Trampın Çinə Səfəri: Yeni Diplomatik Mərhələ Başlayır - POLİTOLOQDAN AÇIQLAMA

Trampın Çinə Səfəri: Yeni Diplomatik Mərhələ Başlayır - POLİTOLOQDAN AÇIQLAMAABŞ prezidenti Donald Trampın Çinə planlaşdırılan səfəri beynəlxalq siyasi gündəmin əsas mövzularından birinə çevrilib. Məlumata görə, səfər iki ölkə arasında iqtisadi əməkdaşlıq, ticarət balansı və regional təhlükəsizlik məsələlərinin müzakirəsi üçün yüksək səviyyəli görüşlər çərçivəsində həyata keçiriləcək.

Məsələ ilə bağlı siyasi müşahidəçilər bildirirlər ki, bu səfər ABŞ-Çin münasibətlərində gərginlik və əməkdaşlıq arasında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Xüsusilə qlobal ticarət, texnologiya və geosiyasi balans baxımından bu görüşlərin nəticələri diqqətlə izlənilir.
Trampın Çinə Səfəri: Yeni Diplomatik Mərhələ Başlayır - POLİTOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı politoloq Aytən Qurbanova BiG.AZ-a açıqlamasında bildirdi ki, düşünürəm ki, ABŞ prezidenti Donald Trampın 13-15 May tarixlərində Çinə gözlənilən səfəri kifayət qədər mühüm nəticələri özündə ehtiva edir. Onuda qeyd etmək lazımdır ki, bu Trampın ABŞ prezidenti olaraq ikinci belə bir səfəridir. Onun sözlərinə görə, ilk səfəri 2017-ci ildə Trampın birinci ABŞ prezidentliyi dövründə baş tutmuşdur və indiki bir məqamda beynəlxalq münasibətlər sisteminin kifayət qədər təlatümlü bir dövrdən keçdiyi mərhələdə düşünürəm ki, Donald Trampın Çin səfəri bütün dünya mediasının və siyasi ictimayyətin diqqətinin bu istiqamətə yönəlməsinə səbəb olan əsas hadisələrdən biridir: "Çünki həm Rusiya-Ukrayna müharibəsi davam edir, eyni zamanda ABŞ və İran arasında gərginlik tamamilə sona çatmayıb və bu istiqamətdə hələki ortaq bir razılığın əldə olunduğunu biz müşahidə edə bilmirik. Belə bir məqamda Çin kilid ölkələrdən birinə çevrilə bilər. Qlobal sistemin əsas aktorlarından biri olmaqla, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri kimi çıxış etməklə Çinin yerləşdiyi coğrafiyada təhlükəsizliyin təmin olunması ilə bağlı prioritetləri və maraqları var.

Mən düşünürəm ki, ABŞ bu istiqamətdə Çinlə müəyyən razılığa gəlinməsinin əslində problemlərin həlli üçün mühüm nəticələri özündə ehtiva edəcəyi reallığını qəbul edir və keçirilən müzakirələrdə gündəliyə nəzər yetirsək, ÇİN Xarici İşlər Nazirliyinin paylaşdığı informasiyalarda həm iki dövlət arasında ikitərəfli münasibətlərin gələcəyi, eyni zamanda qlobal sülhün təmin olunması istiqamətində ümumi məsələlərin və qlobal problemlərin müzakirəsi əsas gözlənilən istiqamətlərdir. Belə olan halda biz həm qlobal iqtisadi münasibətlərdə yaranmış böhranın aradan qaldırılması, eyni zamanda münaqişələrdən irəli gələn iqtisadi nəticələrin aradan qaldırılması, həmçinin münaqişələrin həll olunması istiqamətində ortaq maraqların müəyyənləşdirilməsi ilə bağlı iki qlobal aktorun, böyük dövlətlərin liderlərinin görüşünün mühüm nəticələri özündə ehtiva etdiyini aydın şəkildə bildirə bilərik.

Amma düşünürəm ki, görüşün nəticəsində paylaşılacaq ilkin informasiyalar razılığın hansı istiqamətdə olduğu yada böhranın hansı istiqamətdə davam edə biləcəyi ilə bağlı nikbin və ya bədbin ssenarilər haqqında daha aydın fikir bildirməyə bizə icazə verər".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 617   Tarix: 12 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sonsuzluğun əsas səbəbləri açıqlanıb: "Qadınlar daha gec ailə qururlar"

"Müasir dövrdə sonsuzluğun artmasının səbəbləri daha çox iki əsas faktorla əlaqələndirilir. Birinci səbəb qadınların sosial həyatda daha aktiv iştirak etməsidir. Çünki hazırda evlilik yaşı əvvəlki illərlə müqayisədə 5-10 il irəliləyib. Artıq qadınlar daha çox 30 yaşdan sonra ailə qururlar"

11:46 206
.

Uşaqlar məktəbin qarşısında paylanılan konfetdən zəhərlənib? - Açıqlama

Sosial şəbəkələrdə məktəbin qarşısında naməlum şəxsin uşaqlara konfet paylaması və bundan sonra onların zəhərlənməsi barədə səs yazısı yayılıb. DİN Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, yayılan səs yazısı ilə bağlı aparılan araşdırma nəticəsində səsləndirilən iddialar təsdiqin

14:14 284
.

"Artıq dünyada bilməyən yoxdur ki, sözümüz imzamız qədər dəyərlidir"

"Bizim Avropa İttifaqına üzv ölkələrin bir çoxu ilə strateji tərəfdaşlıq bəyannamələrimiz, müqavilələrimiz var". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki

17:45 55
.

Payızda səhərlər yuxudan oyanmağın çətin olmasının SƏBƏBİ

Mütəxəssislər səhərlər daha asan və tez ayılmağa kömək edən bir neçə üsul açıqlayıblar. xəbər verir ki, soyuq havaların başlaması ilə səhərlər oyanmaq daha da çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Elliso

18:15 1
.

"Azərbaycan ABŞ ilə münasibətləri yeni strateji səviyyəyə çıxarıb"

"Azərbaycanın qonşu ölkələrlə münasibətləri sabitdir və mehriban qonşuluq ruhunda inkişaf edir". APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən CAMCA 2026 Regiona

13:26 148
.

Azərbaycanda süni intellekt hansı səviyyədədir? - Ekspertdən AÇIQLAMA

"Azərbaycanda süni intellektin (Sİ) inkişafı hazırda həm böyük potensialın, həm də müəyyən boşluqların mövcud olduğu keçid mərhələsindədir. Ümumilikdə vəziyyəti "başlanğıc-orta" səviyyədə, lakin sürətlə inkişaf edən proses kimi qiymətləndirmək olar. Məsələyə bir neçə aspektdən yanaşma

14:05 167
.

"Olimp Hospital"da əməliyyat olunan 44 yaşlı kişi öldü

Bir neçə gün əvvəl Bakı şəhər Yasamal rayonunda yerləşən "Olimp Hospital"da əməliyyat olunan Şəmkir sakini qəfil vəfat edib. İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Şəmkir rayon Dəllər qəsəbə sakini 1982-ci il təvəllüdlü Eynur Səfərov bu özəl klinikada əməliyyat olunub. Xəstəxanada onu

17:12 93
.

"Hərənin arxasında, böyük bir dayı var"

"Bu gün müxtəlif yerlərdə müharibələr gedir. Hərənin arxasında, necə deyərlər, böyük bir dayı var. Bəzilərinin arxasında bir neçə. Amma biz təkbaşına. Amma bütün o böyük dayılar bizə qarşı idi. O Minsk qrupunun həmsədrləri bizə qarşı idi. Onlar bu gün dünyada aparıcı dövlətlərdir, görün, biz kim

17:39 75
.

Quzu əti BAHALAŞDI : Qiymətlər niyə yüksəkdir?

Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətində artım var. Əvvəl Monqolustandan gətirilən quzu ətinin kiloqramı 9- 12 manata təklif olunurdusa, indi 13-16 manat civarındadır. Satıcıların sözlərinə görə, qiymət artımının əsas səbəbi idxal və daşınma xərclərinin yüksəlməsidir. Satıcılar bildirirlə

11:38 205
.