Elçin Əmirbəyov: "Cənubi Qafqaz Avropa ilə Mərkəzi Asiya arasında əsas enerji dəhlizinə çevrilir"
"Cənubi Qafqazın cənubunda və şimalında geosiyasi qeyri-sabitlik - İran ətrafındakı vəziyyət, eləcə də Rusiya-Ukrayna müharibəsi - bir çox müşahidəçiləri və maraqlı tərəfləri tərəfdaşlıqların və enerji mənbələrinin diversifikasiyası barədə ciddi düşünməyə vadar etdi. Və təbii ki, buna görə Bakıda keçirilən Enerji Həftəsinin əhəmiyyəti artdı, çünki tədbir onilliklər ərzində özünü Avropa enerji təhlükəsizliyinə töhfə verən etibarlı tərəfdaş kimi sübut etmiş ölkədə keçirilir".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Bakıda "NE Global"a verdiyi müsahibədə bildirib.
"Bu gün Azərbaycan 16 ölkəyə təbii qaz tədarük edir ki, onlardan 10-u Avropa İttifaqının üzvüdür. Siyahıya son qoşulanlar Avstriya və Almaniya olub. "Gözləmə siyahısı"nda xeyli sayda ölkə var ki, onlar da enerji mənbələri portfelini Azərbaycan qazı hesabına şaxələndirməyə çalışırlar.
Enerji keçidi kontekstində nəyi müzakirə etməyimizdən asılı olmayaraq - bu, şübhəsiz ki, çox vacibdir - Prezident İlham Əliyevin vurğuladığı kimi çox praqmatik, realist olmalıyıq.
Xoşbəxtlikdən, ya da təəssüf ki, fosil yanacaq hələ bir müddət bizimlə qalacaq və ən azı təbii qaz illər boyu keçid yanacağı rolunu qoruyacaq. Məhz buna görə bizim üçün vacib məqam odur ki, alternativ enerji mənbəyi kimi bizə etibar etmək olar.
Amma söhbət yalnız fosil yanacaqdan getmir. Biz getdikcə daha çox yaşıl enerji barədə danışırıq.
Azərbaycan bərpa olunan enerji mənbələrinə və elektroenergetikaya fəal investisiya yatırır. Biz gözləyirik ki, 2035-ci ilə qədər milli enerji sistemimizdə bərpa olunan mənbələrin payı təxminən 42% təşkil edəcək - bu, çox mühüm göstəricidir.
Günəş və külək enerjisi sahəsində böyük potensialımız var. Daxili istehlak üçün istifadə etdiyimiz təbii qazın bir hissəsini əvəzləyərək, biz daha çox ölkəyə ixrac üçün əlavə həcmlər yaratmaq istəyirik. Azərbaycanın enerji təhlükəsizliyinin təminatında iştirakçı kimi rolu da məhz bundan ibarətdir", - deyə Əmirbəyov qeyd edib.
Prezidentin nümayəndəsi vurğulayıb ki, bu gün enerji təhlükəsizliyi infrastruktur əlaqəliliyi olmadan mənasızdır:
"Məhz buna görə energetika nəqliyyat əlaqəliliyi ilə birlikdə Cənubi Qafqazı getdikcə daha strateji bölgəyə çevirir. Avropaya baxsaq - o da yeni bazarlar və yeni enerji mənbələri axtarışındadır, zəngin resursları ilə tanınan Mərkəzi Asiyaya çıxış isə məhz Cənubi Qafqaz vasitəsilə təmin olunur".
O bildirib ki, Qazaxıstan və Özbəkistan Mərkəzi Asiyanın hərəkətverici qüvvələridir, lakin bu bölgəyə Avropadan çıxış Cənubi Qafqaz vasitəsilə keçir ki, bu da bölgənin və xüsusilə Azərbaycanın - həm istehsalçı ölkə, həm də tranzit dövləti kimi - geoiqtisadi və geosiyasi əhəmiyyətini izah edir.
Əmirbəyov deyib ki, Azərbaycanın neft-qaz şirkəti - SOCAR beynəlxalq arenada getdikcə daha fəal şəkildə təmsil olunur.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 519 Tarix: 06 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSahibkar-dövlət münasibətlərinin təməlində Heydər Əliyev siyasəti
"Azərbaycanın müstəqillik tarixində iqtisadi inkişafın, sahibkarlıq mühitinin formalaşmasının və özəl sektorun inkişafının mühüm mərhələlərindən biri Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ölkənin bazar iqtisadiyyatına keçidi, mülkiyyət münasibətlərində dəyişikliklərin aparılması və milli sahibkarla
01.10.2026 206 Bu qidalar sizi depressiyaya sala bilər
Gündəlik qidalanmamızda tez-tez yer alan bəzi hazır və çox işlənmiş məhsulların psixi sağlamlığa təsiri ilə bağlı yeni araşdırma aparılıb. Alimlər bu qidaların qəbulunu azaltmağın depressiya əlamətlərinə təsir göstərə biləcəyini müəyyən ediblər. BİG.AZ xəbər verir ki, Kaliforniya Universitetinin San-Fransisk
01.10.2026 312 ABŞ-nin mediaya "dövlətə xəyanət" ittihamı: "Müəmmalı məqamlar var"
ABŞ-nin müdafiə naziri Pit Heqset Amerika mediasını İranla müharibəni işıqlandırdığına görə dövlətə xəyanətdə ittiham edib. Heqset bu barədə Virciniya ştatının Kuantiko şəhərində yerləşən Dəniz Piyadaları Korpusunun bazasında çıxışı zamanı danışıb. "Azad mətbuat, əlbəttə, vacibdir. Lakin hərbçilər
01.10.2026 222 Röya, Natavan və Elnur bir arada - Foto
Uzun illər küsülü olmaları ilə gündəmə gələn Xalq artisti Röya Ayxan, müğənnilər Natavan Həbibi və Elnur Məmmədov bir araya gəliblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə müğənni Elnur Məmmədov sosial şəbəkə hesabında paylaşım edib. Fotolarda sənətçilərin səmimi görüntüləri və rəqs etdiy
01.10.2026 359 Tramp: İranla əvvəlki sazişin şərtləri artıq məqbul deyil
ABŞ Prezidenti Donald Tramp İranın atəşkəs təklifini rədd etdiyini bildirib, çünki mümkün sazişin şərtləri ilə bağlı mövqeyi dəyişib. "Report" xəbər verir ki, bu barədə o "Time" jurnalına müsahibəsində deyib. "Bir il əvvəl razılaşa biləcəyim şeyə bu gün artıq razılıq vermərəm"
01.10.2026 155 Beyin həyat boyu iki dəfə dəyişir - 24 və 60 yaşda
İnsan beyni həyat boyu eyni sürətlə dəyişmir. Genişmiqyaslı araşdırma göstərib ki, təxminən 24 yaşda beyində nisbətən sabit dövr başlayır, 60 yaşdan sonra isə hüceyrələr səviyyəsində yeni və geniş dəyişikliklər baş verir. xarici mediaya istinadən xəbər verir ki, alimlər insan beyninin həyat ərzində ik
01.10.2026 190 "Tanınmışlar məndən sonra süni presslər qoydurdular"
Aktrisa Pərvin Abıyeva bir müddət əvvəl səsləndirdiyi "Əzələ çıxarma ənənəsini Azərbaycana ilk gətirənlərdən biri mən oldum" sözlərini məsxərəyə qoyan məşqçilərə cavab verib. Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Sevilən səhər" proqramında danışıb:. "Ölkənin 90 faizini
01.10.2026 295 Azərbaycan "Avroviziya 2027"də iştirakını təsdiqlədi
Azərbaycan Bolqarıstanın Burqas şəhərində "Avroviziya 2027" musiqi yarışında iştirak edəcək. Teleqraf xəbər verir ki, bu barədə "Song festival Azerbaijan" səhifəsində məlumat verilib. Bildirilib ki, tezliklə təmsilçinin seçim prosesi ilə bağlı İctimai televiziya tərəfindən məluma
01.10.2026 151 "Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk"
Azərbaycan Prezidenti İlham Əliyev Çin Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr - Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə Sizi və Sizin simanızda dost Çin xalqını öz adımdan və Azərbaycan xalq
01.10.2026 183