Rəqəmsal cəmiyyətə doğru: İnkişaf və uşaqların qorunması arasında balans

Rəqəmsal cəmiyyətə doğru: İnkişaf və uşaqların qorunması arasında balansRəqəmsal texnologiyalar artıq iqtisadiyyatın, təhsilin, dövlət idarəçiliyinin və gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. İnternetin əlçatanlığının genişlənməsi, mobil cihazların sürətli yayılması və süni intellekt texnologiyalarının inkişafı dünyada yeni sosial davranış modelləri formalaşdırır. Bu dəyişikliklər cəmiyyət üçün böyük imkanlar yaratmaqla yanaşı, xüsusilə uşaqlar və yeniyetmələr üçün yeni riskləri də gündəmə gətirir. Məhz buna görə bir çox ölkələrdə rəqəmsal inkişafla yanaşı, rəqəmsal təhlükəsizlik, xüsusilə də azyaşlıların sosial şəbəkələrdə qorunması məsələsi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilməkdədir. Azərbaycan da son illərdə rəqəmsal transformasiya sahəsində regionun ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib. Dövlət xidmətlərinin elektronlaşdırılması, genişzolaqlı internet infrastrukturunun ölkə üzrə yayılması, rəqəmsal iqtisadiyyatın genişləndirilməsi istiqamətində atılan addımlar göstərir ki, rəqəmsal inkişaf artıq texnoloji məsələ olmaqdan çıxaraq dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib.

Lent.az xəbər verir ki, araşdırmalara görə, bu gün ölkə əhalisinin demək olar ki, hamısı internet istifadəçisidir.

Ən ucqar yaşayış məntəqələrində belə optik internet infrastrukturunun qurulması rəqəmsal əlçatanlığı əhəmiyyətli dərəcədə artırıb. Smartfonlardan istifadə gündəlik həyatın norması halına gəlib, dövlət xidmətlərinin böyük hissəsi isə elektron platformalar vasitəsilə təqdim olunur. "E-hökumət" həllərinin genişlənməsi, rəqəmsal xidmətlərdən istifadənin artması və elektron sistemlərin həyatın müxtəlif sahələrinə inteqrasiyası göstərir ki, rəqəmsal inkişaf artıq ölkənin ümumi inkişaf modelinin aparıcı qüvvələrindən birinə çevrilib.

Bu istiqamətdə qəbul olunan qərarlar dövlətin strateji yanaşmasını da nümayiş etdirir. Rəqəmsal İnkişaf Konsepsiyasının və Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üzrə Fəaliyyət Planının təsdiqlənməsi, Rəqəmsal İnkişaf Şurasının yaradılması və Şuraya Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etməsi, eləcə də süni intellekt və kibertəhlükəsizlik üzrə milli strategiyaların qəbul olunması göstərir ki, Azərbaycanın gələcək inkişaf modeli rəqəmsal iqtisadiyyat üzərində qurulur.

Lakin rəqəmsallaşmanın sürətlənməsi yalnız texnoloji imkanları deyil, yeni sosial çağırışları da özü ilə gətirir. İnternet və sosial media platformalarının gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi uşaqların da rəqəmsal mühitlə çox erkən yaşlarda qarşılaşmasına səbəb olur. Bununla paralel olaraq uşaqların sosial şəbəkələrdə təhlükəsizliyi, zərərli məzmundan qorunması, rəqəmsal asılılıq risklərinin azaldılması və sağlam psixoloji inkişafının təmin olunması mühüm məsələyə çevrilir.

Uşaqları rəqəmsal texnologiyalardan tamamilə uzaq saxlamaq nə realdır, nə də məqsədəuyğundur. Əksinə, texnologiyalar təhsil, xarici dillərin öyrənilməsi, yaradıcılıq bacarıqlarının inkişafı, məlumat əldə etmək və distant təhsil imkanlarından istifadə baxımından mühüm üstünlüklər yaradır. Məsələ texnologiyanın özündə deyil, onun istifadə formasındadır. Buna görə də inkişaf etmiş ölkələrdə müzakirələr texnologiyaların qadağan olunması deyil, onların təhlükəsiz, məsuliyyətli və faydalı istifadəsinin təmin edilməsi ətrafında aparılır.

Beynəlxalq araşdırmalar da göstərir ki, rəqəmsal texnologiyalar artıq uşaqların həyatında dominant yer tutur. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) məlumatlarına görə, təşkilata üzv ölkələrdə 15 yaşlı uşaqların böyük əksəriyyətinin evində kompüter və ya planşet, demək olar ki, hamısının isə smartfonu mövcuddur. Yeniyetmələr həftə ərzində orta hesabla təxminən 20 saat rəqəmsal cihazlardan istifadə edir, bəzi ölkələrdə isə bu göstərici 30 saatı ötür.

Araşdırmalar göstərir ki, yeniyetmələrin böyük hissəsi internetdən əsasən əyləncə məqsədilə istifadə edir. Onlar yazışmalar aparır, məzmun paylaşır, oyun oynayır, müxtəlif məlumatlar axtarır və sosial şəbəkələrdə vaxt keçirirlər. Bununla yanaşı, rəqəmsal alətlərdən yaradıcı və təhsil yönümlü istifadə imkanları da mövcuddur. Bu isə texnologiyaların necə və hansı məqsədlə istifadə olunmasının əsas məsələ olduğunu göstərir.

Məhz bu nöqtədə sosial şəbəkələrin biznes modeli ilə bağlı beynəlxalq müzakirələr ön plana çıxır. Son illərdə aparılan tədqiqatlar göstərir ki, sosial media platformalarının əsas iqtisadi modeli istifadəçiləri mümkün qədər uzun müddət platformada saxlamaq üzərində qurulub. Alqoritmlər istifadəçinin maraqlarını və davranışlarını təhlil edir, ona uyğun məzmun təqdim edir, sonsuz lent sistemi, avtomatik video keçidləri və fərdiləşdirilmiş tövsiyələr vasitəsilə diqqəti platformada saxlamağa çalışır.

Yetkin insanlar üçün belə ciddi təsir gücünə malik olan bu mexanizmlər uşaqlar üçün daha böyük risklər yarada bilir. Emosional və psixoloji inkişaf mərhələsində olan yeniyetmələr manipulyativ məzmunları və alqoritmik təsirləri ayırd etməkdə çətinlik çəkir, sosial təsirlərə daha həssas olur, özünü başqaları ilə müqayisə etməyə meyllənir.

Erkən yaşlarda ekran istifadəsinin mümkün təsirləri də elmi araşdırmaların diqqət mərkəzindədir. Xüsusilə məktəbəqədər yaş dövründə həddindən artıq ekran istifadəsinin nitq inkişafına, diqqət toplamaq bacarığına və sosial ünsiyyət vərdişlərinə mənfi təsir göstərə biləcəyi vurğulanır. Bu yaşlarda canlı ünsiyyət, oyun və sosial qarşılıqlı əlaqə uşağın inkişafında əsas rol oynayır.

Yaş artdıqca risklərin xarakteri də dəyişir. Sosial şəbəkələrdə nümayiş olunan ideal həyat tərzi, filtrdən keçirilmiş görüntülər, süni gözəllik standartları və nümayiş etdirilən uğur modelləri yeniyetmələrdə özünü müqayisə etmə meylini artırır. Bu isə özünəinamın zəifləməsi, emosional narahatlıq, sosial təcrid hissi və psixoloji gərginliklə nəticələnə bilir.

Beynəlxalq araşdırmalar göstərir ki, sosial media istifadəsinin mənfi nəticələri ilə qarşılaşan yeniyetmələrin müəyyən hissəsində internetdən istifadəyə nəzarətin itirilməsi, gündəlik fəaliyyətlərin pozulması, valideynlərlə münasibətlərdə gərginlik və öz görünüşündən narazılıq halları müşahidə olunur.

Məhz buna görə son illərdə dünyanın müxtəlif ölkələrində uşaqların sosial şəbəkələrdən istifadəsinin tənzimlənməsi yeni qlobal tendensiyaya çevrilib. BMT-nin Uşaq Hüquqları Konvensiyası, UNICEF, UNESCO və OECD kimi beynəlxalq təşkilatların hesabatlarında uşaqların rəqəmsal hüquqları ilə onların təhlükəsizliyinin qorunması arasında balansın vacibliyi xüsusi vurğulanır.

Müxtəlif siyasi sistemlərə malik ölkələrin eyni istiqamətdə addımlar atması diqqət çəkir. Avstraliya sosial media şirkətlərinin hüquqi məsuliyyətini artıraraq 16 yaşdan aşağı şəxslərin platformalarda hesab açmasının qarşısını almağı şirkətlərin öhdəliyi kimi müəyyənləşdirib. Fransa 15 yaşdan aşağı istifadəçilər üçün valideyn razılığını hüquqi tələbə çevirib. Böyük Britaniya Onlayn Təhlükəsizlik Aktı ilə platformaları uşaqlar üçün risk yaradan məzmun və alqoritmik təsirləri məhdudlaşdırmağa yönəldib.

ABŞ-da bir sıra ştatlar valideyn razılığı və yaş təsdiqləmə sistemlərini gücləndirən qanunlar qəbul edib. Çin azyaşlı istifadəçilər üçün ekran vaxtını və məzmunu məhdudlaşdıran xüsusi "Youth Mode" sistemi tətbiq edir. Skandinaviya ölkələri yaş həddinin artırılmasını müzakirə edir, İspaniya və Niderland isə sosial medianın psixoloji sağlamlığa təsiri fonunda yeni tənzimləmə mexanizmləri hazırlayır.

Türkiyə, Qazaxıstan və Özbəkistan kimi ölkələrdə də uşaqların rəqəmsal təhlükəsizliyi və sosial şəbəkələrə çıxışı ilə bağlı hüquqi mexanizmlərin gücləndirilməsi istiqamətində addımlar atılır.

Bütün bunlar göstərir ki, uşaqların sosial mediada qorunması artıq yalnız pedaqoji və etik məsələ deyil. Bu mövzu ictimai sağlamlıq, insan kapitalının inkişafı, informasiya təhlükəsizliyi və rəqəmsal hüquqlar kontekstində qiymətləndirilir.

Azərbaycan üçün də əsas nəticə ondan ibarətdir ki, rəqəmsal inkişaf yalnız texnologiyaların yayılması ilə ölçülməməlidir. Rəqəmsal transformasiyanın uğuru həmin texnologiyaların uşaqların təhlükəsizliyi, təhsili, psixoloji rifahı və sağlam inkişafı üçün nə qədər əlverişli mühit yaratması ilə müəyyən olunacaq.

Burada dövlətin rolu vacib olsa da, əsas məsuliyyət yalnız qanunvericilik və inzibati mexanizmlərin üzərinə düşmür. Valideynlər uşaqların ekran vaxtına nəzarət etməli, istifadə etdikləri platformaları tanımalı, onların izlədiyi məzmunlarla maraqlanmalı və rəqəmsal savadlılığın formalaşdırılmasında aktiv iştirak etməlidirlər.

Məktəblər, media və vətəndaş cəmiyyəti institutları da rəqəmsal maarifləndirmə prosesində mühüm rol oynayır. Çünki təkcə qadağa və hüquqi mexanizmlərlə deyil, ictimai iştirakçılıq və maarifləndirmə vasitəsilə daha təhlükəsiz rəqəmsal mühit yaratmaq mümkündür.

Yeni texnologiyalar yeni risklər də yaradır. Süni intellekt texnologiyalarının sürətli inkişafı ilə dərin saxtalaşdırma məzmunları, manipulyativ informasiya modelləri, biometrik məlumatların toplanması və davranış proqnozlaşdırılması sistemləri uşaqlar üçün yeni təhlükə sahələri yaradır. Bu risklərin bir hissəsi görünməz xarakter daşıdığından ənənəvi nəzarət mexanizmləri kifayət etmir.

Bütün bunların fonunda əsas məqsəd uşaqları rəqəmsal dünyadan uzaqlaşdırmaq deyil. Məqsəd onların təhlükəsiz, sağlam, məsuliyyətli və rəqəmsal savadlı vətəndaş kimi formalaşmasına nail olmaqdır. Azərbaycanın rəqəmsal inkişaf modelinin davamlılığı da məhz texnoloji tərəqqi ilə sosial məsuliyyət arasında düzgün balansın qurulmasından asılı olacaq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 584   Tarix: 01 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ulu Öndər Heydər Əliyev və gələcəyə açılan məktəb qapısı

"Təhsil haqqında danışanda əslində bir ölkənin gələcəyindən danışırıq. Çünki bu gün məktəbə gedən uşaq sabah cəmiyyətin müxtəlif sahələrində öz sözünü deyəcək. Ulu Öndər Heydər Əliyevin təhsilə münasibətinin əsasını da məhz bu düşüncə təşkil edirdi. O, məktəbi yalnız bilik verilən məkan kimi deyil

01.10.2026 212
.

Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır

Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonr

01.10.2026 164
.

Qaraciyər transplantasiyası olunmalıdır

"Zor", "Sen gibi" və "Mühürlü kaderim" mahnıları ilə tanınan türkiyəli müğənni Nevzat Doğansoy (Nev) qaraciyər transplantasiya olunmalıdır. Axşam.az xəbər verir ki, 57 yaşlı ifaçı sentyabrın 3-də huşunu itirdikdən sonra xəstəxanaya yerləşdirilib və bir müddət reanimasiyad

01.10.2026 172
.

Gələn həftə Drakonid meteor yağışı olacaq

Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Qaynarinfo xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, Drakonidlərin mənbəyi (radiantı) Əjdaha (Draco) bürcündə yerləşdiyi üçün meteor yağışı bu adla tanınır. Meteo

01.10.2026 105
.

Gəncədə məktəbdə 7 şagird zəhərləndi - Yenilənib

Gəncədə məktəblərin birində 5 şagird zəhərlənib. "Qafqazinfo"nun məlumatına görə, zəhərlənən şagirdlər Abbas Səhət adına Gəncə Birləşmiş Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsinə çatdırılıb. İlkin məlumata görə, 2017-ci il təvəllüdlü şagirdlər - S. Abbasova, R. Tağıyeva, R. Kazımova, D

01.10.2026 219
.

Röya, Natavan və Elnur bir arada - Foto

Uzun illər küsülü olmaları ilə gündəmə gələn Xalq artisti Röya Ayxan, müğənnilər Natavan Həbibi və Elnur Məmmədov bir araya gəliblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə müğənni Elnur Məmmədov sosial şəbəkə hesabında paylaşım edib. Fotolarda sənətçilərin səmimi görüntüləri və rəqs etdiy

01.10.2026 359
.

Beyin həyat boyu iki dəfə dəyişir - 24 və 60 yaşda

İnsan beyni həyat boyu eyni sürətlə dəyişmir. Genişmiqyaslı araşdırma göstərib ki, təxminən 24 yaşda beyində nisbətən sabit dövr başlayır, 60 yaşdan sonra isə hüceyrələr səviyyəsində yeni və geniş dəyişikliklər baş verir. xarici mediaya istinadən xəbər verir ki, alimlər insan beyninin həyat ərzində ik

01.10.2026 190
.

"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib

Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə

01.10.2026 198
.

Klopdan "millidə yetərincə alman yoxdur" iradına cavab

Yurgen Klopp Almaniya milli komandasının heyəti ilə bağlı sosial şəbəkələrdə yayılan irqçi ifadələrə və təhqirlərə sərt münasibət bildirib. "Yeni Sabah" xəbər verir ki, millinin kifayət qədər "alman olmadığı" və ya "ağ dərili futbolçulardan təşkil olunmadığı" barədə irəl

01.10.2026 147
.