İrandakı iqtisadi böhran Azərbaycana təsir edə bilərmi? - İQTİSADÇIDAN AÇIQLAMA

İrandakı iqtisadi böhran Azərbaycana təsir edə bilərmi? - İQTİSADÇIDAN AÇIQLAMAYaxın Şərqdə iqtisadi və sosial problemlərlə gündəmə gələn İran bu dəfə rekord səviyyədə inflyasiya və ərzaq böhranı ilə diqqət mərkəzinə düşüb. Sky News kanalının yaydığı məlumata görə, ölkədə inflyasiya səviyyəsi 115 faizi keçib, əsas ərzaq məhsullarının qiymətində isə ciddi artım müşahidə olunur.

İranda dərinləşən iqtisadi böhranın region ölkələrinə, xüsusilə də Azərbaycana mümkün təsirləri müzakirə edilir. Bu vəziyyətin ticarət əlaqələri, ərzaq bazarı və regiondakı iqtisadi sabitliyə necə təsir göstərə biləcəyi isə maraq doğuran əsas məsələlərdən biridir.
İrandakı iqtisadi böhran Azərbaycana təsir edə bilərmi? - İQTİSADÇIDAN AÇIQLAMAMövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, İrandakı iqtisadi böhranın region ölkələrinə və Azərbaycana təsiri həm birbaşa, həm də dolayı yollarla özünü göstərə bilər. Onun sözlərinə görə, Azərbaycan baxımından ən ciddi risk qaçqın və miqrasiya təzyiqidir: "İranda yaşayan Azərbaycanlıların sayı milyonlarladır. Ərzaq böhranı dərinləşdikcə, xüsusilə Cənubi Azərbaycanda yaşayan əhali şimal sərhəddinə, yəni Azərbaycan Respublikasına doğru hərəkət edə bilər. Bu, Azərbaycanın sosial infrastrukturuna əlavə yük yaradar.

Sərhəd ticarəti ciddi zərbə alacaq. Azərbaycan-İran sərhəd xətti ənənəvi olaraq aktiv ticarət zonası olub. İranda alıcılıq gücünün çökməsi bu ticarəti demək olar ki, sıfırlayır. Naxçıvan isə coğrafi baxımdan İrana bağımlı olduğundan bu təsiri daha kəskin hiss edəcək.

Enerji və tranzit baxımından da risklər var. İran Azərbaycan üçün həm tranzit dəhlizi, həm də enerji əməkdaşlığı ortağıdır. İqtisadi çöküş bu əlaqələri zəiflədər, Şimal-Cənub nəqliyyat dəhlizinin işləkliyinə mənfi təsir göstərər.

Region miqyasında baxsaq, Türkiyə artıq İrandan gələn ucuz malların rəqabəti ilə üzləşə bilər, çünki İran məhsullarını xarici valyuta qazanmaq üçün hər qiymətə satmağa çalışacaq. Bu, region bazarlarında qiymət deformasiyası yaradır.

Ermənistan üçün isə vəziyyət daha mürəkkəbdir, İranla ticarət həcmi böyük olduğundan iqtisadi zərbə daha ağır olacaq.

Ən böyük narahatlıq odur ki, İranda daxili sabitlik zəiflədikcə sosial partlayış riski artır. Belə bir gözlənti bütün regionu uzun müddətli qeyri-müəyyənliyə sürükləyər".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 571   Tarix: 14 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Quzu əti BAHALAŞDI : Qiymətlər niyə yüksəkdir?

Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətində artım var. Əvvəl Monqolustandan gətirilən quzu ətinin kiloqramı 9- 12 manata təklif olunurdusa, indi 13-16 manat civarındadır. Satıcıların sözlərinə görə, qiymət artımının əsas səbəbi idxal və daşınma xərclərinin yüksəlməsidir. Satıcılar bildirirlə

11:38 205
.

"Melissa Park"ın əməkdaşı külli miqdarda narkotiklə tutulub

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 1997-ci il təvəllüdlü Maqsud İbrahimov (soyad şərtidir

17:09 94
.

Hikmət Hacıyev Azərbaycanın İsraillə münasibətlərindən danışdı: "Prinsiplərdən geri çəkilmirik"

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən Mərkəzi Asiya, Monqolustan, Qafqaz və Əfqanıstan (CAMCA) Regional Forumunda Azərbaycanın İsraillə münasibətləri və Fələstin məsələsində mövqeyi barədə açıqlamala

12:30 174
.

Müəllimin hörmətini kim əlindən aldı?

Mənə nədənsə elə gəlir ki, artıq müəllim sinfə girəndə uşaqlar ayağa qalxmır. Ən azından müəllimlə aşıq kimi deyişən şagirdin bu hörməti nümayiş etdirdiyinə çətin inanıram. Bu gün məktəblə bağlı bir yeni problemlə qarşılaşdıq. Müəllim az qala yalvarırdı ki, hüquqşünaslar ona kömək etsin. Siz də aga

18:45 1
.

"Müharibədə də, müharibədən sonra da heç kim bizə kömək etmirdi"

"Səkkiz milyon əhalimiz var idi, onlardan 1 milyonu qaçqın-köçkün, evsiz-eşiksiz, çadırlarda". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki, bu bir humanitar fəlakə

16:41 111
.

Trampın impiçment qorxusu: Demokratlar üstünlüyü ələ keçirəcək?

ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasının noyabrda keçiriləcək Konqresə aralıq seçkilərində qalib gələcəyi təqdirdə onun barəsində impiçment prosedurunun başladılacağını düşünür. Tramp Oklahomada tərəfdarları qarşısında çıxışı zamanı seçiciləri Respublikaçılar Partiyasına səs verməyə çağırıb

12:30 168
.

"Artıq dünyada bilməyən yoxdur ki, sözümüz imzamız qədər dəyərlidir"

"Bizim Avropa İttifaqına üzv ölkələrin bir çoxu ilə strateji tərəfdaşlıq bəyannamələrimiz, müqavilələrimiz var". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki

17:45 55
.

Qardaşı da nişanlandı

Mediada müğənni Roza Zərgərlinin övladlığa götürdüyü oğlu kimi tanınan Jerar Qafarov da ailə qurmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aktyor qardaşı Corc Qafarovdan sonra Jerar da nişanlanıb. O, nişan mərasimindən görüntüləri paylaşaraq "Xoşbəxt həyat yoldaşı, xoşbəxt həyat" şərhini yazıb

14:49 251
.

Prezidentdən Misir Mərdanovla bağlı - Sərəncam

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və elmi-pedaqoji sahədə böyük xidmətlərinə görə Misir Cumail oğlu Mərdanov "Şərəf" ordeni ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, saba

15:59 188
.