Tələbə və pensiyaçılar üçün turizm endirimləri Azərbaycanda tətbiq oluna bilərmi? - İQTİSADÇIDAN AÇIQLAMA
Dünyanın bir çox ölkəsində turizm şirkətləri tələbələr və pensiyaçılar üçün xüsusi endirim kampaniyaları tətbiq edir. Xüsusilə beynəlxalq tələbə kartı sistemi vasitəsilə gənclər aviabiletlərdən hotellərə, muzeylərdən ictimai nəqliyyata qədər müxtəlif güzəştlərdən yararlana bilirlər. Bir sıra Avropa ölkələrində isə pensiyaçılar üçün mövsümi tur paketləri daha sərfəli qiymətlərlə təqdim olunur. Bu təcrübənin Azərbaycanda da tətbiqi daxili turizmin inkişafına və insanların daha çox səyahət etməsinə əlavə stimul verə bilər.
Xüsusilə tələbələr və yaşlı insanlar üçün endirimli turların təşkili həm turizm sektorunun canlanmasına, həm də yeni müştəri kütləsinin formalaşmasına şərait yarada bilər. Yerli turizm şirkətləri müxtəlif kampaniyalar təqdim etsələr də, sosial kateqoriyalar üçün xüsusi güzəşt sisteminin geniş tətbiqi hələ də müzakirə olunan məsələlər sırasındadır.
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, bəli, məncə bu təcrübə ölkəmizdə də rahatlıqla tətbiq oluna bilər və hətta faydalı olar. Onun sözlərinə görə, tələbələr və pensiyaçılar adətən ya məhdud büdcə ilə yaşayırlar, ya da sabit gəlirləri olur, buna görə də səyahət etmək onlar üçün bəzən çətinləşir: "Turizm şirkətləri bu qruplara endirim edərsə, daha çox insan ölkə daxilində və ya xaricdə səyahət etməyə imkan tapar.
Bu həm də turizm sektoruna müsbət təsir göstərə bilər. Endirimlər sayəsində daha çox insan səyahət edəcəyi üçün şirkətlərin müştəri sayı artar və ümumi dövriyyə yüksələr. Müstəri sayının artması yalnız gəlirin artması deyil, həm də şirkətin reklamı baxımdan faydalıdır. Eyni zamanda, ölkə daxilində bölgələrin tanıdılması və yerli turizmin inkişafı da sürətlənə bilər.
Təbii ki, bu cür endirimlərin düzgün şəkildə tənzimlənməsi vacibdir. Şirkətlər üçün zərər yaratmayacaq balanslı qiymət siyasəti qurulmalıdır. Dövlət və özəl sektor arasında əməkdaşlıq olsa, bu model daha uğurlu tətbiq edilə bilər.
Ümumilikdə, bu yanaşma həm sosial baxımdan ədalətli, həm də iqtisadi baxımdan faydalı bir addım ola bilər".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 529 Tarix: 02 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşUlu Öndər Heydər Əliyev və gələcəyə açılan məktəb qapısı
"Təhsil haqqında danışanda əslində bir ölkənin gələcəyindən danışırıq. Çünki bu gün məktəbə gedən uşaq sabah cəmiyyətin müxtəlif sahələrində öz sözünü deyəcək. Ulu Öndər Heydər Əliyevin təhsilə münasibətinin əsasını da məhz bu düşüncə təşkil edirdi. O, məktəbi yalnız bilik verilən məkan kimi deyil
01.10.2026 212 Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır
Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonr
01.10.2026 164 Qaraciyər transplantasiyası olunmalıdır
"Zor", "Sen gibi" və "Mühürlü kaderim" mahnıları ilə tanınan türkiyəli müğənni Nevzat Doğansoy (Nev) qaraciyər transplantasiya olunmalıdır. Axşam.az xəbər verir ki, 57 yaşlı ifaçı sentyabrın 3-də huşunu itirdikdən sonra xəstəxanaya yerləşdirilib və bir müddət reanimasiyad
01.10.2026 172 Gələn həftə Drakonid meteor yağışı olacaq
Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Qaynarinfo xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, Drakonidlərin mənbəyi (radiantı) Əjdaha (Draco) bürcündə yerləşdiyi üçün meteor yağışı bu adla tanınır. Meteo
01.10.2026 105 Gəncədə məktəbdə 7 şagird zəhərləndi - Yenilənib
Gəncədə məktəblərin birində 5 şagird zəhərlənib. "Qafqazinfo"nun məlumatına görə, zəhərlənən şagirdlər Abbas Səhət adına Gəncə Birləşmiş Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsinə çatdırılıb. İlkin məlumata görə, 2017-ci il təvəllüdlü şagirdlər - S. Abbasova, R. Tağıyeva, R. Kazımova, D
01.10.2026 219 Röya, Natavan və Elnur bir arada - Foto
Uzun illər küsülü olmaları ilə gündəmə gələn Xalq artisti Röya Ayxan, müğənnilər Natavan Həbibi və Elnur Məmmədov bir araya gəliblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə müğənni Elnur Məmmədov sosial şəbəkə hesabında paylaşım edib. Fotolarda sənətçilərin səmimi görüntüləri və rəqs etdiy
01.10.2026 359 Beyin həyat boyu iki dəfə dəyişir - 24 və 60 yaşda
İnsan beyni həyat boyu eyni sürətlə dəyişmir. Genişmiqyaslı araşdırma göstərib ki, təxminən 24 yaşda beyində nisbətən sabit dövr başlayır, 60 yaşdan sonra isə hüceyrələr səviyyəsində yeni və geniş dəyişikliklər baş verir. xarici mediaya istinadən xəbər verir ki, alimlər insan beyninin həyat ərzində ik
01.10.2026 190 "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib
Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə
01.10.2026 198 Klopdan "millidə yetərincə alman yoxdur" iradına cavab
Yurgen Klopp Almaniya milli komandasının heyəti ilə bağlı sosial şəbəkələrdə yayılan irqçi ifadələrə və təhqirlərə sərt münasibət bildirib. "Yeni Sabah" xəbər verir ki, millinin kifayət qədər "alman olmadığı" və ya "ağ dərili futbolçulardan təşkil olunmadığı" barədə irəl
01.10.2026 147