Azərbaycan Dəmir Yollarından sosial şəbəkələrdə narazılıq ARTIR - Video
Sabahdan etibarən Bakı-Tiflis sərnişin qatarı fəaliyyətə başlasa da, bilet qiymətləri və satış zamanı yaşanan problemlər vətəndaş narazılığını artırmaqdadır.
Tribuna.az xəbər verir ki, sosial şəbəkələrdə narazılıqlarını bölüşən vətəndaşlar problemin Azərbaycan Dəmir Yolları tərəfindən normal sistem qurulmamasından qaynaqlandığını bildirirlər.
Şikayətçi Bilal Əliyev sosial şəbəkə hesabında yazıb ki, ADY-nin təklif etdiyi bilet qiymətləri təyyarə biletləri ilə eynidir:
"ADY, siz babat mırt tutursunuz insanlarla? 26 may tarixinə Bakı-Tiflis reysinə komfort üçün 125 manat, lüks üçün isə 277 manat qiymət qoymusunuz. 277 manat, ay kişi, təyyarədən baha…
9 saata 125 manat verib tanımadığım 3 nəfərlə səyahət etməkdənsə, 160 manat verib 1 saata təyyarə ilə rahat gedərəm də…
ADY nümayəndəsi çıxışında deyir ki, uzaq tarixlərə alsanız, daha sərfəli qiymətə gedəcəksiniz.
Saytınızda baxdım, ən uzaq tarix kimi 20 iyun göstərilib və komfort biletin qiyməti 93,78 manatdır.
Bəs hanı dediyiniz 81 manatlıq qiymət? Qiymət siyasətinizdə hansı meyarları əsas götürürsünüz?"
Narazılığını bildirən digər şəxs isə jurnalist Emin Səfərov olub:
"Deməli, vətəndaş Qardabanidən Böyük Kəsiyə 57 manata bilet alır və həmin məbləğ kartından çıxılır, amma bilet təqdim edilmir. ADY-nin Çağrı Mərkəzi isə ‘sistem xətası olub’ deyir. Daha sonra isə eyni qatar bileti bu dəfə 242 (!) manata təklif olunur.
Bu da sizə şou!"
Vətəndaş Şahmir Sofiyev isə bildirir ki, Azərbaycan Dəmir Yolları müştərilərin hüquqlarını kobud şəkildə pozur:
"Qardabani-Bakı reysinə yer seçib ödəniş etdim. Sistem heç bir xəta vermədən kartımdan 163 lari (92 AZN) çıxıb. ADY-nin qaynar xətti isə mənə biletin uğursuz olduğunu bildirir.
Bu bəs deyilmiş kimi, indi də mənə əvvəl 92 manata olan həmin bileti 242 manata yenidən almağı tövsiyə edirlər.
ADY, sizin sisteminizin texniki nasazlığı ucbatından həm pulum mənimsənilib, həm biletsiz qalmışam, həm də indi mənə iki dəfə yarım baha qiymətə bilet satmağa çalışırsınız. Bu, müştəri hüquqlarının açıq şəkildə tapdalanmasıdır!"
Qeyd edək ki, bütün bu narazılıq və anlaşılmazlıqlara baxmayaraq, Azərbaycan Dəmir Yolları hələlik məsələyə münasibət bildirməyib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 600 Tarix: 25 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKollecdə 360 min manatlıq yeyinti: Sabiq direktorlar pulları necə talayıblar?
Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin korrupsiyada ittiham olunan keçmiş rəhbərlərinin məhkəməsi başlayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində iş üzrə ilk iclas keçirilib. Bu iş üzrə 4 nəfər - sabiq kollec direktorları Fəxrəddin Zeynalo
01.10.2026 416 Gənclərlə bağlı gözlənilməz nəticə: Hər 13 nəfərdən birində aşkarlanır
Gənc və sağlam görünən insanların damarlarında da illər ərzində heç bir əlamət vermədən inkişaf edən ateroskleroz ola bilər. Yeni araşdırma bu problemin 30 yaşdan əvvəl də ortaya çıxa bildiyini göstərib. BİG.AZ xəbər verir ki, Danimarka və İspaniyada aparılan araşdırmada 18-70 yaş arasında olan 16 80
01.10.2026 438 Hava nəqliyyatı ilə qlobal yük daşımaları 4 %-dən çox artıb
Bu ilin avqustunda hava nəqliyyatı ilə sərnişin daşımalarına qlobal tələbat illik ifadədə 0,8 % azalıb, yük daşımaları seqmenti isə 4,4 % artım nümayiş etdirib. "Report" Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına (IATA) istinadən xəbər verir ki, sərnişin oturacaqlarının doluluq göstəricis
01.10.2026 369 Tramp: İranla əvvəlki sazişin şərtləri artıq məqbul deyil
ABŞ Prezidenti Donald Tramp İranın atəşkəs təklifini rədd etdiyini bildirib, çünki mümkün sazişin şərtləri ilə bağlı mövqeyi dəyişib. "Report" xəbər verir ki, bu barədə o "Time" jurnalına müsahibəsində deyib. "Bir il əvvəl razılaşa biləcəyim şeyə bu gün artıq razılıq vermərəm"
01.10.2026 369 "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib
Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə
01.10.2026 375 Dünyanın ən dəqiq saatı yaradıldı
Sinqapur Milli Universitetinin Kvant Texnologiyaları Mərkəzinin alimləri lütetium elementindən istifadə etməklə dünyanın ən dəqiq atom saatlarından birini hazırlayıblar. "Qafqazinfo" xəbər verir ki, "Nature" jurnalında dərc olunan araşdırmaya görə, saatın keçid tezliyi 19 onluq yer
01.10.2026 385 "Fəxr edirəm ki, sənin kimi mərd kişinin oğluyam" - Foto
Xalq artisti Mənsum İbrahimovun doğum günüdür. Axşam.az xəbər verir ki, xanəndənin oğlu İbrahim atasının doğum günü münasibətilə paylaşım edib. İbrahim İbrahimov sosial media hesabında atası ilə arxiv və yeni fotolarını yayımlayaraq ona xoş arzularını çatdırıb:. "Deyirlər ki, oğul ailənin düşmə
01.10.2026 658 Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır
Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonr
01.10.2026 413 Tarixi qələbələrin başlanğıc günü
"Hər bir tarixi nəticəni yaradan və formalaşdıran hadisə olur. İstənilən nəticəni zəruriləşdirən bir istinad nöqtəsi var. Bu baxımdan qürur duyduğumuz qüdrətli Azərbaycanın əsası xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də prezident seçilməs
01.10.2026 521