Sumqayıtda ictimai nəqliyyat böhranı: Gecikən avtobuslar, sıxlıq və sərnişin narazılığı artır - NƏQLİYYAT EKSPERTİNDƏN AÇIQLAMA

Sumqayıtda ictimai nəqliyyat böhranı: Gecikən avtobuslar, sıxlıq və sərnişin narazılığı artır - NƏQLİYYAT EKSPERTİNDƏN AÇIQLAMASumqayıt şəhərində ictimai nəqliyyat sahəsində yaşanan problemlər sakinlərin gündəlik həyatını çətinləşdirməyə davam edir. Xüsusilə son dövrlərdə şəhərdaxili marşrut xətlərində avtobusların gecikməsi, intervalın uzun olması, sərnişin sıxlığı və bəzi sürücülərin davranışları ilə bağlı narazılıqlar daha da artıb. Sakinlər bildirirlər ki, xüsusən 5, 6 və 7 nömrəli marşrut xətlərində avtobus çatışmazlığı səbəbindən insanlar uzun müddət dayanacaqlarda gözləməli olur, avtobuslar isə həddindən artıq dolu vəziyyətdə hərəkət edir.

Narazılıq doğuran əsas məsələlərdən biri də bəzi sürücülərin dayanacaqlarda saxlamaması, "stop" siqnallarına məhəl qoymaması və sərnişinlərin təhlükəsizliyini riskə atan davranışlarıdır. Sərnişinlər iddia edirlər ki, bəzi hallarda avtobuslar marşrut üzrə tam hərəkət etmir, sərnişinlər yolun ortasında başqa avtobuslara yönləndirilir, hətta eyni marşrut üzrə əlavə vaxt itkisinə səbəb olan hallar yaşanır. Xüsusilə 1 iyun 2026-cı il tarixində 7 nömrəli marşrut xəttində baş verdiyi bildirilən hadisə sərnişinlərin ciddi narazılığına səbəb olub.

Belə ki, sərnişinlərin sözlərinə görə, marşrut avtobusu uzun gecikmədən sonra hərəkətə başlasa da, sonradan marşrut üzrə geri qayıdaraq insanları eyni yolu iki dəfə getməyə məcbur edib. Sakinlər hesab edir ki, ictimai nəqliyyatda yaşanan problemlər artıq sistemli xarakter alıb və məsələ ilə bağlı aidiyyəti qurumların ciddi tədbirlər görməsinə ehtiyac var.
Sumqayıtda ictimai nəqliyyat böhranı: Gecikən avtobuslar, sıxlıq və sərnişin narazılığı artır - NƏQLİYYAT EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı BiG.AZ-a açıqlamasında bildirdi ki, təssüflər olsunki Sumqayıtın nəqliyyat sistemi hələdə Sumqayıt şəhər İcra Hakimiyyətinin əlində cəmləşib. Yəni Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə təhvil verilməyib. Onun sözlərinə görə, İcra Hakimiyyətidə özbaşına formada necə gəldi və hansı səviyyədə bilirsə o cür iş görməyə çalışır: "Mövcud vəziyyətdən sərnişinlərdə, sürücülərdə narazıdır. Sürücülərin iş və istirahət rejimi bəlli deyil. Avtobusların texniki nəzarəti hansı səviyyədədir bəlli deyil. Eyni zamanda sürücülərin tibbi müayinədən keçib keçmədiyi məlum deyil. Yəni Sumqayıt hal-hazırda Azərbaycanda ayrıca bir respublika kimi öz nəqliyyat sistemini işlədir. Təssüfki Sumqayıt şəhər İcra Hakimiyyətinin rəhbərliyi uzun illər bundan əvvəl alıb gətirdiyi avtobusları sahibkarlara baha qiymətə satmağa çalışır. Heç bir sahibkarda buna yaxın durmadı.

Yəni Sumqayıt şəhər İcra Hakimiyyəti uzun illərdir alıb istismar etdiyi avtobusları aldığı qiymətə satmağa çalışır. Sahibkarlarda buna yaxın durmadığı üçün İcra Hakimiyyətidə özü bu avtobusları işlətməyə çalışır. Bu gün Sumqayıt nəqliyyatında hər cür biabırçılığa rast gəlmək mümkündür. Yəni avtobus sürücüsü iki dəfədə gedib qayıda bilər. Yolun ortasında insanları düşürdüb gedədə bilər. Eyni zamanda xəttdən çıxada bilər. Sərnişinləri yolda qoyub yolüstü evinə dönüb çörəkdə yeyə bilər. Yəni hər cür özbaşınalıq hal-hazırda Sumqayıtda hökm sürür. Mən ümid edirəm ki, Sumqayıt şəhər İcra Hakimiyyəti nəhayətki bir gözütoxluq göstərib bu işləri təhvil verəcək ki, adiyyatı dövlət qurumları orda normal şəkildə vətəndaşlara xidmət qura bilsinlər.

Çünki Sumqayıt şəhər İcra Hakimiyyəti nəqliyyat sistemini qura bilmir və batdıqcada batır. Amma geridə çəkilmək istəmir. Ona görədə düşünürəm ki, bu məsələ ilə bağlı artıq Sumqayıt şəhər İcra Hakimiyyəti geri çəkilməlidir və bu işləri təhvil verməlidir. Bütün respublika üzrə necə idarəetmə sistemi varsa Sumqayıtda da bu cür mexanizm tətbiq olunmalıdır".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 586   Tarix: 02 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ulu Öndər Heydər Əliyev və gələcəyə açılan məktəb qapısı

"Təhsil haqqında danışanda əslində bir ölkənin gələcəyindən danışırıq. Çünki bu gün məktəbə gedən uşaq sabah cəmiyyətin müxtəlif sahələrində öz sözünü deyəcək. Ulu Öndər Heydər Əliyevin təhsilə münasibətinin əsasını da məhz bu düşüncə təşkil edirdi. O, məktəbi yalnız bilik verilən məkan kimi deyil

01.10.2026 212
.

Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır

Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonr

01.10.2026 164
.

Qaraciyər transplantasiyası olunmalıdır

"Zor", "Sen gibi" və "Mühürlü kaderim" mahnıları ilə tanınan türkiyəli müğənni Nevzat Doğansoy (Nev) qaraciyər transplantasiya olunmalıdır. Axşam.az xəbər verir ki, 57 yaşlı ifaçı sentyabrın 3-də huşunu itirdikdən sonra xəstəxanaya yerləşdirilib və bir müddət reanimasiyad

01.10.2026 172
.

Gələn həftə Drakonid meteor yağışı olacaq

Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Qaynarinfo xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, Drakonidlərin mənbəyi (radiantı) Əjdaha (Draco) bürcündə yerləşdiyi üçün meteor yağışı bu adla tanınır. Meteo

01.10.2026 105
.

Gəncədə məktəbdə 7 şagird zəhərləndi - Yenilənib

Gəncədə məktəblərin birində 5 şagird zəhərlənib. "Qafqazinfo"nun məlumatına görə, zəhərlənən şagirdlər Abbas Səhət adına Gəncə Birləşmiş Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsinə çatdırılıb. İlkin məlumata görə, 2017-ci il təvəllüdlü şagirdlər - S. Abbasova, R. Tağıyeva, R. Kazımova, D

01.10.2026 219
.

Röya, Natavan və Elnur bir arada - Foto

Uzun illər küsülü olmaları ilə gündəmə gələn Xalq artisti Röya Ayxan, müğənnilər Natavan Həbibi və Elnur Məmmədov bir araya gəliblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə müğənni Elnur Məmmədov sosial şəbəkə hesabında paylaşım edib. Fotolarda sənətçilərin səmimi görüntüləri və rəqs etdiy

01.10.2026 359
.

Beyin həyat boyu iki dəfə dəyişir - 24 və 60 yaşda

İnsan beyni həyat boyu eyni sürətlə dəyişmir. Genişmiqyaslı araşdırma göstərib ki, təxminən 24 yaşda beyində nisbətən sabit dövr başlayır, 60 yaşdan sonra isə hüceyrələr səviyyəsində yeni və geniş dəyişikliklər baş verir. xarici mediaya istinadən xəbər verir ki, alimlər insan beyninin həyat ərzində ik

01.10.2026 190
.

"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib

Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə

01.10.2026 198
.

Klopdan "millidə yetərincə alman yoxdur" iradına cavab

Yurgen Klopp Almaniya milli komandasının heyəti ilə bağlı sosial şəbəkələrdə yayılan irqçi ifadələrə və təhqirlərə sərt münasibət bildirib. "Yeni Sabah" xəbər verir ki, millinin kifayət qədər "alman olmadığı" və ya "ağ dərili futbolçulardan təşkil olunmadığı" barədə irəl

01.10.2026 147
.