İş müsahibələrində qıcıqlandırıcı suallar: Namizədlər hansı hallarda stresə düşürlər? - VİDEO
İş üçün müraciət edən şəxslər müsahibə zamanı bəzən "Sizi niyə işə götürməliyik?", "Azyaşlı övladlarınız varmı?", "Stres altında işləməyi bacarırsınızmı?" kimi gözlənilməz və bəzən şəxsi həyata toxunan suallarla qarşılaşırlar. Müsahiblər bildirirlər ki, bir çox hallarda iş görüşmələrində vakansiya ilə birbaşa əlaqəsi olmayan, qıcıqlandırıcı hesab edilən suallar namizədlərdə çaşqınlıq yaradır.
BiG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, işaxtaranlar xüsusilə "Nəyə görə məhz biz?" və ya "Beş il sonra özünüzü harada görürsünüz?" kimi sualların onları çaşdırdığını və bəzən narahat etdiyini qeyd edirlər.
Namizədlər hesab edirlər ki, işəgötürənlər ilk növbədə şəxsin potensialına və keyfiyyətlərinə baxıb, ona sınaq müddəti verməlidirlər.
İnsan Resursları üzrə mütəxəssis Röyal Əhmədovun sözlərinə görə, bəzi müsahibələrdə işəgötürənlərin namizədlərə ünvanladığı qəribə suallar şirkət haqqında mənfi təəssürat formalaşdırır:
"Namizədin şəxsi keyfiyyətlərinin şirkətə uyğunluğunu yoxlamaq üçün müəyyən suallar verilə bilər, lakin bunların üslubu və mahiyyəti çox önəmlidir. Evli olması, övladının olması, kirayədə yaşaması və ya gələcək şəxsi planları ilə bağlı suallar doğru ünvanlanmadıqda müsahibə prosesini poza bilər. Məsələn, birbaşa "stresə davamlısınızmı?" deyə soruşmaq əvəzinə, daha düzgün istiqamətləndirilmiş suallar seçilməlidir".
Mütəxəssis bildirir ki, inkişaf etmiş ölkələrdə namizədin inancı, cinsiyyəti, yaşı və ya ailə vəziyyəti ilə bağlı suallar verilməməsinə xüsusi diqqət yetirilir. Bu tip sualların qanunvericiliyin tələblərinə zidd olduğu və iş mühitinə zərər vurduğu vurğulanır.
Röyal Əhmədov qeyd edir ki, iş müsahibəsi təkcə namizədin yoxlanılması deyil, həm də şirkətin özünü təqdimetmə prosesidir:
"Aqressiv və qıcıqlandırıcı suallar namizəddə stres yaradır, özünəinamı azaldır və şirkətlə bağlı mənfi düşüncə formalaşdırır. Düzgün qurulan müsahibə hər iki tərəfin bir-birini daha yaxşı tanımasına imkan yaradır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 538 Tarix: 07 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşUşaqlar üçün yeni tərbiyə üsulu - kartof toplayıb, odun doğrayırlar
Valideynlər şübhəli bir "zövq" üçün böyük məbləğlər ödəməyə hazırdırlar. Uşaqlar kartof toplayıb, odun doğrayır və gördükləri əməyə görə pul almaq hüququna malik olmurlar. xarici KİV-ə istinadən xəbər verir ki, adi çimərlik istirahəti, turist səfərləri və əyləncə mərkəzləri əvəzinə Çində müasi
01.10.2026 198 Klopdan "millidə yetərincə alman yoxdur" iradına cavab
Yurgen Klopp Almaniya milli komandasının heyəti ilə bağlı sosial şəbəkələrdə yayılan irqçi ifadələrə və təhqirlərə sərt münasibət bildirib. "Yeni Sabah" xəbər verir ki, millinin kifayət qədər "alman olmadığı" və ya "ağ dərili futbolçulardan təşkil olunmadığı" barədə irəl
01.10.2026 147 "Fəxr edirəm ki, sənin kimi mərd kişinin oğluyam" - Foto
Xalq artisti Mənsum İbrahimovun doğum günüdür. Axşam.az xəbər verir ki, xanəndənin oğlu İbrahim atasının doğum günü münasibətilə paylaşım edib. İbrahim İbrahimov sosial media hesabında atası ilə arxiv və yeni fotolarını yayımlayaraq ona xoş arzularını çatdırıb:. "Deyirlər ki, oğul ailənin düşmə
01.10.2026 128 Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?- ARAŞDIRMA
Yaxud, Bakıda bir bankın, Tovuzda isə iki hakimin mülkiyyət sövdələşməsi: 14 miylonluq strateji zavodlar 447 min manata necə ələ keçirilir?. Keçirik mətləbə: şikayət ərizəsi və əlavə edilmiş çoxsaylı mötəbər sübutlar-sənədlər, məhkəmə qərarlarının araşdırılmasına, yaxud qarşı tərəfin mövqeyini öyrənməy
01.10.2026 266 Kollecdə 360 min manatlıq yeyinti: Sabiq direktorlar pulları necə talayıblar?
Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin korrupsiyada ittiham olunan keçmiş rəhbərlərinin məhkəməsi başlayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində iş üzrə ilk iclas keçirilib. Bu iş üzrə 4 nəfər - sabiq kollec direktorları Fəxrəddin Zeynalo
01.10.2026 219 Ulu Öndər Heydər Əliyev və gələcəyə açılan məktəb qapısı
"Təhsil haqqında danışanda əslində bir ölkənin gələcəyindən danışırıq. Çünki bu gün məktəbə gedən uşaq sabah cəmiyyətin müxtəlif sahələrində öz sözünü deyəcək. Ulu Öndər Heydər Əliyevin təhsilə münasibətinin əsasını da məhz bu düşüncə təşkil edirdi. O, məktəbi yalnız bilik verilən məkan kimi deyil
01.10.2026 212 Tarixi qələbələrin başlanğıc günü
"Hər bir tarixi nəticəni yaradan və formalaşdıran hadisə olur. İstənilən nəticəni zəruriləşdirən bir istinad nöqtəsi var. Bu baxımdan qürur duyduğumuz qüdrətli Azərbaycanın əsası xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də prezident seçilməs
01.10.2026 314 Zaqatalada zəlzələ oldu
Zaqalatada zəlzələ qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 14:51-də qeydə alınan zəlzələnin maqnitudası 4,1 olub. Yeraltı təkanın ocağı 5 kilometr dərinlikdə yerləşib. Qeyd olunub ki, zəlzələ his
01.10.2026 219 3 oktyabr 1993-cü il: Azərbaycan dövlətçiliyində dönüş nöqtəsi
"3 oktyabr 1993-cü il Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyan tarixlərdən biridir. Həmin gün Heydər Əliyev xalqın iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Lakin bu hadisəni yalnız prezident seçkisi kimi qiymətləndirmək düzgün olmaz. Söhbət Azərbaycanın dövlətçilik tarixini
01.10.2026 219