Qismət Gözəlov: Azərbaycan və Türkmənistan 2026-cı ildə ali səviyyədə təmasları davam etdirəcək

Qismət Gözəlov: Azərbaycan və Türkmənistan 2026-cı ildə ali səviyyədə təmasları davam etdirəcəkAzərbaycanın Türkmənistandakı səfirliyi Müstəqillik Günü və Azərbaycanın Mədəniyyət Günləri münasibətilə qəbul təşkil edib.

Bu barədə "Report"un Qazaxıstan bürosu Azərbaycanın Türkmənistandakı səfirliyinə istinadən xəbər verir.

Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov çıxışında 108 il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının tarixi əhəmiyyətindən danışıb.

O qeyd edib ki, cəmi 23 ay kimi qısa mövcudluq müddətinə baxmayaraq, Şərqdə ilk demokratik respublika olan AXC Azərbaycan xalqının müstəqilliyə və dövlətçiliyə can atmasını nümayiş etdirib.

Q.Gözəlov vurğulayıb ki, dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında sabitlik və inkişaf yoluna qədəm qoyub.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkə dayanıqlı inkişafı davam etdirir və güclü dövlət kimi öz mövqelərini möhkəmləndirir.

Q.Gözəlov 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın beynəlxalq qəbul edilmiş sərhədləri çərçivəsində ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini diqqətə çatdırıb.

Eyni zamanda, diplomat çıxışında Azərbaycanın Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, TANAP, TAP, Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də Transxəzər marşrutu, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri daxil olmaqla enerji, nəqliyyat və logistika layihələrindəki roluna toxunub.

Azərbaycan-Türkmənistan münasibətlərinə toxunan Q.Gözəlov bildirib ki, iki ölkə arasındakı əlaqələr ümumi tarix, dil, etnik və mədəni yaxınlığa əsaslanır. O vurğulayıb ki, Azərbaycan və Türkmənistan arasında strateji tərəfdaşlıq iki ölkə liderlərinin siyasi iradəsi sayəsində inkişaf edir.

Səfir parlamentlərarası qarşılıqlı fəaliyyətin, Xarici İşlər nazirlikləri arasında dialoqun və birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, komissiya çərçivəsində ticari-iqtisadi, nəqliyyat-logistika, enerji və mədəni-humanitar sahələrdə əməkdaşlıq inkişaf edir.

Ali səviyyədə qarşılıqlı səfərlərin önəminə toxunan Q.Gözəlov 2025-ci ildə Prezident İlham Əliyevin Türkmənistana səfərinin, həmçinin Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfərlərinin ikitərəfli münasibətlərin inkişafında xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, ölkələr arasında yüksək səviyyəli təmaslar 2026-cı ildə də davam edəcək.

Mədəni və humanitar əməkdaşlıqdan bəhs edən səfir 2025-ci ildə Bakı və Gəncə şəhərlərində Türkmənistan Mədəniyyəti Günlərinin keçirildiyini, hazırda Aşqabad və Arkadağ şəhərlərində Azərbaycan Mədəniyyəti Günlərinin təşkil olunduğunu qeyd edib.

Səfir Q.Gözəlov Türkmənistan nümayəndə heyətinin Azərbaycanda baş tutan ənənəvi tədbirlərdə, eləcə də Şuşada keçirilən "Xarıbülbül" festivalında iştirak etdiyini, Azərbaycan incəsənət xadimlərinin Türkmənistanda, o cümlədən TÜRKSOY çərçivəsində təşkil olunan proqramlarda fəal iştirak etdiklərini qeyd edib.

Çıxışında Azərbaycan mədəniyyətinin, dahi bəstəkar Üzeyir Hacıbəylinin irsinin Türkmənistanda geniş tanıdılmasına xüsusi diqqət çəkən səfir "Arşın mal alan" və "Ər və arvad" operettalarının Aşqabadda türkmən dilində mütəmadi olaraq səhnəyə qoyulmasının iki ölkə arasında mədəni əməkdaşlığın mühüm nümunələrindən biri olduğunu vurğulayıb.

Q.Gözəlov Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində məscidin kompleksinin inşa edilməsini iki xalq arasındakı qardaşlıq və humanitar əməkdaşlığın nümunəsi kimi qiymətləndirib.

Tədbirdə ali qonaq qismində Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, birgə hökumətlərarası komissiyanın həmsədri Nökərqulu Ataquliyev iştirak edib. O, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun təbriklərini və firavanlıq arzularını Azərbaycan tərəfinə çatdırıb.

N.Ataquliyev qeyd edib ki, iki ölkə liderləri arasında yüksək səviyyəli dialoq Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafına əhəmiyyətli təkan verib. O vurğulayıb ki, xalqlar arasındakı qardaşlıq əlaqələri dərin tarixi köklərə əsaslanır və əməkdaşlıq siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə genişlənir.

Ziyafət çərçivəsində Azərbaycanın xalq və bəstəkar mahnıları səsləndirilib, milli rəqslər, Azərbaycanın tarixi, mədəniyyəti və müasir inkişafı haqqında videoçarxlar, eləcə də Azərbaycan mətbəxinin təamları təqdim olunub.

Bununla yanaşı, tədbir iştirakçıları Azərbaycan-Türkmənistan münasibətlərini əks etdirən foto sərgi ilə tanış olub, "Made in Azerbaijan" brendinin məhsulları, o cümlədən "Azərçay" və Azərbaycan kəlağayısı da xüsusi stenddə nümayiş etdirilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 496   Tarix: 06 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mariya Zaxarovadan Hirosima merinə sərt ittiham

ABŞ-ın Hirosimaya atom bombası atmasının ildönümündə Rusiyanı tənqid edən Hirosima meri Kazumi Matsui Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın sərt reaksiyası ilə üzləşib. xəbər verir ki, Zaxarova bu barədə Telegram kanalında paylaşım edib. Rusiya XİN sözçüsü bildirib ki, Qərbin formalaşdırdığ

12:05 144
.

Bu gün çimərliyə getmək istəyənlər əvvəlcə bunu oxusun

Küləkli hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciət edilib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, gün ərzində Bakıda və Abşeron yarımadasında küləkli hava şəraitinin müşahidə ediləcəyini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliy

12:28 132
.

Dostunun üzündə siqaret söndürdü, dəfələrlə həbs olundu - Qumara görə itirilən şöhrət

Bəzi futbolçular meydandakı oyunlarından çox, kənardakı davranışları ilə tarixə düşürlər. İngiltərə futbolunun ən mübahisəli simalarından biri hesab olunan Coi Barton da məhz belələrindəndır. O, istedadı ilə Premyer Liqada uzun illər oynasa da, karyerasını kölgədə qoyan saysız-hesabsız qalmaqalları il

05.08.2026 292
.

Messi görün harada yaxalandı

Lionel Messi paparassilərin görməməsi üçün çölə baxarkən kameraya düşüb. -ın xarici mediaya istinadən xəbərinə görə, argentinalı ulduz qapıdan baxarkən paparassilər tərəfindən məhz həmin anda yaxalanıb və bu, maraqlı görüntülərin yaranmasına səbəb olub. Dünya futbolunun ulduzlarından biri olan Lione

05.08.2026 353
.

Rəqəmlərin arxasında qalan reallıq: Azərbaycan təhsilinin əsas problemləri

"Hər tədris ilinin sonunda təhsil sahəsi ilə bağlı rəsmi hesabatlar təqdim edilir, müxtəlif statistik göstəricilər açıqlanır və əldə olunan nəticələr ön plana çəkilir. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan təhsilində illərdir mövcud olan problemlərin aradan qaldırılmadığı, əksinə, bir çox istiqamətd

14:41 0
.

Qulaqdakı bu əlamətlər ciddi xəstəlik xəbərçisi ola bilər

Əksər insanlar qulaqları yalnız eşitmə orqanı hesab etsələr də, əslində onlar orqanizmdə daha vacib funksiyalar yerinə yetirir. Daxili qulaqda yerləşən tarazlıq sistemi sayəsində insan ayaq üstə dayana, rahat yeriyə və ətraf mühitdə istiqamətini müəyyən edə bilir. Həkimlər bildirirlər ki, eşitmənin qəfi

05.08.2026 334
.

Siyasi ekspert: İranın ABŞ və İsraillə Ukraynaya qarşı eyni cəbhədə olması real görünmür

"İranın son bəyanatları göstərir ki, Yaxın Şərqdəki qarşıdurma artıq tədricən Avrasiya geosiyasi məkanına da sirayət edir. Ukraynanın İranın hərbi-logistika maraqlarına toxunan addımları və Qərblə hərbi-texnoloji əməkdaşlığı Tehranda ciddi narahatlıq doğurur. Buna görə də İranın sərt ritorikay

12:29 136
.

Bəxtiyar Aslanbəyli "Şöhrət" ordeni ilə təltif edildi

Bəxtiyar Əli oğlu Aslanbəyli "Şöhrət" ordeni ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Bəxtiyar Aslanbəyli Azərbaycan neft sənayesinin inkişafında xüsusi xidmətlərinə görə "Şöhrət" ordeninə layiq görülüb. Qey

13:55 69
.

16 yaşına çatmayan uşaqlar sosial şəbəkələrdə hesab yarada bilməyəcək

Şəxslərin platformada qeydiyyatına dair tələblər müəyyənləşib. -ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna əlavə edilən yeni maddələrdə əksini tapıb. Qanuna əsasən, 16 yaşı tama

05.08.2026 262
.

TOP MP3