Zelenski: Rusiya Ukraynalı uşaqları zorla aparır və hərbi məqsədlər üçün hazırlayır - POLİTOLOQDAN AÇIQLAMA

Zelenski: Rusiya Ukraynalı uşaqları zorla aparır və hərbi məqsədlər üçün hazırlayır - POLİTOLOQDAN AÇIQLAMAUkrayna prezidenti Vladimir Zelenski CBS News-a verdiyi eksklüziv müsahibədə Rusiyanın Ukrayna ərazilərindən uşaqları zorla apardığını və onların daha sonra hərbi məqsədlərlə istifadə oluna biləcəyinə dair ciddi ittihamlar irəli sürüb. Zelenski bildirib ki, Ukrayna tərəfinin əlində bu istiqamətdə sübutlar mövcuddur və həmin uşaqların bir hissəsi Rusiya tərəfindən ideoloji təsirə məruz qalaraq Ukraynaya qarşı döyüşə hazırlanır.

Prezidentin sözlərinə görə, bu proses beynəlxalq hüququn pozulması və mümkün müharibə cinayətləri kimi qiymətləndirilir.
Zelenski: Rusiya Ukraynalı uşaqları zorla aparır və hərbi məqsədlər üçün hazırlayır - POLİTOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı politoloq Aytən Qurbanova BiG.AZ-a açıqlamasında bildirdi ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyanın ukraynalı uşaqları zorla ölkədən çıxarması və onların bir hissəsinin hərbi-ideoloji hazırlıq proseslərinə cəlb edilməsi ilə bağlı səsləndirdiyi son ittihamlar Rusiya-Ukrayna müharibəsinin humanitar ölçüsünü yenidən beynəlxalq gündəliyin əsas mövzularından birinə çevirib. Onun sözlərinə görə, xüsusilə uşaqların milli kimliyinin dəyişdirilməsi və onların gələcəkdə öz ölkələrinin maraqlarına zidd istiqamətdə ideoloji təsirlərə məruz qoyulması ilə bağlı iddialar təsdiqini tapacağı təqdirdə, bu məsələ beynəlxalq humanitar hüququn fundamental prinsiplərinin pozulması kimi qiymətləndirilə bilər: "Məsələnin mahiyyəti yalnız münaqişə zonasından uşaqların çıxarılması ilə məhdudlaşmır. Burada əsas diqqət çəkən məqam uşaqların sosial-mədəni mühitdən uzaqlaşdırılması, onların mənsub olduqları xalqın tarixi, dili və milli dəyərlərindən təcrid olunması, eyni zamanda müəyyən ideoloji təsirlər altında formalaşdırılması ilə bağlı iddialardır. Bu amillər isə müasir münaqişələrin yalnız hərbi deyil, eləcə də demoqrafik, humanitar və psixoloji müstəvilərdə davam etdiyini göstərir. Məlum olduğu kimi, ukraynalı uşaqların Rusiyaya aparılması məsələsi beynəlxalq təşkilatların diqqət mərkəzində olan mövzulardan biridir. Bu istiqamətdə aparılan araşdırmalar və hüquqi qiymətləndirmələr problemin beynəlxalq hüquq müstəvisində ciddi əhəmiyyət daşıdığını göstərir.

Zelenskinin son açıqlamaları isə müzakirələrin yeni mərhələyə keçdiyini və artıq uşaqların gələcək taleyi ilə bağlı daha ciddi ittihamların gündəmə gətirildiyini nümayiş etdirir. Siyasi nöqteyi-nəzərdən bu bəyanatlar Ukraynanın beynəlxalq ictimaiyyətin diqqətini müharibənin humanitar nəticələrinə yönəltmək strategiyasının tərkib hissəsi kimi qiymətləndirilə bilər. Çünki müasir beynəlxalq münasibətlər sistemində mülki əhalinin, xüsusilə uşaqların hüquqlarının pozulması ilə bağlı məsələlər qlobal ictimai rəydə ciddi rezonans doğuran amillərdən hesab olunur. Ona görə də, rəsmi Kiyev sözügedən mövzunu ön plana çıxarmaqla həm siyasi, həm də hüquqi müstəvidə mövqeyini gücləndirməyə çalışır.

Eyni zamanda, irəli sürülən ittihamların beynəlxalq hüquqi nəticələri təqdim ediləcək sübutların etibarlılığından və beynəlxalq təsisatların qiymətləndirməsindən asılı olacaq. Əgər bu iddialar müvafiq beynəlxalq qurumlar tərəfindən təsdiqlənərsə, Rusiyaya qarşı hüquqi və siyasi təzyiqlərin artması, eləcə də müharibənin humanitar nəticələri ilə bağlı yeni təşəbbüslərin irəli sürülməsi mümkündür. Ümumiyyətlə, bu məsələ bir daha təsdiqləyir ki, müasir dövrdə təhlükəsizlik anlayışı yalnız dövlət sərhədlərinin müdafiəsi ilə məhdudlaşmır. İnsan kapitalının, milli-mənəvi dəyərlərin, mədəni identikliyin və xüsusilə uşaqların hüquqlarının qorunması da milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsinə çevrilib.
Ona görə də beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunması, münaqişələr zamanı mülki əhalinin müdafiəsinin təmin edilməsi və uşaqların hüquqlarının qorunması qlobal təhlükəsizlik sisteminin əsas prioritetlərindən biri olaraq qalmalıdır.

Nəticə ütibarilə, Zelenskinin səsləndirdiyi ittihamlar yalnız Rusiya-Ukrayna müharibəsinin növbəti siyasi müzakirə mövzusu deyil, eləcə də müasir silahlı münaqişələrin gələcək nəsillərə təsiri, humanitar hüququn qorunması və beynəlxalq məsuliyyət mexanizmlərinin effektivliyi baxımından ciddi əhəmiyyət daşıyan məsələ kimi qiymətləndirilməlidir".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1047   Tarix: 02 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ulu Öndər Heydər Əliyev və gələcəyə açılan məktəb qapısı

"Təhsil haqqında danışanda əslində bir ölkənin gələcəyindən danışırıq. Çünki bu gün məktəbə gedən uşaq sabah cəmiyyətin müxtəlif sahələrində öz sözünü deyəcək. Ulu Öndər Heydər Əliyevin təhsilə münasibətinin əsasını da məhz bu düşüncə təşkil edirdi. O, məktəbi yalnız bilik verilən məkan kimi deyil

01.10.2026 212
.

Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır

Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonr

01.10.2026 164
.

Qaraciyər transplantasiyası olunmalıdır

"Zor", "Sen gibi" və "Mühürlü kaderim" mahnıları ilə tanınan türkiyəli müğənni Nevzat Doğansoy (Nev) qaraciyər transplantasiya olunmalıdır. Axşam.az xəbər verir ki, 57 yaşlı ifaçı sentyabrın 3-də huşunu itirdikdən sonra xəstəxanaya yerləşdirilib və bir müddət reanimasiyad

01.10.2026 172
.

Gələn həftə Drakonid meteor yağışı olacaq

Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Qaynarinfo xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, Drakonidlərin mənbəyi (radiantı) Əjdaha (Draco) bürcündə yerləşdiyi üçün meteor yağışı bu adla tanınır. Meteo

01.10.2026 105
.

Gəncədə məktəbdə 7 şagird zəhərləndi - Yenilənib

Gəncədə məktəblərin birində 5 şagird zəhərlənib. "Qafqazinfo"nun məlumatına görə, zəhərlənən şagirdlər Abbas Səhət adına Gəncə Birləşmiş Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsinə çatdırılıb. İlkin məlumata görə, 2017-ci il təvəllüdlü şagirdlər - S. Abbasova, R. Tağıyeva, R. Kazımova, D

01.10.2026 219
.

Röya, Natavan və Elnur bir arada - Foto

Uzun illər küsülü olmaları ilə gündəmə gələn Xalq artisti Röya Ayxan, müğənnilər Natavan Həbibi və Elnur Məmmədov bir araya gəliblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə müğənni Elnur Məmmədov sosial şəbəkə hesabında paylaşım edib. Fotolarda sənətçilərin səmimi görüntüləri və rəqs etdiy

01.10.2026 359
.

Beyin həyat boyu iki dəfə dəyişir - 24 və 60 yaşda

İnsan beyni həyat boyu eyni sürətlə dəyişmir. Genişmiqyaslı araşdırma göstərib ki, təxminən 24 yaşda beyində nisbətən sabit dövr başlayır, 60 yaşdan sonra isə hüceyrələr səviyyəsində yeni və geniş dəyişikliklər baş verir. xarici mediaya istinadən xəbər verir ki, alimlər insan beyninin həyat ərzində ik

01.10.2026 190
.

"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib

Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə

01.10.2026 198
.

Klopdan "millidə yetərincə alman yoxdur" iradına cavab

Yurgen Klopp Almaniya milli komandasının heyəti ilə bağlı sosial şəbəkələrdə yayılan irqçi ifadələrə və təhqirlərə sərt münasibət bildirib. "Yeni Sabah" xəbər verir ki, millinin kifayət qədər "alman olmadığı" və ya "ağ dərili futbolçulardan təşkil olunmadığı" barədə irəl

01.10.2026 147
.