"İlham Əliyevin çıxışında Azərbaycanın qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələr xüsusi yer tutdu" - BƏHRUZ QULİYEV

"İlham Əliyevin çıxışında Azərbaycanın qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələr xüsusi yer tutdu" - BƏHRUZ QULİYEV"Prezident İlham Əliyevin "Bakı Enerji Həftəsi" çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın son 30 ildə enerji sahəsində qazandığı uğurların, həyata keçirdiyi uzaqgörən strategiyanın və formalaşdırdığı etibarlı tərəfdaşlıq modelinin növbəti dəfə beynəlxalq auditoriyaya təqdimatı oldu.

Xüsusilə, diqqət çəkən məqamlardan biri vaxtilə yalnız neft və qaz sərgisi kimi fəaliyyətə başlayan Xəzər Neft və Qaz Sərgisinin bu gün qlobal enerji gündəliyinin müzakirə olunduğu nüfuzlu "Bakı Enerji Həftəsi"nə çevrilməsidir. Bu transformasiya təkcə tədbirin miqyasının böyüməsi deyil, həm də Azərbaycanın dünya enerji xəritəsində artan rolunun göstəricisidir. Otuz il ərzində Bakı regionun enerji mərkəzlərindən birinə çevrilib və bu platforma müxtəlif ölkələri, şirkətləri və ekspertləri bir araya gətirən mühüm dialoq məkanı statusu qazanıb." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev BiG.AZ-a açıqlamasında deyib.
"İlham Əliyevin çıxışında Azərbaycanın qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələr xüsusi yer tutdu" - BƏHRUZ QULİYEVEkspert bildirib ki, cənab İlham Əliyevin çıxışında Azərbaycanın qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələr xüsusi yer tutdu. Bu gün TANAP və TAP kimi strateji layihələr sayəsində Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinin vacib elementlərindən birinə çevrilib. Hazırda Azərbaycan qazının 16 ölkəyə ixrac edilməsi ölkəmizin etibarlı enerji təchizatçısı kimi nüfuzunu daha da gücləndirir. Qaz təchizatı coğrafiyasının davamlı şəkildə genişlənməsi isə Azərbaycanın enerji sahəsindəki potensialının və beynəlxalq tərəfdaşlarının ölkəmizə olan etimadının göstəricisidir.

Eyni zamanda, Azərbaycan artıq yalnız enerji istehsalçısı deyil, həm də mühüm tranzit ölkə kimi çıxış edir. "Bu gün Xəzər dənizinin şərq sahillərində yerləşən dövlətlərin enerji resurslarının beynəlxalq bazarlara çıxarılmasında Azərbaycanın təqdim etdiyi imkanlar regionun geoiqtisadi əhəmiyyətini artırır. Bu, ölkəmizin Şərqlə Qərb arasında etibarlı körpü rolunu daha da möhkəmləndirir.

Bütün bu uğurların əsasında isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu və praqmatik diplomatiya dayanır. Dünya okeanlarına çıxışı olmayan Azərbaycan mürəkkəb geosiyasi şəraitdə enerji resurslarının beynəlxalq bazarlara çatdırılması üçün qonşu ölkələrlə, regional tərəfdaşlarla və qlobal aktorlarla qarşılıqlı etimada əsaslanan münasibətlər formalaşdırıb. Məhz bu balanslı siyasət nəticəsində Azərbaycan müxtəlif maraqları uzlaşdıraraq nəhəng enerji layihələrinin reallaşmasına nail olub.

Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, Azərbaycan milli maraqlara söykənən müstəqil siyasət yürüdərək enerji sahəsində etibarlı tərəfdaş və məsuliyyətli dövlət kimi öz mövqeyini möhkəmləndirib. Bu gün ölkəmizin əldə etdiyi uğurlar təsadüfi deyil, düşünülmüş strategiyanın, güclü siyasi iradənin və uzunmüddətli inkişaf konsepsiyasının nəticəsidir. Qeyd etmək lazımdır ki, Azərbaycanın enerji diplomatiyası artıq regional çərçivələri aşaraq qlobal enerji təhlükəsizliyinə töhfə verən mühüm modelə çevrilib və bu siyasət gələcəkdə də ölkəmizin beynəlxalq mövqelərinin daha da güclənməsinə xidmət edəcək."- deyə, B.Quliyev əlavə edib.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 594   Tarix: 02 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ulu Öndər Heydər Əliyev və gələcəyə açılan məktəb qapısı

"Təhsil haqqında danışanda əslində bir ölkənin gələcəyindən danışırıq. Çünki bu gün məktəbə gedən uşaq sabah cəmiyyətin müxtəlif sahələrində öz sözünü deyəcək. Ulu Öndər Heydər Əliyevin təhsilə münasibətinin əsasını da məhz bu düşüncə təşkil edirdi. O, məktəbi yalnız bilik verilən məkan kimi deyil

01.10.2026 212
.

Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır

Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonr

01.10.2026 164
.

Qaraciyər transplantasiyası olunmalıdır

"Zor", "Sen gibi" və "Mühürlü kaderim" mahnıları ilə tanınan türkiyəli müğənni Nevzat Doğansoy (Nev) qaraciyər transplantasiya olunmalıdır. Axşam.az xəbər verir ki, 57 yaşlı ifaçı sentyabrın 3-də huşunu itirdikdən sonra xəstəxanaya yerləşdirilib və bir müddət reanimasiyad

01.10.2026 172
.

Gələn həftə Drakonid meteor yağışı olacaq

Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Qaynarinfo xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, Drakonidlərin mənbəyi (radiantı) Əjdaha (Draco) bürcündə yerləşdiyi üçün meteor yağışı bu adla tanınır. Meteo

01.10.2026 105
.

Gəncədə məktəbdə 7 şagird zəhərləndi - Yenilənib

Gəncədə məktəblərin birində 5 şagird zəhərlənib. "Qafqazinfo"nun məlumatına görə, zəhərlənən şagirdlər Abbas Səhət adına Gəncə Birləşmiş Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsinə çatdırılıb. İlkin məlumata görə, 2017-ci il təvəllüdlü şagirdlər - S. Abbasova, R. Tağıyeva, R. Kazımova, D

01.10.2026 219
.

Röya, Natavan və Elnur bir arada - Foto

Uzun illər küsülü olmaları ilə gündəmə gələn Xalq artisti Röya Ayxan, müğənnilər Natavan Həbibi və Elnur Məmmədov bir araya gəliblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə müğənni Elnur Məmmədov sosial şəbəkə hesabında paylaşım edib. Fotolarda sənətçilərin səmimi görüntüləri və rəqs etdiy

01.10.2026 359
.

Beyin həyat boyu iki dəfə dəyişir - 24 və 60 yaşda

İnsan beyni həyat boyu eyni sürətlə dəyişmir. Genişmiqyaslı araşdırma göstərib ki, təxminən 24 yaşda beyində nisbətən sabit dövr başlayır, 60 yaşdan sonra isə hüceyrələr səviyyəsində yeni və geniş dəyişikliklər baş verir. xarici mediaya istinadən xəbər verir ki, alimlər insan beyninin həyat ərzində ik

01.10.2026 190
.

"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib

Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə

01.10.2026 198
.

Klopdan "millidə yetərincə alman yoxdur" iradına cavab

Yurgen Klopp Almaniya milli komandasının heyəti ilə bağlı sosial şəbəkələrdə yayılan irqçi ifadələrə və təhqirlərə sərt münasibət bildirib. "Yeni Sabah" xəbər verir ki, millinin kifayət qədər "alman olmadığı" və ya "ağ dərili futbolçulardan təşkil olunmadığı" barədə irəl

01.10.2026 147
.