"Vəzifəli şəxs heç bir vəsait qoymadan "şərik" oldu, 380 min manatımı ələ keçirdi"

"Vəzifəli şəxs heç bir vəsait qoymadan "şərik" oldu, 380 min manatımı ələ keçirdi""MİR TƏMİR TİKİNTİ" MMC-nin rəhbəri Mirməbud Abbasov külli miqdarda pulunun ələ keçirildiyini iddia edir.

"Qafqazinfo"ya müraciət edən iş adamı şəriki tərəfindən 380 min manat pulunun mənimsənildiyini deyir.

O bildirib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 20 saylı Yol İstismar İdarəsinin rəisi Mirqiyas Kazımovun əməlləri ilə bağlı dövlət qurumlarına şikayət edib: "Mən "MİR TƏMİR TİKİNTİ" MMC-nin təsisçisi və direktoruyam. Müəssisə 2022-ci ili fevral ayında təmir tikinti fəaliyyəti ilə məşğul olmaq məqsədilə təsis edilib. Həmin vaxt 20 saylı Yol İstismar İdarəsinin rəisi Mirqiyas Kazımov mənə "şəriklik" təklif etdi və razılaşdım. Onun səyləri ilə "MİR TƏMİR TİKİNTİ" MMC-nin adından ″BAKI 1 №-Lİ YOL İSTİSMARI″ MMC və ″17 №-Lİ XÜSUSİ TƏYİNATLI YOL İSTİSMARI″ MMC-lərlə təmir-tikinti işlərinin görülməsi haqqında müqavilələr bağladıq. Bu müqavilələrin bağlanmasında M.Kazımovun başlıca rolu oldu. Adı şəriklik olsa da, görülmüş işlərə Mirqiyas Kazımov heç bir vəsait qoymadı. İşlərin hamısı mən Mirməbud Abbasovun şəxsi vəsaiti ilə icra edildi".

Şikayətçi bildirib ki, "şərikli" müəssisənin mühasibat işlərinin aparılması Mirqiyas Kazımovun dostu "BERC GROUP" şirkətinin rəhbəri Kənan Ağayevə həvalə edilib: "Biz müəssisənin möhürünü və ASAN İmza nömrəsini Kənan Ağayevə təhvil verdik. Mən öz vəsaitimlə Bakı-Quba yolunda təmir tikinti işləri apardım, işləri yekunlaşdırıb təhvil-təslim aktı ilə işləri təhvil verdim. Gördüyüm işlərin pulu müəssisənin hesabına daxil olan kimi Mirqiyas Kazımov və Kənan Ağayev pulları öz yaxın adamlarının bank hesablarına, müxtəlif istiqamətlərə köçürərək nağdlaşdırılmasına nail olublar. Eyni zamanda cəmiyyətin direktoru kimi mənim xəbərim olmadan "MİR TƏMİR TİKİNTİ" MMC-nin adından müxtəlif layihələrdə çıxış edərək vergidən yayınıblar".

Mirməbud Abbasov baş verənlər barədə dəfələrlə müxtəlif dövlət orqanlarına şikayətlər edildiyini, lakin heç bir nəticə olmadığını əlavə edib: "Sözügedən problemlə bağlı qurumun sabiq rəhbəri Saleh Məmmədovun qəbulunda olub şikayət etməyimə baxmayaraq, heç bir müsbət nəticə əldə edilmədi. Nəticədə, pul qazanmaq üçün şəxsi evimi satıb təmir-tikinti işləri aparmaq həvəsinə düşmüş biri kimi Abbasov hazırda acınacaqlı vəziyyətdəyəm. Üstəlik qarşı tərəfin hədə qorxusu ilə üzləşməkdəyəm. Yaranmış borca görə vergi orqanı tərəfindən ölkədən çıxışıma məhdudiyyət qoyulu. Ona görə də müalicə məqsədilə ölkəni tərk edə bilmirəm".

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) sorğumuza cavab olaraq bildirildi ki, müraciətdə adı qeyd olunan Mirqiyas Kazımov hazırda həmin qurumda çalışmır: "Müraciətdə qeyd edilən hallar hüquqi xarakter daşıdığından, həmin məsələlərin araşdırılması və hüquqi qiymət verilməsi aidiyyəti hüquq-mühafizə orqanlarının səlahiyyətlərinə aiddir. Bununla bağlı tərəflərin qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq dövlət orqanlarına müraciət etmək hüququ var".

Hazırladı: Aslan Vəliyev

Fotoda: Mirməbud Abbasov

"Vəzifəli şəxs heç bir vəsait qoymadan "şərik" oldu, 380 min manatımı ələ keçirdi"Fotoda: Mirqiyas Kazımov

"Vəzifəli şəxs heç bir vəsait qoymadan "şərik" oldu, 380 min manatımı ələ keçirdi"Fotoda: Kənan Ağayev

"Vəzifəli şəxs heç bir vəsait qoymadan "şərik" oldu, 380 min manatımı ələ keçirdi""Vəzifəli şəxs heç bir vəsait qoymadan "şərik" oldu, 380 min manatımı ələ keçirdi""Vəzifəli şəxs heç bir vəsait qoymadan "şərik" oldu, 380 min manatımı ələ keçirdi""Vəzifəli şəxs heç bir vəsait qoymadan "şərik" oldu, 380 min manatımı ələ keçirdi""Vəzifəli şəxs heç bir vəsait qoymadan "şərik" oldu, 380 min manatımı ələ keçirdi""Vəzifəli şəxs heç bir vəsait qoymadan "şərik" oldu, 380 min manatımı ələ keçirdi"


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 553   Tarix: 02 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ulu Öndər Heydər Əliyev və gələcəyə açılan məktəb qapısı

"Təhsil haqqında danışanda əslində bir ölkənin gələcəyindən danışırıq. Çünki bu gün məktəbə gedən uşaq sabah cəmiyyətin müxtəlif sahələrində öz sözünü deyəcək. Ulu Öndər Heydər Əliyevin təhsilə münasibətinin əsasını da məhz bu düşüncə təşkil edirdi. O, məktəbi yalnız bilik verilən məkan kimi deyil

01.10.2026 212
.

Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır

Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonr

01.10.2026 164
.

Qaraciyər transplantasiyası olunmalıdır

"Zor", "Sen gibi" və "Mühürlü kaderim" mahnıları ilə tanınan türkiyəli müğənni Nevzat Doğansoy (Nev) qaraciyər transplantasiya olunmalıdır. Axşam.az xəbər verir ki, 57 yaşlı ifaçı sentyabrın 3-də huşunu itirdikdən sonra xəstəxanaya yerləşdirilib və bir müddət reanimasiyad

01.10.2026 172
.

Gələn həftə Drakonid meteor yağışı olacaq

Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Qaynarinfo xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, Drakonidlərin mənbəyi (radiantı) Əjdaha (Draco) bürcündə yerləşdiyi üçün meteor yağışı bu adla tanınır. Meteo

01.10.2026 105
.

Gəncədə məktəbdə 7 şagird zəhərləndi - Yenilənib

Gəncədə məktəblərin birində 5 şagird zəhərlənib. "Qafqazinfo"nun məlumatına görə, zəhərlənən şagirdlər Abbas Səhət adına Gəncə Birləşmiş Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsinə çatdırılıb. İlkin məlumata görə, 2017-ci il təvəllüdlü şagirdlər - S. Abbasova, R. Tağıyeva, R. Kazımova, D

01.10.2026 219
.

Röya, Natavan və Elnur bir arada - Foto

Uzun illər küsülü olmaları ilə gündəmə gələn Xalq artisti Röya Ayxan, müğənnilər Natavan Həbibi və Elnur Məmmədov bir araya gəliblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə müğənni Elnur Məmmədov sosial şəbəkə hesabında paylaşım edib. Fotolarda sənətçilərin səmimi görüntüləri və rəqs etdiy

01.10.2026 359
.

Beyin həyat boyu iki dəfə dəyişir - 24 və 60 yaşda

İnsan beyni həyat boyu eyni sürətlə dəyişmir. Genişmiqyaslı araşdırma göstərib ki, təxminən 24 yaşda beyində nisbətən sabit dövr başlayır, 60 yaşdan sonra isə hüceyrələr səviyyəsində yeni və geniş dəyişikliklər baş verir. xarici mediaya istinadən xəbər verir ki, alimlər insan beyninin həyat ərzində ik

01.10.2026 190
.

"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib

Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə

01.10.2026 198
.

Klopdan "millidə yetərincə alman yoxdur" iradına cavab

Yurgen Klopp Almaniya milli komandasının heyəti ilə bağlı sosial şəbəkələrdə yayılan irqçi ifadələrə və təhqirlərə sərt münasibət bildirib. "Yeni Sabah" xəbər verir ki, millinin kifayət qədər "alman olmadığı" və ya "ağ dərili futbolçulardan təşkil olunmadığı" barədə irəl

01.10.2026 147
.