"Prezident müşavirədə həm əldə olunan uğurları qeyd etdi, həm də mövcud problemləri açıq şəkildə diqqətə çatdırdı" - BƏHRUZ QULİYEV
"Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər bir daha göstərdi ki, aqrar sahənin inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olaraq qalır. Hələ 2004-cü ildə qəbul edilən Regional İnkişaf Proqramında kənd təsərrüfatının inkişafı xüsusi yer tuturdu və sonrakı illərdə verilən qərarlar, dövlət proqramları, subsidiyalar və güzəşt mexanizmləri bu strateji xəttin davamlı xarakter daşıdığını təsdiqlədi.
Dövlət başçısının da vurğuladığı kimi, kənd təsərrüfatına göstərilən dəstək təkcə iqtisadi məsələ deyil, həm də ölkənin ərzaq təhlükəsizliyi, regionların inkişafı və məşğulluğun artırılması baxımından mühüm əhəmiyyət daşıyır." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev BiG.AZ-a açıqlamasında deyib.
Ekspert qeyd edib ki, fermerlərə subsidiyaların verilməsi, gübrə və yanacağın güzəştli şərtlərlə təmin olunması, kənd təsərrüfatı texnikasının lizinq yolu ilə təqdim edilməsi, eləcə də güzəştli kreditlərin ayrılması bu sahəyə dövlət qayğısının real göstəriciləridir.
Prezident müşavirədə həm əldə olunan uğurları qeyd etdi, həm də mövcud problemləri açıq şəkildə diqqətə çatdırdı. Bu yanaşma onu göstərir ki, dövlət başçısı kənd təsərrüfatında mövcud vəziyyəti obyektiv qiymətləndirir və qarşıda duran vəzifələri konkret şəkildə müəyyənləşdirir. Xüsusilə bəzi sahələrdə məhsuldarlığın aşağı olması, su təminatı, torpaqlardan səmərəli istifadə və idarəetmədə mövcud çatışmazlıqların aradan qaldırılması məsələləri xüsusi önəm daşıyır.
"Hesab edirəm ki. Prezidentin bəyan etdiyi Yeni Dövlət Proqramının hazırlanması isə aqrar sahənin inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. Prezidentin səsləndirdiyi rəqəmlər də bu sahəyə diqqətin miqyasını aydın göstərir. Dövlət tərəfindən kənd təsərrüfatına təxminən 2 milyard manatdan çox vəsaitin yönəldilməsi, özəl sektorun isə təqribən 3 milyard manatdan artıq investisiya qoyuluşunda iştirakı aqrar sektorun ölkə iqtisadiyyatında mühüm yer tutduğunu nümayiş etdirir.
Bu siyasətin əsas məqsədi yalnız məhsul istehsalını artırmaq deyil, eyni zamanda müasir texnologiyaların tətbiqi, ixrac imkanlarının genişləndirilməsi, kənd yerlərində rifahın yüksəldilməsi və Azərbaycanın ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsidir. Prezident İlham Əliyevin müşavirədəki çıxışı göstərdi ki, kənd təsərrüfatının inkişafı gələcək illərdə də dövlət siyasətinin strateji istiqamətlərindən biri olaraq qalacaq və bu sahədə həyata keçirilən islahatlar Azərbaycanın iqtisadi gücünün daha da artmasına xidmət edəcək."- deyə, B.Quliyev əlavə edib.
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 474 Tarix: 26 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKollecdə 360 min manatlıq yeyinti: Sabiq direktorlar pulları necə talayıblar?
Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin korrupsiyada ittiham olunan keçmiş rəhbərlərinin məhkəməsi başlayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində iş üzrə ilk iclas keçirilib. Bu iş üzrə 4 nəfər - sabiq kollec direktorları Fəxrəddin Zeynalo
01.10.2026 416 Gənclərlə bağlı gözlənilməz nəticə: Hər 13 nəfərdən birində aşkarlanır
Gənc və sağlam görünən insanların damarlarında da illər ərzində heç bir əlamət vermədən inkişaf edən ateroskleroz ola bilər. Yeni araşdırma bu problemin 30 yaşdan əvvəl də ortaya çıxa bildiyini göstərib. BİG.AZ xəbər verir ki, Danimarka və İspaniyada aparılan araşdırmada 18-70 yaş arasında olan 16 80
01.10.2026 438 Hava nəqliyyatı ilə qlobal yük daşımaları 4 %-dən çox artıb
Bu ilin avqustunda hava nəqliyyatı ilə sərnişin daşımalarına qlobal tələbat illik ifadədə 0,8 % azalıb, yük daşımaları seqmenti isə 4,4 % artım nümayiş etdirib. "Report" Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına (IATA) istinadən xəbər verir ki, sərnişin oturacaqlarının doluluq göstəricis
01.10.2026 369 Tramp: İranla əvvəlki sazişin şərtləri artıq məqbul deyil
ABŞ Prezidenti Donald Tramp İranın atəşkəs təklifini rədd etdiyini bildirib, çünki mümkün sazişin şərtləri ilə bağlı mövqeyi dəyişib. "Report" xəbər verir ki, bu barədə o "Time" jurnalına müsahibəsində deyib. "Bir il əvvəl razılaşa biləcəyim şeyə bu gün artıq razılıq vermərəm"
01.10.2026 369 "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib
Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə
01.10.2026 375 Dünyanın ən dəqiq saatı yaradıldı
Sinqapur Milli Universitetinin Kvant Texnologiyaları Mərkəzinin alimləri lütetium elementindən istifadə etməklə dünyanın ən dəqiq atom saatlarından birini hazırlayıblar. "Qafqazinfo" xəbər verir ki, "Nature" jurnalında dərc olunan araşdırmaya görə, saatın keçid tezliyi 19 onluq yer
01.10.2026 385 "Fəxr edirəm ki, sənin kimi mərd kişinin oğluyam" - Foto
Xalq artisti Mənsum İbrahimovun doğum günüdür. Axşam.az xəbər verir ki, xanəndənin oğlu İbrahim atasının doğum günü münasibətilə paylaşım edib. İbrahim İbrahimov sosial media hesabında atası ilə arxiv və yeni fotolarını yayımlayaraq ona xoş arzularını çatdırıb:. "Deyirlər ki, oğul ailənin düşmə
01.10.2026 658 Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır
Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonr
01.10.2026 413 Tarixi qələbələrin başlanğıc günü
"Hər bir tarixi nəticəni yaradan və formalaşdıran hadisə olur. İstənilən nəticəni zəruriləşdirən bir istinad nöqtəsi var. Bu baxımdan qürur duyduğumuz qüdrətli Azərbaycanın əsası xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də prezident seçilməs
01.10.2026 521