Yaz aylarında immuniteti gücləndirən qidalanma məsləhətləri
"Yaz fəslinin gəlişi ilə yalnız geyim tərzimiz deyil, həm də qidalanma rejimimiz dəyişir. Metabolizmin sürətlənməsi bədənin enerji və qida tələbatını yenidən formalaşdırır".
Bunu BiG.AZ-a açıqlamasında qida eksperti Asim Vəliyev bildirib.
O, qeyd edib ki, yaz aylarında qidalanmanın əsasını su balansının qorunması, mövsümi liflə zəngin qidalar və qida təhlükəsizliyi təşkil edir. Qışda orqanizm istiliyi saxlamaq üçün daha çox yağlı qidalara üstünlük versə də, yazda enerji ehtiyacı fərqli olur. Bu dövrdə kəskin kalori azlığı kortizol hormonunu artıraraq əzələ itkisinə səbəb ola bilər. Buna görə də zülalla zəngin qidalar və mürəkkəb karbohidratlar daha uzunmüddətli toxluq hissi yaradır:
"Yaz mövsümündə təzə göyərti və tərəvəzlərin rasiona daxil edilməsi xüsusilə vacibdir. Bu məhsullar antioksidantlarla zəngin olduğuna görə orqanizmin qış dövründə yığılan oksidativ stressdən təmizlənməsinə kömək edir. Xüsusilə C vitamini və fol turşusu immun sisteminin mövsüm keçidinə uyğunlaşmasında mühüm rol oynayır.
Digər vacib məqam isə temperaturun artması ilə bakteriyaların çoxalma sürətinin yüksəlməsidir. Hazır yeməklərin otaq temperaturunda iki saatdan artıq saxlanılması qida zəhərlənməsi riskini artırır.
Qida seçimi zamanı etiketlərin diqqətlə oxunması da mühüm şərtdir. "Aşağı kalorili" və ya "fit" kimi yazılan məhsulların tərkibində süni dadlandırıcılar və dad gücləndiricilər ola bilər. Bu maddələr bəzi hallarda iştahanı süni şəkildə artıra bilir.
May ayında mövsümünə uyğun olmayan, tam yetişməmiş meyvələrin istehlakından da çəkinmək tövsiyə olunur. Çünki bu məhsullarda nitrat miqdarı normadan yüksək ola bilər.
Gigiyenik qaydalara əməl etmək də vacibdir: göyərti doğranan taxtada çiy ət kəsilməməli, çarpaz çirklənmənin qarşısı alınmalıdır. Göyərtilər istifadədən əvvəl sirkəli suda ən az 10 dəqiqə saxlanılmalı, torpaq mənşəli mikroblar və parazitlərdən təmizlənməlidir.
Gündəlik su ehtiyacı hər kiloqram çəki üçün təxminən 30 ml hesablanır. Lakin bu göstərici fiziki aktivlik və hava temperaturuna görə dəyişə bilər. Qeyd etmək lazımdır ki, çay və qəhvə suyun yerini tam olaraq əvəz etmir.
Həmçinin sağlam həyat tərzində yuxu rejimi də mühüm rol oynayır. Gecə saat 23:00-dan gec olmamaq şərti ilə yatmaq orqanizmdə yağ yandırıcı hormonların daha aktiv işləməsinə şərait yaradır.
Bununla belə, istənilən pəhrizə başlamazdan əvvəl qan analizlərinin yoxlanılması tövsiyə olunur".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 590 Tarix: 12 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSonsuzluğun əsas səbəbləri açıqlanıb: "Qadınlar daha gec ailə qururlar"
"Müasir dövrdə sonsuzluğun artmasının səbəbləri daha çox iki əsas faktorla əlaqələndirilir. Birinci səbəb qadınların sosial həyatda daha aktiv iştirak etməsidir. Çünki hazırda evlilik yaşı əvvəlki illərlə müqayisədə 5-10 il irəliləyib. Artıq qadınlar daha çox 30 yaşdan sonra ailə qururlar"
11:46 206 Uşaqlar məktəbin qarşısında paylanılan konfetdən zəhərlənib? - Açıqlama
Sosial şəbəkələrdə məktəbin qarşısında naməlum şəxsin uşaqlara konfet paylaması və bundan sonra onların zəhərlənməsi barədə səs yazısı yayılıb. DİN Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, yayılan səs yazısı ilə bağlı aparılan araşdırma nəticəsində səsləndirilən iddialar təsdiqin
14:14 284 "Artıq dünyada bilməyən yoxdur ki, sözümüz imzamız qədər dəyərlidir"
"Bizim Avropa İttifaqına üzv ölkələrin bir çoxu ilə strateji tərəfdaşlıq bəyannamələrimiz, müqavilələrimiz var". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki
17:45 55 Payızda səhərlər yuxudan oyanmağın çətin olmasının SƏBƏBİ
Mütəxəssislər səhərlər daha asan və tez ayılmağa kömək edən bir neçə üsul açıqlayıblar. xəbər verir ki, soyuq havaların başlaması ilə səhərlər oyanmaq daha da çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Elliso
18:15 1 "Azərbaycan ABŞ ilə münasibətləri yeni strateji səviyyəyə çıxarıb"
"Azərbaycanın qonşu ölkələrlə münasibətləri sabitdir və mehriban qonşuluq ruhunda inkişaf edir". APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən CAMCA 2026 Regiona
13:26 148 Azərbaycanda süni intellekt hansı səviyyədədir? - Ekspertdən AÇIQLAMA
"Azərbaycanda süni intellektin (Sİ) inkişafı hazırda həm böyük potensialın, həm də müəyyən boşluqların mövcud olduğu keçid mərhələsindədir. Ümumilikdə vəziyyəti "başlanğıc-orta" səviyyədə, lakin sürətlə inkişaf edən proses kimi qiymətləndirmək olar. Məsələyə bir neçə aspektdən yanaşma
14:05 167 "Olimp Hospital"da əməliyyat olunan 44 yaşlı kişi öldü
Bir neçə gün əvvəl Bakı şəhər Yasamal rayonunda yerləşən "Olimp Hospital"da əməliyyat olunan Şəmkir sakini qəfil vəfat edib. İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Şəmkir rayon Dəllər qəsəbə sakini 1982-ci il təvəllüdlü Eynur Səfərov bu özəl klinikada əməliyyat olunub. Xəstəxanada onu
17:12 93 "Hərənin arxasında, böyük bir dayı var"
"Bu gün müxtəlif yerlərdə müharibələr gedir. Hərənin arxasında, necə deyərlər, böyük bir dayı var. Bəzilərinin arxasında bir neçə. Amma biz təkbaşına. Amma bütün o böyük dayılar bizə qarşı idi. O Minsk qrupunun həmsədrləri bizə qarşı idi. Onlar bu gün dünyada aparıcı dövlətlərdir, görün, biz kim
17:39 75 Quzu əti BAHALAŞDI : Qiymətlər niyə yüksəkdir?
Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətində artım var. Əvvəl Monqolustandan gətirilən quzu ətinin kiloqramı 9- 12 manata təklif olunurdusa, indi 13-16 manat civarındadır. Satıcıların sözlərinə görə, qiymət artımının əsas səbəbi idxal və daşınma xərclərinin yüksəlməsidir. Satıcılar bildirirlə
11:38 205