Bölgələrdə Müəllim Çatışmazlığı: Təhsilin Keyfiyyətinə Təsir Edən Əsas Problemlər - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Bölgələrdə Müəllim Çatışmazlığı: Təhsilin Keyfiyyətinə Təsir Edən Əsas Problemlər - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMASon illər ölkənin müxtəlif bölgələrində müəllim çatışmazlığı problemi təhsil sistemində ciddi müzakirə mövzularından birinə çevrilib. Xüsusilə kənd və ucqar rayon məktəblərində ixtisaslı pedaqoqların azlığı tədrisin keyfiyyətinə birbaşa təsir göstərir və şagirdlərin bərabər təhsil imkanlarına çıxışını çətinləşdirir.

Bu vəziyyətin əsas səbəbləri kimi müəllimlərin bölgələrə cəlb olunmasında stimulların zəifliyi, sosial şərait fərqləri və kadr bölgüsündə qeyri-bərabərlik göstərilir. Bu problem yalnız təhsil sistemi ilə məhdudlaşmayaraq, uzunmüddətli perspektivdə regionların inkişafına da təsir edən mühüm sosial məsələyə çevrilir.
Bölgələrdə Müəllim Çatışmazlığı: Təhsilin Keyfiyyətinə Təsir Edən Əsas Problemlər - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı təhsil eksperti Şəmsi Qoca BiG.AZ-a açıqlamasında bildirdi ki, bölgələrdəki müəllim çatışmazlığı problemi təkcə bir kadr çatışmazlığı deyil, həm də dövlətin gələcək intellektual bazasına birbaşa təsir edən milli bir məsələdir. Bu problemin həlli ilk növbədə müəllimin sosial-iqtisadi statusunun kənd və rayon yerlərində şəhər mühiti ilə rəqabətə davamlı hala gətirilməsindən keçir. Onun sözlərinə görə, gənc mütəxəssisi uzaq kəndlərə cəlb etmək üçün sadəcə təyinat vermək kifayət deyil; onlara mənzil təminatı, ciddi şəkildə artırılmış maaş əmsalları və müasir məişət şəraiti vəd edən kompleks güzəştlər paketi təqdim olunmalıdır: "Müəllim kəndə getdiyi gündən özünü unudulmuş bir məmur kimi deyil, dövlətin xüsusi diqqətində olan bir ziyalı kimi hiss etməlidir.

Eyni zamanda, təhsil siyasətimizdə nəsillərarası varislik prinsipi yenidən nəzərdən keçirilməlidir. Hazırda müşahidə olunan yaşlı və təcrübəli müəllimləri sistemdən sürətlə uzaqlaşdırmaq cəhdləri bölgələrdəki kadr boşluğunu daha da dərinləşdirir. Pensiya yaşına çatmış, lakin hələ də pedaqoji potensialı olan ustad müəllimlərin "mentorluq" statusu ilə kəndlərdə fəaliyyətini davam etdirməsinə şərait yaradılmalıdır. Bu, həm dərslərin boş qalmasının qarşısını alar, həm də təcrübəsiz gənc müəllimlərin yanında bir müdriklik məktəbinin mövcudluğunu təmin edər.

Problemin daha köklü həlli üçün "yerli kadr" siyasətinə üstünlük verilməlidir. Müəyyən bir rayonun və ya kəndin uşağını həmin bölgənin ehtiyacı olan ixtisas üzrə dövlət sifarişi ilə hazırlayıb, gələcəkdə öz doğma yurduna qaytarmaq ən effektli yoldur. Çünki o mühitə bələd olan, orada kökləri olan şəxs müvəqqəti təyinatla gələn şəxsdən daha fədakar və dözümlü olur. Nəticə etibarilə, biz müəllimi bölgədə saxlamalıyıqsa, ona həm maddi rifah, həm də cəmiyyətdə itirilmiş ağsaqqal-ziyalı nüfuzunu geri qaytarmalıyıq. Müəllim nüfuzu bərpa olunmasa və təcrübəli nəslin müdrikliyi ilə gəncliyin enerjisi birləşdirilməsə, bölgə təhsilindəki bu boşluq gələcəkdə ciddi milli intellektual itkilərə yol açacaqdır.

Təəssüf ki, ETN-in hazırkı kadr siyasəti kökündən yanlışdır və bu siyasət bölgələri müəllimsiz qoyacaqdır. Onda məsuliyyəti kimin daşıyacağı sualı gündəmə gələcəkdir".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 623   Tarix: 14 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Quzu əti BAHALAŞDI : Qiymətlər niyə yüksəkdir?

Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətində artım var. Əvvəl Monqolustandan gətirilən quzu ətinin kiloqramı 9- 12 manata təklif olunurdusa, indi 13-16 manat civarındadır. Satıcıların sözlərinə görə, qiymət artımının əsas səbəbi idxal və daşınma xərclərinin yüksəlməsidir. Satıcılar bildirirlə

11:38 205
.

"Melissa Park"ın əməkdaşı külli miqdarda narkotiklə tutulub

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 1997-ci il təvəllüdlü Maqsud İbrahimov (soyad şərtidir

17:09 94
.

Hikmət Hacıyev Azərbaycanın İsraillə münasibətlərindən danışdı: "Prinsiplərdən geri çəkilmirik"

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən Mərkəzi Asiya, Monqolustan, Qafqaz və Əfqanıstan (CAMCA) Regional Forumunda Azərbaycanın İsraillə münasibətləri və Fələstin məsələsində mövqeyi barədə açıqlamala

12:30 174
.

Müəllimin hörmətini kim əlindən aldı?

Mənə nədənsə elə gəlir ki, artıq müəllim sinfə girəndə uşaqlar ayağa qalxmır. Ən azından müəllimlə aşıq kimi deyişən şagirdin bu hörməti nümayiş etdirdiyinə çətin inanıram. Bu gün məktəblə bağlı bir yeni problemlə qarşılaşdıq. Müəllim az qala yalvarırdı ki, hüquqşünaslar ona kömək etsin. Siz də aga

18:45 1
.

"Müharibədə də, müharibədən sonra da heç kim bizə kömək etmirdi"

"Səkkiz milyon əhalimiz var idi, onlardan 1 milyonu qaçqın-köçkün, evsiz-eşiksiz, çadırlarda". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki, bu bir humanitar fəlakə

16:41 111
.

Trampın impiçment qorxusu: Demokratlar üstünlüyü ələ keçirəcək?

ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasının noyabrda keçiriləcək Konqresə aralıq seçkilərində qalib gələcəyi təqdirdə onun barəsində impiçment prosedurunun başladılacağını düşünür. Tramp Oklahomada tərəfdarları qarşısında çıxışı zamanı seçiciləri Respublikaçılar Partiyasına səs verməyə çağırıb

12:30 168
.

"Artıq dünyada bilməyən yoxdur ki, sözümüz imzamız qədər dəyərlidir"

"Bizim Avropa İttifaqına üzv ölkələrin bir çoxu ilə strateji tərəfdaşlıq bəyannamələrimiz, müqavilələrimiz var". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki

17:45 55
.

Qardaşı da nişanlandı

Mediada müğənni Roza Zərgərlinin övladlığa götürdüyü oğlu kimi tanınan Jerar Qafarov da ailə qurmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aktyor qardaşı Corc Qafarovdan sonra Jerar da nişanlanıb. O, nişan mərasimindən görüntüləri paylaşaraq "Xoşbəxt həyat yoldaşı, xoşbəxt həyat" şərhini yazıb

14:49 251
.

Prezidentdən Misir Mərdanovla bağlı - Sərəncam

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və elmi-pedaqoji sahədə böyük xidmətlərinə görə Misir Cumail oğlu Mərdanov "Şərəf" ordeni ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, saba

15:59 188
.