Mütəxəssislər ən faydalı paxlalı bitkini açıqladı
Sağlam qidalanmanın vacib komponentlərindən hesab edilən paxlalı bitkilər arasında lobya və mərcimək xüsusi yer tutur. Mütəxəssislər bildirirlər ki, hər iki məhsul yüksək qida dəyərinə malik olsa da, onların tərkibi və orqanizmə təsiri baxımından müəyyən fərqlər mövcuddur.
Qaynarinfo Unian-a istinadən xəbər verir ki, lhər iki məhsul zülal, lif və mürəkkəb karbohidratlarla zəngindir.
100 qram bişmiş lobyada təxminən 117-119 kalori, 7 qrama qədər zülal və 7 qram lif mövcuddur. Mütəxəssislər qeyd edirlər ki, lobya zülal, dəmir, fol turşusu və antioksidantlarla zəngin olmaqla yanaşı, uzun müddət toxluq hissi yaradır və həzm sisteminin fəaliyyətini dəstəkləyir.
Araşdırmalar göstərir ki, lobyanın müntəzəm istehlakı ürək sağlamlığının qorunmasına, qidalanma keyfiyyətinin yüksəlməsinə və qanda şəkərin səviyyəsinin tənzimlənməsinə müsbət təsir göstərə bilər.
Mərcimək isə zülal və lif baxımından bir qədər üstün hesab olunur. Belə ki, 100 qram məhsulda təxminən 114 kalori, 9 qram zülal və 8 qram lif var. Bundan əlavə, mərciməyin tərkibində dəmir və fol turşusunun miqdarı daha çoxdur.
Mütəxəssislərin sözlərinə görə, mərciməyin qlisemik indeksi aşağı olduğundan o, qanda şəkərin kəskin yüksəlməsinə səbəb olmur və enerji səviyyəsinin daha stabil qalmasına kömək edir.
Qidalanma üzrə ekspertlər bildirirlər ki, hər iki məhsul sağlamlıq üçün faydalıdır və onlardan birini digərindən qəti şəkildə üstün hesab etmək düzgün deyil. Mərcimək daha asan həzm olunduğuna görə həssas mədə-bağırsaq sistemi olan insanlar üçün uyğun sayılır. Lobya isə maqnezium və kalium kimi minerallarla zəngin olduğu üçün ürək-damar sisteminin fəaliyyətinə və enerji mübadiləsinə dəstək verir.
Bununla yanaşı, hər iki məhsul bəzi insanlarda köp və qaz yaranmasına səbəb ola bilər. Mütəxəssislər bu narahatlığın qarşısını almaq üçün paxlalıların əvvəlcədən suda isladılmasını və rasiona tədricən daxil edilməsini tövsiyə edirlər.
Dietoloqların qənaətinə görə, lobya və mərcimək faydalılıq baxımından bir-birinə çox yaxındır. Buna görə də seçim edərkən əsas meyar məhsulun orqanizm tərəfindən necə qəbul edilməsi və gündəlik qidalanmada istifadəsinin rahatlığı olmalıdır.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSağlam görünən gənclərdə ürək problemi niyə yaranır? - Video
"Baku Med" verilişinin yeni buraxılışında ürək-damar xəstəlikləri müzakirə olunub. Gənclərdə ürək problemlərinin artmasına hansı amillər səbəb olur?. Xroniki stres və yuxusuzluq ürəyin fəaliyyətinə necə təsir edir?. Elektron siqaretlər ürək-damar sistemi üçün nə dərəcədə təhlükəlidir?. Şəkərl
17.10.2026 950 Ən faydalı və ən zərərli balıq növləri
Balıq sağlam qidalanma rasionuna daxil edilməsi ən çox tövsiyə olunan məhsullardan biridir. Çünki onun tərkibində yüksək keyfiyyətli zülal, vitaminlər, minerallar və omeqa-3 yağ turşuları var. Bununla belə, bütün balıq növlərinin qida dəyəri eyni deyil. Bəzi növlər əhəmiyyətli miqdarda çirkləndiric
29.10.2026 1053 Fizioterapiya, reabilitasiya nə vaxt təhlükəlidir? - Video
"Baku Med" verilişinin budəfəki buraxılışında fəqərələrarası disk yırtığı, artroz və üz sinirinin iflici mövzuları müzakirə olunub. Fəqərələrarası disk yırtığı hansı hallarda əməliyyat tələb edir?. Disk yırtığı ağrısız inkişaf edə bilərmi?. Artrozun müalicəsində fizioterapiyanın rolu nədir?
07.11.2026 518 Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Bir çox insan toyuq ətini bişirməzdən əvvəl kranın altında yumağa üstünlük verir. Lakin mütəxəssislər bu vərdişin sağlamlıq üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edirlər. Belə ki, çiy toyuğun yuyulması zamanı su sıçrantıları vasitəsilə bakteriyalar mətbəxin müxtəlif səthlərinə, qab-qacağa v
02.11.2026 1046 Hicama haqqında nələri bilirik?
Son zamanlar çox eşitdiyimiz, "hicama", "hacamat" kimi tanınan küpə terapiya müalicə üsulu barədə nələri bilirik?. Apimed təbii üsullar mərkəzində yüksək ixtisaslı (Türkiyədə kurs keçmiş) xanım personal tərəfindən xanımlara və bəylərə Hicama (hacamat) proseduru tətbiq edilir. Prosedu
29.10.2026 3426 Diabet xəstələri banan yeyə bilər?
Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. Bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir. Lakin elmi məlumatlar məsələnin daha mürəkkəb olduğunu ortaya qoyur. Burada yalnız meyvənin tərkibindəki təbii şəkəri
25.10.2026 908 Gündə 4 qoz yemək orqanizmdə hansı dəyişikliklər yaradır?
Qoz faydalı yağlar, bitki mənşəli zülal, lif, vitamin və minerallarla zəngin çərəzlərdən biridir. Onun müntəzəm istehlakı ürək-damar sisteminin fəaliyyətini dəstəkləyə və gündəlik qidalanmanın keyfiyyətini yaxşılaşdıra bilər. Ölkə.az BB.LV saytına istinadən xəbər verir ki, gündə təxminən 4 bütöv qo
11.11.2026 654 Qışda dəriyə qulluq zamanı edilən əsas səhvlər
İstilik mövsümündə mənzillərdə havanın quruması dərinin daha sürətlə nəm itirməsinə səbəb olur. Bu dövrdə isti su ilə yuyunmaq, skrablardan həddindən artıq istifadə etmək və dərini tez-tez təmizləmək isə qoruyucu baryeri zəiflədərək quruluğu daha da artıra bilər. Qaynarinfo xəbər verir ki, bu barəd
28.10.2026 1036 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın
Yaşlılıq dövründə D vitamini sümük və əzələ sisteminin, eləcə də immunitetin sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Buna görə də çatışmazlıq aşkarlandıqda bu vitaminin qida əlavələri şəklində qəbulu tövsiyə oluna bilər. Lakin yüksək dozalı preparatların müntəzəm və həkim məsləhəti olmadan qəbulu sağlamlığ
23.10.2026 1079