Süni intellekt nə edə bilməz? - Astrofizikin cavabı

Süni intellekt nə edə bilməz? - Astrofizikin cavabıSon dövrlərdə süni intellektin insanların gördüyü işlərin böyük hissəsini əvəz edəcəyi ilə bağlı fikirlər tez-tez səsləndirilir. Lakin elmi dairələrdə bu iddialara skeptik yanaşanlar da az deyil. Alimlər hesab edir ki, süni intellekt nə qədər inkişaf etsə də, insan yaradıcılığını tam şəkildə təkrarlaya bilməz.

Lent.az xəbər verir ki, bu barədə "Forbes" jurnalı üçün yazdığı məqalədə Adam Frank bildirib.

Alim qeyd edib ki, süni intellektin imkanları onu dərin şəkildə təsirləndirsə də, bu texnologiya mahiyyət etibarilə sadəcə bir alətdir.

Onun fikrincə, süni intellektin daxilində insanı unikal edən xüsusiyyətləri yarada biləcək və ya dərk edəcək şəxsiyyət mövcud deyil.

Astrofizik buna nümunə olaraq Yaponiyanın №Atarashii Gakko" qrupunu göstərib. O bildirib ki, məktəb formasında çıxış edən dörd qızdan ibarət kollektiv pank-rok, hip-hop və caz kimi müxtəlif musiqi janrlarını müasir rəqs elementləri ilə birləşdirərək fərqli səhnə performansları təqdim edir.

Alimin sözlərinə görə, əsas məsələ məhz bu yaradıcı yanaşmadır və süni intellekt belə bir konsepsiyanı özbaşına ortaya qoya bilməz.

Adam Frank hesab edir ki, insan süni intellektdən məktəb formasında dörd qızın pank-rok mahnısını müasir xoreoqrafiya ilə ifa etdiyi video yarat kimi tapşırıq istəyə bilər. Lakin ideyanın özü yenə də insan tərəfindən düşünülməlidir.

"Bu qəribə ideyanı düşünən insan olur. Üstəlik, mən şübhə edirəm ki, süni intellekt bunun yarısı qədər təsiredici nəticə yarada bilər", - alim bildirib.

Professor əlavə edib ki, süni intellekt insan imkanlarını genişləndirən və yeni üfüqlər açan texnologiyadır. Bununla belə, onun məhsuldarlıq adı altında həyatın hər sahəsinə sürətlə tətbiq olunması müəyyən narahatlıqlar da doğurur.

Alim yekunda vurğulayıb ki, insan yaradıcılığı sərhədləri aşan bir xüsusiyyətdir və süni intellekt bunu müstəqil şəkildə heç vaxt tam təkrarlaya bilməyəcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 589   Tarix: 25 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kollecdə 360 min manatlıq yeyinti: Sabiq direktorlar pulları necə talayıblar?

Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin korrupsiyada ittiham olunan keçmiş rəhbərlərinin məhkəməsi başlayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində iş üzrə ilk iclas keçirilib. Bu iş üzrə 4 nəfər - sabiq kollec direktorları Fəxrəddin Zeynalo

01.10.2026 416
.

Gənclərlə bağlı gözlənilməz nəticə: Hər 13 nəfərdən birində aşkarlanır

Gənc və sağlam görünən insanların damarlarında da illər ərzində heç bir əlamət vermədən inkişaf edən ateroskleroz ola bilər. Yeni araşdırma bu problemin 30 yaşdan əvvəl də ortaya çıxa bildiyini göstərib. BİG.AZ xəbər verir ki, Danimarka və İspaniyada aparılan araşdırmada 18-70 yaş arasında olan 16 80

01.10.2026 438
.

Hava nəqliyyatı ilə qlobal yük daşımaları 4 %-dən çox artıb

Bu ilin avqustunda hava nəqliyyatı ilə sərnişin daşımalarına qlobal tələbat illik ifadədə 0,8 % azalıb, yük daşımaları seqmenti isə 4,4 % artım nümayiş etdirib. "Report" Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına (IATA) istinadən xəbər verir ki, sərnişin oturacaqlarının doluluq göstəricis

01.10.2026 369
.

Tramp: İranla əvvəlki sazişin şərtləri artıq məqbul deyil

ABŞ Prezidenti Donald Tramp İranın atəşkəs təklifini rədd etdiyini bildirib, çünki mümkün sazişin şərtləri ilə bağlı mövqeyi dəyişib. "Report" xəbər verir ki, bu barədə o "Time" jurnalına müsahibəsində deyib. "Bir il əvvəl razılaşa biləcəyim şeyə bu gün artıq razılıq vermərəm"

01.10.2026 369
.

"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib

Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə

01.10.2026 375
.

Dünyanın ən dəqiq saatı yaradıldı

Sinqapur Milli Universitetinin Kvant Texnologiyaları Mərkəzinin alimləri lütetium elementindən istifadə etməklə dünyanın ən dəqiq atom saatlarından birini hazırlayıblar. "Qafqazinfo" xəbər verir ki, "Nature" jurnalında dərc olunan araşdırmaya görə, saatın keçid tezliyi 19 onluq yer

01.10.2026 385
.

"Fəxr edirəm ki, sənin kimi mərd kişinin oğluyam" - Foto

Xalq artisti Mənsum İbrahimovun doğum günüdür. Axşam.az xəbər verir ki, xanəndənin oğlu İbrahim atasının doğum günü münasibətilə paylaşım edib. İbrahim İbrahimov sosial media hesabında atası ilə arxiv və yeni fotolarını yayımlayaraq ona xoş arzularını çatdırıb:. "Deyirlər ki, oğul ailənin düşmə

01.10.2026 658
.

Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır

Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonr

01.10.2026 413
.

Tarixi qələbələrin başlanğıc günü

"Hər bir tarixi nəticəni yaradan və formalaşdıran hadisə olur. İstənilən nəticəni zəruriləşdirən bir istinad nöqtəsi var. Bu baxımdan qürur duyduğumuz qüdrətli Azərbaycanın əsası xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də prezident seçilməs

01.10.2026 521
.