"İsrail Hizbullahın hərbi potensialını tamamilə sıradan çıxarmağa çalışır" - BƏHRUZ QULİYEV

"İsrail Hizbullahın hərbi potensialını tamamilə sıradan çıxarmağa çalışır" - BƏHRUZ QULİYEV"İran və İsrail arasında yenidən alovlanan hərbi qarşıdurma göstərir ki, aprelin ayında əldə edilmiş atəşkəs razılaşması uzunmüddətli siyasi həll deyil, sadəcə müvəqqəti fasilə xarakteri daşıyırdı. Son günlər İsrailin Livanda Hizbullah mövqelərinə, xüsusilə Beyrut ətrafına endirdiyi zərbələrdən sonra İranın İsrail istiqamətində ballistik raketlər buraxması və bunun ardınca İsrailin İran ərazisində hərbi və strateji hədəflərə zərbələr endirməsi regionu yenidən genişmiqyaslı müharibə təhlükəsi ilə üz-üzə qoyub. Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev BiG.AZ-a açıqlamasında bildirib.
"İsrail Hizbullahın hərbi potensialını tamamilə sıradan çıxarmağa çalışır" - BƏHRUZ QULİYEVEkspert qeyd edib ki, burada əsas məqam ondan ibarətdir ki, İsrail Hizbullahın hərbi potensialını tamamilə sıradan çıxarmağa çalışır. İran isə Hizbullahı Yaxın Şərqdə özünün ən mühüm təsir alətlərindən biri hesab edir. Bu səbəbdən İsrailin Livandakı əməliyyatları, faktiki olaraq, Tehran tərəfindən öz milli təhlükəsizliyinə və regional maraqlarına yönəlmiş addım kimi qəbul edilir.

Digər tərəfdən, ABŞ vasitəçiliyi ilə aparılan danışıqların istənilən nəticəni verməməsi və tərəflər arasında qarşılıqlı etimadın formalaşmaması da vəziyyəti daha da mürəkkəbləşdirib. Atəşkəs dövründə belə Livan istiqamətində hücumların tam dayanmadığı görünürdü və bu da yeni eskalasiyanın əsasını hazırlayırdı.

"Hesab edirəm ki, hazırkı mərhələdə hadisələr təkcə İran və İsrail arasında deyil, bütövlükdə Yaxın Şərqdə yeni geosiyasi düzənin formalaşdırılması uğrunda mübarizənin tərkib hissəsidir. Əgər tərəflər yaxın günlərdə yenidən diplomatik masaya qayıtmasalar, qarşıdurmanın Livan, Suriya, İraq və hətta Fars körfəzi regionuna daha geniş şəkildə yayılması ehtimalı kifayət qədər yüksəkdir.

Bu proseslərin fonunda dünya güclərinin əsas məqsədi regional müharibənin qlobal təhlükəsizlik böhranına çevrilməsinin qarşısını almaqdır. Çünki Yaxın Şərqdə hərbi eskalasiya təkcə siyasi deyil, həm də enerji təhlükəsizliyi və beynəlxalq iqtisadiyyat baxımından ciddi nəticələr vəd edir." - deyə, B.Quliyev əlavə edib.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 530   Tarix: 08 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kral ailəsində yeni körpə - Foto

Mərhum Kraliça II Elizabetin nəvəsi şahzadə Yevgeniya üçüncü dəfə ana olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə kral ailəsi rəsmi açıqlama yayıb. Məlumata görə, şahzadə və həyat yoldaşı Cek Bruksbank avqustun 3-də Lissabondakı xəstəxanada dünyaya gələn qız övladlarını qucağına alıb. Açıqlamad

05.08.2026 364
.

Pomidorun qabığı niyə qalın olur? - Bağbanlardan sadə həll yolları

Bağda yetişdirilən pomidorların qabığının qalın və sərt olması çox vaxt isti hava, su çatışmazlığı və ya sort xüsusiyyətləri ilə bağlı olur. -ın xarici mediaya istinadən xəbərinə görə, mütəxəssislər bildirirlər ki, düzgün qulluq etməklə bu problemin qarşısını almaq mümkündür. Ən əsas səbəblərdən bir

05.08.2026 283
.

Azərbaycan heç vaxt öz ərazisindən qonşu ölkəyə qarşı istifadə olunmasına icazə verməz - Hikmət Hacıyev

Geosiyasi baxımdan regionumuzda vəziyyət çox çətindir. Bakıdan 200 km cənubda İran, ABŞ və İsrail arasında müharibə gedir. 200 km şimalda isə Rusiya-Ukrayna müharibəsi davam edir. Türkiyənin "Milliyet" qəzeti xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikas

05.08.2026 249
.

Tehran: ABŞ İrana zərbə endirsə, regiondakı enerji obyektləri hədəfə çevrilə bilər

İran Fars körfəzi ölkələrini ABŞ-ın İslam Respublikasına qarşı həyata keçirə biləcəyi hər hansı yeni hücumun regionun mühüm enerji infrastrukturuna yönəlmiş cavab tədbirləri ilə nəticələnəcəyi barədə xəbərdar edib. xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Agentliyin mənbəsinə istinadə

10:44 134
.

Metro istifadəçilərinə şad xəbər - Sıxlıq azalacaq

"Qarşıdakı beş il ərzində paytaxtın ictimai nəqliyyat sektorunda, eyni zamanda şəhərin dayanıqlı mobilliyi istiqamətində əsaslı dönüş nöqtəsi yaranacaq". "Qafqazinfo" xəbər verir ki, "Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasınd

05.08.2026 276
.

İnsanların əvvəllər məlum olmayan əcdadları olub - Təkamülün yeni sirləri

Müasir insanlar neandertallar və denisovalılarla yanaşı, əvvəllər məlum olmayan iki sirli "kölgə nəsli" ilə də qarışıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "Sci.News" nəşri Kaliforniya Universitetinin Berkli kampusunun rəhbərliyi ilə aparılan yeni araşdırmaya istinadən məluma

05.08.2026 338
.

Yaşa görə sosial şəbəkə tələbləri ilə bağlı CƏRİMƏLƏR

Sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşib. xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında"

05.08.2026 236
.

Mariya Zaxarovadan Hirosima merinə sərt ittiham

ABŞ-ın Hirosimaya atom bombası atmasının ildönümündə Rusiyanı tənqid edən Hirosima meri Kazumi Matsui Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın sərt reaksiyası ilə üzləşib. xəbər verir ki, Zaxarova bu barədə Telegram kanalında paylaşım edib. Rusiya XİN sözçüsü bildirib ki, Qərbin formalaşdırdığ

12:05 119
.

Bu marşrutun hərəkət sxemi dəyişdirildi

Paytaxtın Təbriz küçəsində, metronun "Nəriman Nərimanov" stansiyasının ətrafında aparılan təmir işləri ilə əlaqədar 24 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib. BİG.AZ xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, təmir işlər

05.08.2026 272
.

TOP MP3