Vətəndaşlar Maaş və Pensiyalarını İstədikləri Bankdan Ala Biləcək - İQTİSADÇIDAN AÇIQLAMA

Vətəndaşlar Maaş və Pensiyalarını İstədikləri Bankdan Ala Biləcək - İQTİSADÇIDAN AÇIQLAMAAzərbaycanda maaş və pensiya ödənişlərinin vətəndaşların istədiyi bank vasitəsilə alınmasına imkan yaradılacağı ilə bağlı açıqlama bank sektorunda yeni müzakirələrə səbəb olub. Mərkəzi Bankın sədrinin verdiyi məlumata görə, yaxın 3 ay ərzində vətəndaşlar və təqaüdçülər maaş və pensiyalarını istədikləri bankdan ala biləcəklər.

Bir çox ölkələrdə tətbiq olunan bu sistem banklar arasında rəqabəti artırmaqla yanaşı, müştərilərə əlavə üstünlüklər və bonuslar təqdim olunmasına da şərait yaradır. İndi isə diqqətlər bu təcrübənin Azərbaycanda bank sektoruna necə təsir edəcəyinə yönəlib.
Vətəndaşlar Maaş və Pensiyalarını İstədikləri Bankdan Ala Biləcək - İQTİSADÇIDAN AÇIQLAMAMövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, vətəndaşların maaş və pensiyalarını istədikləri bank vasitəsilə almaq imkanının yaradılması bank sektorunda rəqabəti gücləndirə bilər. Çünki indiyə qədər bir çox hallarda maaş və pensiya ödənişləri müəyyən banklara bağlı olurdu və vətəndaşın seçim imkanları məhdud idi. Onun sözlərinə görə, yeni sistem bankları müştərini cəlb etmək üçün daha əlverişli xidmətlər təklif etməyə məcbur edə bilər: "İnkişaf etmiş ölkələrdə banklar maaş və pensiya axınını özlərinə cəlb etmək üçün əlavə bonuslar, yüksək depozit faizləri, pulsuz kart xidmətləri, keşbek proqramları və güzəştli kreditlər təqdim edirlər. Çünki daimi maaş və pensiya daxilolmaları bank üçün stabil maliyyə mənbəyi hesab olunur. Azərbaycanda da müəyyən müddətdən sonra oxşar kampaniyaların yaranması mümkündür.

Bu dəyişiklik xüsusilə rəqəmsal xidmətlər sahəsində rəqabəti artıra bilər. Banklar mobil tətbiqləri, sürətli köçürmələri, komissiyasız əməliyyatları və xidmət keyfiyyətini yaxşılaşdırmağa çalışacaqlar. Çünki artıq müştərini "məcburi axınla" deyil, xidmət üstünlüyü ilə saxlamaq lazım olacaq.

Bununla yanaşı, bütün bankların eyni imkanlara malik olmadığı da nəzərə alınmalıdır. Böyük banklar daha çox bonus və xidmət təqdim etmək imkanına sahib ola bilər. Kiçik banklar isə müştəri cəlb etmək üçün daha fərqli və çevik təkliflər hazırlamağa çalışacaqlar.

Əgər sistem tam şəffaf və texniki baxımdan rahat işləsə, bu addım həm bank sektorunda rəqabəti artırar, həm də vətəndaşların maliyyə seçim azadlığını genişləndirə bilər".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1963   Tarix: 12 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sonsuzluğun əsas səbəbləri açıqlanıb: "Qadınlar daha gec ailə qururlar"

"Müasir dövrdə sonsuzluğun artmasının səbəbləri daha çox iki əsas faktorla əlaqələndirilir. Birinci səbəb qadınların sosial həyatda daha aktiv iştirak etməsidir. Çünki hazırda evlilik yaşı əvvəlki illərlə müqayisədə 5-10 il irəliləyib. Artıq qadınlar daha çox 30 yaşdan sonra ailə qururlar"

11:46 206
.

Uşaqlar məktəbin qarşısında paylanılan konfetdən zəhərlənib? - Açıqlama

Sosial şəbəkələrdə məktəbin qarşısında naməlum şəxsin uşaqlara konfet paylaması və bundan sonra onların zəhərlənməsi barədə səs yazısı yayılıb. DİN Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, yayılan səs yazısı ilə bağlı aparılan araşdırma nəticəsində səsləndirilən iddialar təsdiqin

14:14 284
.

"Artıq dünyada bilməyən yoxdur ki, sözümüz imzamız qədər dəyərlidir"

"Bizim Avropa İttifaqına üzv ölkələrin bir çoxu ilə strateji tərəfdaşlıq bəyannamələrimiz, müqavilələrimiz var". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki

17:45 55
.

Payızda səhərlər yuxudan oyanmağın çətin olmasının SƏBƏBİ

Mütəxəssislər səhərlər daha asan və tez ayılmağa kömək edən bir neçə üsul açıqlayıblar. xəbər verir ki, soyuq havaların başlaması ilə səhərlər oyanmaq daha da çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Elliso

18:15 1
.

"Azərbaycan ABŞ ilə münasibətləri yeni strateji səviyyəyə çıxarıb"

"Azərbaycanın qonşu ölkələrlə münasibətləri sabitdir və mehriban qonşuluq ruhunda inkişaf edir". APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən CAMCA 2026 Regiona

13:26 148
.

Azərbaycanda süni intellekt hansı səviyyədədir? - Ekspertdən AÇIQLAMA

"Azərbaycanda süni intellektin (Sİ) inkişafı hazırda həm böyük potensialın, həm də müəyyən boşluqların mövcud olduğu keçid mərhələsindədir. Ümumilikdə vəziyyəti "başlanğıc-orta" səviyyədə, lakin sürətlə inkişaf edən proses kimi qiymətləndirmək olar. Məsələyə bir neçə aspektdən yanaşma

14:05 167
.

"Olimp Hospital"da əməliyyat olunan 44 yaşlı kişi öldü

Bir neçə gün əvvəl Bakı şəhər Yasamal rayonunda yerləşən "Olimp Hospital"da əməliyyat olunan Şəmkir sakini qəfil vəfat edib. İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Şəmkir rayon Dəllər qəsəbə sakini 1982-ci il təvəllüdlü Eynur Səfərov bu özəl klinikada əməliyyat olunub. Xəstəxanada onu

17:12 93
.

"Hərənin arxasında, böyük bir dayı var"

"Bu gün müxtəlif yerlərdə müharibələr gedir. Hərənin arxasında, necə deyərlər, böyük bir dayı var. Bəzilərinin arxasında bir neçə. Amma biz təkbaşına. Amma bütün o böyük dayılar bizə qarşı idi. O Minsk qrupunun həmsədrləri bizə qarşı idi. Onlar bu gün dünyada aparıcı dövlətlərdir, görün, biz kim

17:39 75
.

Quzu əti BAHALAŞDI : Qiymətlər niyə yüksəkdir?

Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətində artım var. Əvvəl Monqolustandan gətirilən quzu ətinin kiloqramı 9- 12 manata təklif olunurdusa, indi 13-16 manat civarındadır. Satıcıların sözlərinə görə, qiymət artımının əsas səbəbi idxal və daşınma xərclərinin yüksəlməsidir. Satıcılar bildirirlə

11:38 205
.