Uşaqları texnologiyadan uzaq saxlamaq çıxış yolu deyil
"Ümumiyyətlə, uşaqları və yeniyetmələri rəqəmsal dünyadan tamamilə uzaq saxlamaq nə real, nə də düzgün yanaşmadır. Çünki müasir dövrdə təhsil, ünsiyyət və məlumat əldə etmək imkanları texnologiyalarla sıx bağlıdır. Buna görə də əsas məqsəd uşağın əlindən telefonu almaq deyil, ona texnologiyadan düzgün və təhlükəsiz istifadə etməyi öyrətmək olmalıdır".
Bunu BiG.AZ-a açıqlamasında İKT eksperti Elvin Həsənov bildirib.
O, qeyd edib ki, burada ən vacib məqamlardan biri balansın qorunmasıdır. Uşaq texnologiyadan yalnız əyləncə məqsədilə deyil, həm də öyrənmək, araşdırmaq və yaradıcılıq bacarıqlarını inkişaf etdirmək üçün istifadə etməlidir. Təəssüf ki, bir çox hallarda rəqəmsal alətlər yalnız əyləncə vasitəsinə çevrilir. Halbuki proqramlaşdırma, xarici dillərin öyrənilməsi, onlayn təhsil platformaları, elmi və texnoloji resurslar uşaqlar üçün geniş inkişaf imkanları yaradır:
"Bununla yanaşı, valideyn nəzarəti də mühüm rol oynayır. Lakin nəzarət yalnız qadağalarla məhdudlaşmamalıdır. Valideyn uşağın hansı platformalardan istifadə etdiyini, kimlərlə ünsiyyətdə olduğunu və hansı məzmunlara baxdığını bilməlidir. Eyni zamanda, ekran qarşısında keçirilən vaxt uşağın yaşına uyğun şəkildə tənzimlənməlidir.
Mən hesab edirəm ki, uşaqlara erkən yaşlardan rəqəmsal təhlükəsizlik qaydaları da öyrədilməlidir. Necə ki, valideyn övladına küçədə tanımadığı insanlarla ehtiyatlı davranmağı tövsiyə edir, internet mühitində də şəxsi məlumatların paylaşılmaması, şübhəli keçidlərə daxil olmamaq və onlayn ünsiyyət qaydalarına riayət etmək kimi məsələlər izah edilməlidir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 549 Tarix: 02 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşUlu Öndər Heydər Əliyev və gələcəyə açılan məktəb qapısı
"Təhsil haqqında danışanda əslində bir ölkənin gələcəyindən danışırıq. Çünki bu gün məktəbə gedən uşaq sabah cəmiyyətin müxtəlif sahələrində öz sözünü deyəcək. Ulu Öndər Heydər Əliyevin təhsilə münasibətinin əsasını da məhz bu düşüncə təşkil edirdi. O, məktəbi yalnız bilik verilən məkan kimi deyil
01.10.2026 212 Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır
Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonr
01.10.2026 164 Qaraciyər transplantasiyası olunmalıdır
"Zor", "Sen gibi" və "Mühürlü kaderim" mahnıları ilə tanınan türkiyəli müğənni Nevzat Doğansoy (Nev) qaraciyər transplantasiya olunmalıdır. Axşam.az xəbər verir ki, 57 yaşlı ifaçı sentyabrın 3-də huşunu itirdikdən sonra xəstəxanaya yerləşdirilib və bir müddət reanimasiyad
01.10.2026 172 Gələn həftə Drakonid meteor yağışı olacaq
Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Qaynarinfo xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, Drakonidlərin mənbəyi (radiantı) Əjdaha (Draco) bürcündə yerləşdiyi üçün meteor yağışı bu adla tanınır. Meteo
01.10.2026 105 Gəncədə məktəbdə 7 şagird zəhərləndi - Yenilənib
Gəncədə məktəblərin birində 5 şagird zəhərlənib. "Qafqazinfo"nun məlumatına görə, zəhərlənən şagirdlər Abbas Səhət adına Gəncə Birləşmiş Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsinə çatdırılıb. İlkin məlumata görə, 2017-ci il təvəllüdlü şagirdlər - S. Abbasova, R. Tağıyeva, R. Kazımova, D
01.10.2026 219 Röya, Natavan və Elnur bir arada - Foto
Uzun illər küsülü olmaları ilə gündəmə gələn Xalq artisti Röya Ayxan, müğənnilər Natavan Həbibi və Elnur Məmmədov bir araya gəliblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə müğənni Elnur Məmmədov sosial şəbəkə hesabında paylaşım edib. Fotolarda sənətçilərin səmimi görüntüləri və rəqs etdiy
01.10.2026 359 Beyin həyat boyu iki dəfə dəyişir - 24 və 60 yaşda
İnsan beyni həyat boyu eyni sürətlə dəyişmir. Genişmiqyaslı araşdırma göstərib ki, təxminən 24 yaşda beyində nisbətən sabit dövr başlayır, 60 yaşdan sonra isə hüceyrələr səviyyəsində yeni və geniş dəyişikliklər baş verir. xarici mediaya istinadən xəbər verir ki, alimlər insan beyninin həyat ərzində ik
01.10.2026 190 "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib
Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə
01.10.2026 198 Klopdan "millidə yetərincə alman yoxdur" iradına cavab
Yurgen Klopp Almaniya milli komandasının heyəti ilə bağlı sosial şəbəkələrdə yayılan irqçi ifadələrə və təhqirlərə sərt münasibət bildirib. "Yeni Sabah" xəbər verir ki, millinin kifayət qədər "alman olmadığı" və ya "ağ dərili futbolçulardan təşkil olunmadığı" barədə irəl
01.10.2026 147