180 illik sirr açıldı

180 illik sirr açıldı1845-ci ildə Arktikada itkin düşən məşhur Franklin ekspedisiyasının bəzi üzvlərinin kimliyi təxminən 180 ildən sonra DNT analizləri vasitəsilə müəyyən edilib.

"Qafqazinfo" xəbər verir ki, İngiltərədən yeni dəniz marşrutu tapmaq məqsədilə yola çıxan Con Franklinin rəhbərlik etdiyi ekspedisiyada həlak olan dörd dənizçinin qalıqları müasir genetik texnologiyalar sayəsində tanınıb.

Alimlər Arktikada tapılmış sümük fraqmentlərini ekspedisiya üzvlərinin nəslindən götürülən DNT nümunələri ilə müqayisə edərək nəticəyə gəliblər. Müəyyən olunan şəxslərin "HMS Erebus" və "HMS Terror" gəmilərində xidmət etdikləri bildirilib.

Tədqiqatın ən diqqətçəkən nəticələrindən biri uzun illər kimliyi mübahisə doğuran Harri Peqların qalıqlarının müəyyən edilməsi olub. Onun fərqli rütbəyə aid forma ilə tapılması səbəbindən illərlə yanlış tanındığı qeyd edilir.

DNT analizləri nəticəsində həmin qalıqların, həqiqətən, Peqlara məxsus olduğu təsdiqlənib və bununla da 166 illik mübahisəyə son qoyulub.

Alimlər hesab edirlər ki, dənizçi intizam pozuntusuna görə vəzifəsindən uzaqlaşdırıldıqdan sonra başqa forma geyinmiş ola bilər.

Araşdırma zamanı ekspedisiyada həyatını itirən şəxslərin şəxsi həyatları barədə də yeni məlumatlar əldə olunub. Onların arasında 11 yaşında dənizçiliyə başlayan musiqiçi və 17 yaşında ekspedisiyaya qatılan gənc heyət üzvünün olduğu bildirilir.

Bildirilir ki, gələcəkdə digər qohumlardan götürüləcək DNT nümunələri vasitəsilə Franklin ekspedisiyasının daha çox qurbanının kimliyini müəyyən etmək mümkün olacaq.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 592   Tarix: 14 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Alman qadınlar qabı yuyucu vasitə ilə yuyandan sonra su ilə yaxalamırlar - Bunun səbəbi nədir?

Qab yuduqdan sonra onları axar su ilə yaxşıca yaxalamaq əksər insanlar üçün adi vərdişdir. Lakin Almaniyada bir çox ailə bu mərhələni tamamilə ötürür. Yerli sakinlər qabları yuyucu vasitə əlavə edilmiş su ilə yuduqdan sonra onları birbaşa quruducuya düzür və əlavə yaxalama etmirlər. Bu yanaşma ilk baxışda

28.06.2026 297
.

Turlar.AZ - Xarici Turlar

saytinda daxili turlarla yanaşı, xarici turlarla bağlı elanlar da gündəlik yenilənir. Sayta daxil olmaqla Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Maldiv adaları, Misir və digər məkanlara sərfəli xarici turlar əldə edə bilərsiniz!. Təbii ki, azərbaycanlı turistlər daha ço

23.06.2026 887
.

Hər gün yumurta yeməyin təhlükələri barədə XƏBƏRDARLIQ

Həkimlər yumurtanın çox sağlam olduğunu deyirlər, amma bu, yalnız həddindən artıq yeməmək şərtilədir. Yumurta bir çox insanın rasionunun vacib bir hissəsidir və həddindən artıq istehlak edildikdə həm faydaları, həm də potensial riskləri təklif edir. -ın xarici mətbuata istinadən məlumatına görə, yumurtanı

28.06.2026 310
.

Tezbazar.Az - Hobbi və asudə, istirahət və əyləncə elanları

ın Hobbi və Asudə bölməsi hər kəs üçündür! Çünki hobbisi olmayan insan yoxdur. Hobbi asudə vaxtlarında etdiyin və ondan zövq aldığın məşğuliyyət deməkdir. Hobbilər müxtəlifdir: kimisi səyahət etməyi xoşlayır, kimisi velosiped sürməyi, kimisə kitab oxumağı, kimisi isə ova və ya balıq tutmağa getməyi

27.06.2026 685
.

İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?

Kembric Universitetinin professoru Hanna Fray yay aylarında içərisi "soba"ya dönən avtomobilləri saniyələr içində sərinlədəcək fiziki bir üsul paylaşıb. Cəmi bir şüşəni endirib sürücü qapısını bir neçə dəfə sürətlə aç-bağ edərək içəridəki isti havanı xaricə "vakumlayan" bu üsul qərib

27.06.2026 191
.

Bağbanların yeni sirri: adi un bitkilər üçün möcüzə yaradır

Mətbəxdə gündəlik istifadə etdiyimiz unun bağçılıqda da faydalı ola biləcəyini çox az adam bilir. Halbuki bu sadə məhsul zərərvericilərlə mübarizə aparmağa, kompostun keyfiyyətini yaxşılaşdırmağa, torpağı zənginləşdirməyə və hətta küləyin istiqamətini müəyyən etməyə kömək edə bilər. xəbər verir ki, müasi

21.06.2026 222
.

Tanrını görmək üçün 5 ildir ayaqüstə dayanır

Hindistanda yaşayan bir rahib beş ildir ki, nə oturur, nə də uzanıb yatır. O, bu qeyri-adi həyat tərzini dini andının bir hissəsi kimi davam etdirir və məqsədinin ruhunu təmizləyərək Şiva tanrısına yaxınlaşmaq, eləcə də onu görmək olduğunu bildirir. xarici mediaya istinadla xəbər verir ki, Daulat Gir

21.06.2026 375
.

Mənzillər üçün ən uyğun dolab növləri hansıdır?

Mənzillərdə istifadə olunan dolablar quruluşuna və təyinatına görə bir neçə kateqoriyaya bölünür. Ən çox rast gəlinən növlər qapılı dolablar, sürgülü qapılı dolablar, qarderob sistemləri, künc dolabları və çoxfunksiyalı dolablardır. Qapılı dolablar klassik modellər hesab olunur və daxili bölmələrə raha

24.06.2026 332
.

Əsla əkməməli olduğunuz 4 bitki: Evlərin təməlini belə çatladır

Bağınızı gözəlləşdirmək istəyərkən evinizi və digər bitkilərinizi təhlükəyə atırsınız. Aralıq dənizi bölgəsində və qonşu ölkələrdə tez-tez rast gəlinən Cənnət ağacı, Akasiya və Turş yonca kimi məşhur bitkilərin "istilaçı" üzü üzə çıxıb. xəbər verir ki, bağınızı istirahət məkanına çevirmək istəyərkə

27.06.2026 230
.

TOP MP3