cu illər arasında Avropanın 654 regionunda gündəlik ölüm göstəricilərinin təhlilinə əsaslanan araşdırmada "aid edilə bilən ölüm halları" modeli qurulub. Bu model, bütün regionlar iqtisadi göstəricilər üzrə ən yaxşı və ən pis səviyyələrə malik olsaydı, sağlamlıq yükünün necə dəyişəcəyini qiymətləndirib.

Alimlər həmçinin müəyyən ediblər ki, daha varlı regionlarda soyuqdan ölüm halları daha azdır. Bu, ehtimal ki, evlərin yaxşı izolyasiyası, səhiyyə xidmətlərinin inkişafı və enerji yoxsulluğunun azalması ilə bağlıdır. Lakin eyni zamanda bu regionlarda istilikdən ölüm halları daha çoxdur. Bunun səbəbi kimi isə şəhərlərdə asfalt örtüyü və yaşıllıqların azlığı nəticəsində yaranan "istilik adası effekti" göstərilir.

Tədqiqatın müəllifləri ardıcıl olaraq müəyyən ediblər ki, yüksək temperaturla bağlı ölüm halları "Cini indeksi" (gəlirlərin bölgüsündə bərabərsizliyi ölçən göstərici), evlərin kifayət qədər qızdırıla bilməməsi, eləcə də maddi və sosial məhrumiyyətlər kimi amillərlə sıx əlaqəlidir. Onlar araşdırmada kondisionerlərin istifadə səviyyəsini ayrıca dəyişən kimi daxil etməyiblər.

Hazırda soyuq hava istiliyə nisbətən insan sağlamlığı üçün daha böyük təhlükə yaradır. Lakin alimlər bildirirlər ki, qlobal istiləşmə nəticəsində temperaturun artması bu münasibəti gələcəkdə dəyişə bilər. Ötən ay alimlər müəyyən ediblər ki, 1990-cı illərin ortalarından bəri Avropada temperatur hər onillikdə 0,56°C artıb və bu artım dünyanın digər qitələrindən daha sürətli olub. Bunun əsas səbəbi isə fosil yanacaqlardan yaranan genişmiqyaslı ətraf mühit çirklənməsidir.

Bu nəticələr, həmçinin Avropa İttifaqının elmi məsləhətçilərinin qitənin iqlim dəyişikliklərinə lazımi səviyyədə uyğunlaşa bilmədiyi ilə bağlı xəbərdarlığından sonra açıqlanıb.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 524   Tarix: 10 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Romanovların əfsanəvi sapfiri rekord qiymətə satıldı

Bir vaxtlar Rusiya İmperiyasının kral zinət əşyaları kolleksiyasına daxil olan nəhəng sapfirin yerləşdiyi nadir bilərzik İsveçrənin Cenevrə şəhərində keçirilən hərracda gözləntiləri iki dəfədən çox üstələyərək 4,9 milyon dollara alıcı tapıb. "Qafqazinfo" xəbər verir ki, "Sotheby's"

14.11.2026 268
.

"Microsoft"un çökməsi milyardlarla dollar zərər vura bilər

"Microsoft" korporasiyasının fəaliyyətində yaranan qlobal nasazlıq Avstraliya iqtisadiyyatına milyardlarla dollar zərər vura bilər. -ın məlumatına görə, bu barədə "The Guardian" nəşri yazıb. "RSM Australia" şirkətinin təhlükəsizlik sahəsi üzrə eksperti Aşvin Palın sözlərin

15.11.2026 300
.

"Powerbank"dakı gizli düymə nə üçündür?

Smartfonların enerjisini istənilən yerdə doldurmağa imkan verən portativ enerji cihazları gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin powerbank istifadəçilərinin çoxu cihazın üzərindəki kiçik düymənin əslində hansı funksiyaları yerinə yetirdiyini bilmir. xarici mediaya istinadla xəbər veri

15.11.2026 264
.

Dünyada sahili olmayan yeganə dəniz

Yer kürəsində sahili və limanı olmayan yeganə dəniz mövcuddur. Atlantik okeanının daxilində yerləşən Sarqasso dənizinin sərhədlərini quru sahələri deyil, dörd güclü okean axını formalaşdırır. BİG.AZ -a istinadən bildirir ki, bu qeyri-adi dəniz Floridadan təxminən 950 kilometr şərqdə yerləşir. Ona ə

14.11.2026 317
.

Məşhur pişik Larri "Microsoft" xidmətlərindəki irimiqyaslı nasazlığın səbəbkarını açıqladı

Böyük Britaniyanın baş nazirinin iqamətgahında yaşayan pişik Larri "Microsoft" korporasiyasının xidmətlərində yaranan genişmiqyaslı nasazlıqla bağlı zarafat edib. O, problemin səbəbkarının naqilləri gəmirən başqa bir pişik olduğunu bildirib. xəbər verir ki, dauninq-stritin baş siçan ovçus

14.11.2026 346
.

Soyuducudakı bu düymə tərəvəzin taleyini həll edir

Soyuducuda saxlanılan tərəvəzlərin tez solması və ya çürüməsi bir çox evdə qarşılaşılan problemlərdəndir. Lakin soyuducuların tərəvəz bölməsində (crisper) olan kiçik sürgülü düymə meyvə və tərəvəzlərin daha uzun müddət təzə qalmasına kömək edir. xəbər verir ki, çəkməcənin içindəki nəmlik səviyyəsin

15.11.2026 429
.

Masaj hansı problemlər zamanı tətbiq edilir?

Masaj bədəndə gərginlik, əzələ sərtliyi və hərəkət zamanı yaranan narahatlığın azalmasına dəstək məqsədilə seçilir. Tətbiq üsulu problemin olduğu nahiyəyə və şəxsin vəziyyətinə uyğun müəyyən edilməlidir. Boyun və çiyin gərginliyində masaj nə üçün seçilir?. Boyun və çiyin nahiyəsində sərtlik uzun müddə

11.11.2026 309
.

Yarpaq dolmasının dağılmaması üçün bu üsuldan istifadə edin

Yarpaq dolması hazırlayarkən bir çox insanın qarşılaşdığı problemlərdən biri yeməyin bişmə zamanı dağılması, üst hissədəki dolmaların isə qurumasıdır. Lakin sadə bir mətbəx üsulu ilə bu problemin qarşısını almaq mümkündür. BİG.AZ -a istinadən xəbər verir ki, yarpaq dolmasının bişərkən formasını qorumas

16.11.2026 411
.

Telefonları folqaya bükməyə başladılar - SƏBƏBİ...

Ağıllı telefon istifadəçiləri rəqəmsal gizlilik üçün maraqlı bir üsula müraciət edirlər. Cihazı kənar siqnallardan təcrid etmək məqsədilə alüminium folqadan istifadə olunması geniş müzakirə olunur. xəbər verir ki, telefonu alüminium folqaya bürümək cihazın xarici aləmlə qurduğu naqilsiz əlaqələri kəsmə

14.11.2026 498
.