Yaponiyanın silahlanması Çinlə gərginliyi artırır - POLİTOLOQDAN AÇIQLAMA

Yaponiyanın silahlanması Çinlə gərginliyi artırır - POLİTOLOQDAN AÇIQLAMASon illər Yaponiya hökumətinin müdafiə xərclərini artırması, yeni silah sistemləri əldə etməsi və ordunun imkanlarını genişləndirməsi regionda diqqətlə izlənilir. Xüsusilə uzaqmənzilli raket proqramları, ABŞ ilə birgə hərbi təlimlərin intensivləşməsi və təhlükəsizlik strategiyasındakı dəyişikliklər Çin tərəfindən narahatlıqla qarşılanır.

Pekin rəsmi Tokiyo rəhbərliyini "yenidən silahlanma" siyasətində ittiham edir və bunun Asiya-Sakit okean regionunda gərginliyi artıra biləcəyini bildirir. Tayvan məsələsi və Şərqi Çin dənizində artan qarşıdurma fonunda iki ölkə arasında münasibətlərin daha da həssas mərhələyə keçdiyi qeyd olunur.

Mövzu ilə bağlı politoloq Rəsul Tağıyev BiG.AZ-a açıqlamasında bildirdi ki, Yaponiyanın müdafiə potensialını gücləndirməsi Asiya-Sakit okean regionunda təhlükəsizlik balansının yenidən formalaşdığını göstərir. Onun sözlərinə görə, Tokiyo hökumətinin son illərdə silahlı qüvvələrə daha çox investisiya ayırması və uzaqmənzilli müdafiə imkanlarını artırması əsasən Şimali Koreya raket sınaqları və Çinlə artan geosiyasi gərginliklə izah olunur: "Çin tərəfinin bu addımları "təhlükə" kimi qiymətləndirməsi regionda qarşılıqlı etimadın zəif olduğunu göstərir.

Bu proses yaxın dövrdə açıq hərbi qarşıdurmadan çox, diplomatik təzyiqlərin və hərbi-siyasi rəqabətin artması ilə müşahidə oluna bilər".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 97   Tarix: 26 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qətər Hörmüzdən gizli şəkildə tanker keçirir

Qətər Hörmüz boğazından əsas alıcılara nəzərəçarpmadan mayeləşdirilmiş təbii qaz göndərir. xəbər verir ki, bu barədə "Blumberq" məlumat yayıb. "Hörmüz boğazının tam olaraq blokadasına baxmayaraq, Qətər gizli şəkildə mayeləşdirilmiş təbii qaz daşıyan üç tankeri oradan keçirib. Çinə gedə

25.05.2026 233
.

NASA peykinin içərisində milyonlarla il sonra yaşayacaq insanlar üçün bir mesaj gizlədilib

NASA tərəfindən 1976-cı ildə orbitə buraxılan LAGEOS-1 peykinin daxilində gələcəkdə, təxminən 8,4 milyon il sonra Yerə düşəcəyi ehtimal edilən bir mesaj lövhəsi yerləşdirilib. Qaynarinfo xəbər verir ki, bu barədə " məlumat yayıb. Peyk 1976-cı il 4 mayda ABŞ-ın Kaliforniyadakı Vandenberq aviabazasında

25.05.2026 258
.

Ölkənin aqrar inkişafının istiqamətlərini müəyyənləşdirən müşavirə

Ermənistanın Azərbaycana qarşı apardığı ədalətsiz müharibə, bu müharibənin nəticəsi olaraq ərazisinin 20 faizinin işğalı Azərbaycanda kənd təsərrüfatının inkişafını ləngitmişdi. İllər çəkən işğal müddətində min hektarlarla bağ sıradan çıxdı, neçə-neçə suvarma sistemi yararsız hala düşdü. Azərbaycan Ordusunu

11:52 82
.

Tələbə selfinin qurbanı oldu

Rusiyanın İrkutsk vilayətində 24 yaşlı tələbə qayalığın kənarında foto çəkdirərkən ölüb. -ın xarici mediaya istinadla xəbərinə görə, hadisə Usolye rayonunda yerləşən və mənzərəli görünüşü ilə tanınan Ağ qayalarda baş verib. Gənc qız şəkil çəkdirmək məqsədilə yüksəkliyə qalxaraq qayalığın dar çıxıntısınd

25.05.2026 289
.

Bir çox qadında bu vacib vitamin çatışmır: əlamətlərə biganə qalmayın

Yorğunluq və halsızlıq çox vaxt adi yorğunluq kimi qəbul edilir, lakin bu, orqanizmdə maqnezium çatışmazlığının siqnalı ola bilər. Qadınlarda maqnezium çatışmazlığı düşündüyündən daha tez-tez rast gəlinir. xarici mediaya istinadən xəbər verir ki, hormonal dəyişikliklər, stress və qidalanma xüsusiyyətlər

25.05.2026 336
.

Keçmiş MKİ analitiki Rusiyanın addımlarını şərh etdi

Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş analitiki Larri Conson Reyçel Blevinsin YouTube kanalına verdiyi müsahibədə Qərbin Rusiya ilə bağlı ciddi səhvə yol verdiyini bildirib. xarici mediaya istinadən xəbər verir ki, Consonun sözlərinə görə, "Qərb Rusiyanın səbrini zəiflik kimi qiymətləndird

12:00 70
.

Deputat: Rusiya ilə əməkdaşlıq bərpa edilməlidir

Bolqarıstan parlamentində Rusiyaya qarşı tətbiq edilən sanksiyaların tamamilə ləğvi və Moskva ilə dialoqun bərpası məsələsi müzakirəyə çıxarılıb. xəbər verir ki, TASS agentliyinin məlumatına görə, bu barədə parlament üzvü Angel Georgiyev açıqlama verib. Georgiyev bildirib ki, Bolqarıstanın istifadəsind

11:43 87
.

Azərbaycanda bu gün qısa iş günüdür

Bu gün Azərbaycanda qısa iş günüdür. BİG.AZ-ın məlumatına görə, Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən əvvəlki günlərdə iş vaxtı bir saat olmaqla qısaldılır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının müvafi

10:22 138
.

Cənubi Koreyada yol ötürücüsü çöküb

Cənubi Koreyanın paytaxtı Seulda söküntü işləri zamanı təhlükəli hadisə baş verib. Məlumata görə, Seosomun estakadasında aparılan işlər zamanı köhnə yol ötürücüsünün bir hissəsi qəfil çöküb. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı altı nəfərin yaralandığı bildirilir. Yerli xilasedic

11:38 93
.

TOP MP3