Şimal dənizində tapılan ölü balina "Timmi"dir?

Şimal dənizində tapılan ölü balina "Timmi"dir?Şimal dənizində, Danimarkaya məxsus Anholt adası sahillərində tapılan ölü balinanın üzərində GPS ötürücüsü aşkar edilməyib.

Oxu.Az DPA agentliyinə istinadən xəbər verir ki, bu barədə Danimarka Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Morten Abildstrem məlumat verib.

Onun sözlərinə görə, heyvanın bədənində heç bir elektron cihaz tapılmayıb. Abildstrem quyruq üzgəcindən toxuma nümunəsi götürülərkən sahilə vurmuş balinaya şəxsən baxış keçirib. Hazırda həmin nümunə ekspertiza üçün Almaniyaya göndərilməlidir.

Ekspert qeyd edib ki, o, tələf olmuş dəniz məməlisinin qozbel balina olduğuna 95% əmindir. Bununla belə, 12 metrlik heyvanın hazırda böyür üstə qalması və yarıya qədər suya qərq olması onun növünü dəqiq müəyyənləşdirməyə çətinlik yaradır. Dəniz məməlisi Anholt sahilindən təxminən 75 metr aralıda yerləşir və böyük ehtimalla bir müddət əvvəl tələf olub.

Qeyd edək ki, "Bild" qəzetinin yazdığına görə, rəsmilər bu balinanın əvvəllər taleyi diqqətlə izlənilən və sonradan dərinliyə buraxılan "Timmi" ola biləcəyini ehtimal edirdilər. Balinanın açıq dənizə buraxılmasından təxminən iki həftə keçməsinə baxmayaraq, onun harada olduğu barədə məlumat daxil olmayıb. Koordinatları müəyyən etməli olan GPS ötürücüsü hələ də siqnal vermir. Mütəxəssislər "Timmi"nin sağ qalma şansını çox aşağı qiymətləndirirlər.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 472   Tarix: 17 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Romanovların əfsanəvi sapfiri rekord qiymətə satıldı

Bir vaxtlar Rusiya İmperiyasının kral zinət əşyaları kolleksiyasına daxil olan nəhəng sapfirin yerləşdiyi nadir bilərzik İsveçrənin Cenevrə şəhərində keçirilən hərracda gözləntiləri iki dəfədən çox üstələyərək 4,9 milyon dollara alıcı tapıb. "Qafqazinfo" xəbər verir ki, "Sotheby's"

14.11.2026 268
.

"Microsoft"un çökməsi milyardlarla dollar zərər vura bilər

"Microsoft" korporasiyasının fəaliyyətində yaranan qlobal nasazlıq Avstraliya iqtisadiyyatına milyardlarla dollar zərər vura bilər. -ın məlumatına görə, bu barədə "The Guardian" nəşri yazıb. "RSM Australia" şirkətinin təhlükəsizlik sahəsi üzrə eksperti Aşvin Palın sözlərin

15.11.2026 300
.

"Powerbank"dakı gizli düymə nə üçündür?

Smartfonların enerjisini istənilən yerdə doldurmağa imkan verən portativ enerji cihazları gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin powerbank istifadəçilərinin çoxu cihazın üzərindəki kiçik düymənin əslində hansı funksiyaları yerinə yetirdiyini bilmir. xarici mediaya istinadla xəbər veri

15.11.2026 264
.

Dünyada sahili olmayan yeganə dəniz

Yer kürəsində sahili və limanı olmayan yeganə dəniz mövcuddur. Atlantik okeanının daxilində yerləşən Sarqasso dənizinin sərhədlərini quru sahələri deyil, dörd güclü okean axını formalaşdırır. BİG.AZ -a istinadən bildirir ki, bu qeyri-adi dəniz Floridadan təxminən 950 kilometr şərqdə yerləşir. Ona ə

14.11.2026 317
.

Məşhur pişik Larri "Microsoft" xidmətlərindəki irimiqyaslı nasazlığın səbəbkarını açıqladı

Böyük Britaniyanın baş nazirinin iqamətgahında yaşayan pişik Larri "Microsoft" korporasiyasının xidmətlərində yaranan genişmiqyaslı nasazlıqla bağlı zarafat edib. O, problemin səbəbkarının naqilləri gəmirən başqa bir pişik olduğunu bildirib. xəbər verir ki, dauninq-stritin baş siçan ovçus

14.11.2026 346
.

Soyuducudakı bu düymə tərəvəzin taleyini həll edir

Soyuducuda saxlanılan tərəvəzlərin tez solması və ya çürüməsi bir çox evdə qarşılaşılan problemlərdəndir. Lakin soyuducuların tərəvəz bölməsində (crisper) olan kiçik sürgülü düymə meyvə və tərəvəzlərin daha uzun müddət təzə qalmasına kömək edir. xəbər verir ki, çəkməcənin içindəki nəmlik səviyyəsin

15.11.2026 429
.

Masaj hansı problemlər zamanı tətbiq edilir?

Masaj bədəndə gərginlik, əzələ sərtliyi və hərəkət zamanı yaranan narahatlığın azalmasına dəstək məqsədilə seçilir. Tətbiq üsulu problemin olduğu nahiyəyə və şəxsin vəziyyətinə uyğun müəyyən edilməlidir. Boyun və çiyin gərginliyində masaj nə üçün seçilir?. Boyun və çiyin nahiyəsində sərtlik uzun müddə

11.11.2026 309
.

Yarpaq dolmasının dağılmaması üçün bu üsuldan istifadə edin

Yarpaq dolması hazırlayarkən bir çox insanın qarşılaşdığı problemlərdən biri yeməyin bişmə zamanı dağılması, üst hissədəki dolmaların isə qurumasıdır. Lakin sadə bir mətbəx üsulu ilə bu problemin qarşısını almaq mümkündür. BİG.AZ -a istinadən xəbər verir ki, yarpaq dolmasının bişərkən formasını qorumas

16.11.2026 411
.

Telefonları folqaya bükməyə başladılar - SƏBƏBİ...

Ağıllı telefon istifadəçiləri rəqəmsal gizlilik üçün maraqlı bir üsula müraciət edirlər. Cihazı kənar siqnallardan təcrid etmək məqsədilə alüminium folqadan istifadə olunması geniş müzakirə olunur. xəbər verir ki, telefonu alüminium folqaya bürümək cihazın xarici aləmlə qurduğu naqilsiz əlaqələri kəsmə

14.11.2026 498
.