Bakıda qəribə olay: Adam bıçaqladı, "məni süni intellektlə idarə edirlər" dedi
Bakıda avtomobil təkərlərinin deşilməsi üstündə başlayan mübahisə ağır cinayətlə nəticələnib.
Qaynarinfo xəbər verir ki, hadisə ilə bağlı mühakimə olunan şəxs məhkəmədə verdiyi ifadədə onu "süni intellekt vasitəsilə idarə etdiklərini" iddia edib.
İttihama görə, hadisə 2025-ci ilin iyul ayında gecə saatlarında paytaxtın yaşayış massivlərindən birində baş verib. Təqsirləndirilən şəxs park edilmiş avtomobilin təkərlərini deşərkən bunu görən və ona irad bildirən şəxslə mübahisə edib.
İstintaq materiallarında göstərilir ki, mübahisə zamanı təqsirləndirilən şəxs üzərində gəzdirdiyi mətbəx bıçağı ilə zərərçəkmişə iki zərbə endirib. Nəticədə zərərçəkən döş qəfəsinin plevra boşluğuna nüfuz edən, ağciyər və diafraqmanın zədələnməsi ilə müşayiət olunan, həyat üçün təhlükəli ağır bədən xəsarətləri alıb.
Məhkəmə prosesində təqsirləndirilən şəxs özünü təqsirli bilməyib. O bildirib ki, hadisənin iştirakçısı olmayıb, sadəcə şahid qismində orada olub.
Onun məhkəmədə səsləndirdiyi ən diqqətçəkən fikir isə belə olub: "Məni süni intellekt vasitəsilə kənardan idarə edirlər".
Təqsirləndirilən şəxs həmçinin hadisə yerində tərəflər arasında baş verənləri gördüyünü, lakin bıçaqlanma hadisəsini törətmədiyini iddia edib.
Zərərçəkmiş şəxs isə məhkəmədə tam fərqli ifadə verib. O bildirib ki, yaşadığı binanın qarşısında qonşusuna məxsus avtomobilin təkərlərinin deşildiyini görüb və buna etiraz edib. Onun sözlərinə görə, təqsirləndirilən şəxs əvvəlcə hadisə yerindən uzaqlaşıb, daha sonra binanın arxa hissəsində yenidən qarşılaşdıqları zaman əlindəki bıçaqla ona hücum edib.
Zərərçəkmiş bildirib ki, qaçmağa çalışarkən yıxılıb və həmin anda təqsirləndirilən şəxs onun üstünə çıxaraq ard-arda bıçaq zərbələri endirib.
Hadisənin şahidi də məhkəmədə verdiyi ifadədə zərərçəkmişin dediklərini təsdiqləyib. Şahid bildirib ki, avtomobilinin təkərlərinin deşildiyini gördükdən sonra qonşusu ilə birlikdə təqsirləndirilən şəxsin yanına gedib və mübahisə zamanı onun əlində bıçaq olduğunu müşahidə edib.
Məhkəmə təqdim olunan sübutları, şahid ifadələrini və ekspertiza rəylərini araşdırdıqdan sonra təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə - xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma kimi qiymətləndirib.
Hökmə əsasən, təqsirləndirilən şəxs 8 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 725 Tarix: 01 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşUlu Öndər Heydər Əliyev və gələcəyə açılan məktəb qapısı
"Təhsil haqqında danışanda əslində bir ölkənin gələcəyindən danışırıq. Çünki bu gün məktəbə gedən uşaq sabah cəmiyyətin müxtəlif sahələrində öz sözünü deyəcək. Ulu Öndər Heydər Əliyevin təhsilə münasibətinin əsasını da məhz bu düşüncə təşkil edirdi. O, məktəbi yalnız bilik verilən məkan kimi deyil
01.10.2026 212 Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır
Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonr
01.10.2026 164 Qaraciyər transplantasiyası olunmalıdır
"Zor", "Sen gibi" və "Mühürlü kaderim" mahnıları ilə tanınan türkiyəli müğənni Nevzat Doğansoy (Nev) qaraciyər transplantasiya olunmalıdır. Axşam.az xəbər verir ki, 57 yaşlı ifaçı sentyabrın 3-də huşunu itirdikdən sonra xəstəxanaya yerləşdirilib və bir müddət reanimasiyad
01.10.2026 172 Gələn həftə Drakonid meteor yağışı olacaq
Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Qaynarinfo xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, Drakonidlərin mənbəyi (radiantı) Əjdaha (Draco) bürcündə yerləşdiyi üçün meteor yağışı bu adla tanınır. Meteo
01.10.2026 105 Gəncədə məktəbdə 7 şagird zəhərləndi - Yenilənib
Gəncədə məktəblərin birində 5 şagird zəhərlənib. "Qafqazinfo"nun məlumatına görə, zəhərlənən şagirdlər Abbas Səhət adına Gəncə Birləşmiş Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsinə çatdırılıb. İlkin məlumata görə, 2017-ci il təvəllüdlü şagirdlər - S. Abbasova, R. Tağıyeva, R. Kazımova, D
01.10.2026 219 Röya, Natavan və Elnur bir arada - Foto
Uzun illər küsülü olmaları ilə gündəmə gələn Xalq artisti Röya Ayxan, müğənnilər Natavan Həbibi və Elnur Məmmədov bir araya gəliblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə müğənni Elnur Məmmədov sosial şəbəkə hesabında paylaşım edib. Fotolarda sənətçilərin səmimi görüntüləri və rəqs etdiy
01.10.2026 359 Beyin həyat boyu iki dəfə dəyişir - 24 və 60 yaşda
İnsan beyni həyat boyu eyni sürətlə dəyişmir. Genişmiqyaslı araşdırma göstərib ki, təxminən 24 yaşda beyində nisbətən sabit dövr başlayır, 60 yaşdan sonra isə hüceyrələr səviyyəsində yeni və geniş dəyişikliklər baş verir. xarici mediaya istinadən xəbər verir ki, alimlər insan beyninin həyat ərzində ik
01.10.2026 190 "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib
Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə
01.10.2026 198 Klopdan "millidə yetərincə alman yoxdur" iradına cavab
Yurgen Klopp Almaniya milli komandasının heyəti ilə bağlı sosial şəbəkələrdə yayılan irqçi ifadələrə və təhqirlərə sərt münasibət bildirib. "Yeni Sabah" xəbər verir ki, millinin kifayət qədər "alman olmadığı" və ya "ağ dərili futbolçulardan təşkil olunmadığı" barədə irəl
01.10.2026 147