"Namus" adı altında qadınlara qarşı təzyiq: boşanmış və dul qadınlar niyə hədəfə çevrilir? - PSİXOLOQDAN AÇIQLAMA
Azərbaycanda hələ də bəzi ailələrdə və bölgələrdə dul qalmış və ya boşanmış qadının yenidən başqa bir kişi ilə münasibət qurmasına qarşı sərt və aqressiv münasibət mövcuddur. Cəmiyyətin müəyyən hissəsində qadının şəxsi həyatı "namus", "qeyrət" və "ailə şərəfi" kimi anlayışlarla ölçülür, nəticədə isə onun azad seçim hüququ ciddi şəkildə məhdudlaşdırılır. Belə qadınlar bəzən "əxlaqsız" damğası ilə təhqir olunur, psixoloji və fiziki zorakılığa məruz qalır, hətta yaxın qohumları tərəfindən ölüm təhlükəsi ilə üz-üzə qalırlar.
Son illər Azərbaycanda məişət zorakılığı və qadın qətlləri ilə bağlı statistikanın artması bu problemin cəmiyyət üçün ciddi təhlükəyə çevrildiyini göstərir. Rəsmi məlumatlara görə, məişət zorakılığı zəminində yüzlərlə qadın zərərçəkənə çevrilib, onlarla qadın isə həyatını itirib.
Mövzu ilə bağlı psixoloq Samirə Bağırova BiG.AZ-a açıqlamasında bildirdi ki, bu məsələ nə dini, nə də qanuni baxışdan keçərli deyil. Onun sözlərinə görə, bu mövzu daha çox cəmiyyətin tarixən formalaşdırdığı normalarla əlaqəlidir: "Sual qoyaq; bəs o zaman eyni münasibət nə üçün dul qalmış kişilərə göstərilmir? Niyə dul qadın şəxsi həyatına xətt çəkməli, dul kişi üçün bu standartlar yoxdur? Elə bu kimi problemli məsələlərə görə gender bərabərliyi meydana gəldi. Əslində kollektiv düşüncə tərzi insanların həyatını idarə edə bilir, problem budur. Problem o zaman yaranır ki, kollektivin gözləntiləri bir şəxsin əsas ehtiyaclarını sıxışdırmağa başlayır. Ələlxüsus müsəlman cəmiyyətlərində qadının müstəqilliyinə qarşı gizli narahatlıqlar olur. Psixologiyada məlumdur ki, bəzi insanlar ənənəvi güc münasibətlərini qorumağa çalışırlar. Dul qadının öz həyatı ilə bağlı sərbəst qərar verməsi, müəyyən şəxslərdə narahatlıq yarada bilir.
Bəziləri hesab edir ki, insan həyat yoldaşını itiribsə, ömrünün sonuna qədər kədər içində qalmalıdır. Bu o deməkdir ki, yas anlayışı beyinlərdə düzgün proqramlaşdırılmayıb. Keçmişdə hətta əsərlərdə də rastladığımız, Leyli və Məcnun, Romeo və Juletta kimi qəhrəmanlardan biri ölürsə digəri də sevgi qurbanı olaraq ölməlidir. Zamanla intihar davranışı fiziki ölümlə əvəz olunmasa da daim yasda olmaq və yaxud qara geyimdə olmaq ətraf üçün -yaşayarkən ölmək mesajını ətrafa ötürmək idi. Yəni, insanlar özləri üçün deyil, şəxsi həyatını cəmiyyətə uyğun formada qururdu. Amma müasir dünyada şüur inkişafı genişləndikcə, insanlar anlamağa başlayır ki, sevdiyini itirmiş insanın sonradan yenidən sevməsi və ya ailə qurması əvvəlki sevgini inkar etmir.
Psixoloji nöqteyi-nəzərdən baxdıqda, həyat yoldaşını itirmiş qadının da, kişinin də yenidən evlənmək, yeni həyat qurmaq və xoşbəxt olmaq istəyi tamamilə normal və sağlam bir ehtiyacdır. İnsanların buna qarşı çıxması daha çox sosial stereotiplərin və mədəni inancların təsiri ilə izah olunur. Bəsit desəm bu cür yanaşma inkişafdan qalmış düşüncə tərzinin məhsuludur".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 738 Tarix: 08 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşUşaqlar üçün yeni tərbiyə üsulu - kartof toplayıb, odun doğrayırlar
Valideynlər şübhəli bir "zövq" üçün böyük məbləğlər ödəməyə hazırdırlar. Uşaqlar kartof toplayıb, odun doğrayır və gördükləri əməyə görə pul almaq hüququna malik olmurlar. xarici KİV-ə istinadən xəbər verir ki, adi çimərlik istirahəti, turist səfərləri və əyləncə mərkəzləri əvəzinə Çində müasi
01.10.2026 198 Klopdan "millidə yetərincə alman yoxdur" iradına cavab
Yurgen Klopp Almaniya milli komandasının heyəti ilə bağlı sosial şəbəkələrdə yayılan irqçi ifadələrə və təhqirlərə sərt münasibət bildirib. "Yeni Sabah" xəbər verir ki, millinin kifayət qədər "alman olmadığı" və ya "ağ dərili futbolçulardan təşkil olunmadığı" barədə irəl
01.10.2026 147 "Fəxr edirəm ki, sənin kimi mərd kişinin oğluyam" - Foto
Xalq artisti Mənsum İbrahimovun doğum günüdür. Axşam.az xəbər verir ki, xanəndənin oğlu İbrahim atasının doğum günü münasibətilə paylaşım edib. İbrahim İbrahimov sosial media hesabında atası ilə arxiv və yeni fotolarını yayımlayaraq ona xoş arzularını çatdırıb:. "Deyirlər ki, oğul ailənin düşmə
01.10.2026 128 Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?- ARAŞDIRMA
Yaxud, Bakıda bir bankın, Tovuzda isə iki hakimin mülkiyyət sövdələşməsi: 14 miylonluq strateji zavodlar 447 min manata necə ələ keçirilir?. Keçirik mətləbə: şikayət ərizəsi və əlavə edilmiş çoxsaylı mötəbər sübutlar-sənədlər, məhkəmə qərarlarının araşdırılmasına, yaxud qarşı tərəfin mövqeyini öyrənməy
01.10.2026 266 Kollecdə 360 min manatlıq yeyinti: Sabiq direktorlar pulları necə talayıblar?
Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin korrupsiyada ittiham olunan keçmiş rəhbərlərinin məhkəməsi başlayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində iş üzrə ilk iclas keçirilib. Bu iş üzrə 4 nəfər - sabiq kollec direktorları Fəxrəddin Zeynalo
01.10.2026 219 Ulu Öndər Heydər Əliyev və gələcəyə açılan məktəb qapısı
"Təhsil haqqında danışanda əslində bir ölkənin gələcəyindən danışırıq. Çünki bu gün məktəbə gedən uşaq sabah cəmiyyətin müxtəlif sahələrində öz sözünü deyəcək. Ulu Öndər Heydər Əliyevin təhsilə münasibətinin əsasını da məhz bu düşüncə təşkil edirdi. O, məktəbi yalnız bilik verilən məkan kimi deyil
01.10.2026 212 Tarixi qələbələrin başlanğıc günü
"Hər bir tarixi nəticəni yaradan və formalaşdıran hadisə olur. İstənilən nəticəni zəruriləşdirən bir istinad nöqtəsi var. Bu baxımdan qürur duyduğumuz qüdrətli Azərbaycanın əsası xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də prezident seçilməs
01.10.2026 314 Zaqatalada zəlzələ oldu
Zaqalatada zəlzələ qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 14:51-də qeydə alınan zəlzələnin maqnitudası 4,1 olub. Yeraltı təkanın ocağı 5 kilometr dərinlikdə yerləşib. Qeyd olunub ki, zəlzələ his
01.10.2026 219 3 oktyabr 1993-cü il: Azərbaycan dövlətçiliyində dönüş nöqtəsi
"3 oktyabr 1993-cü il Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyan tarixlərdən biridir. Həmin gün Heydər Əliyev xalqın iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Lakin bu hadisəni yalnız prezident seçkisi kimi qiymətləndirmək düzgün olmaz. Söhbət Azərbaycanın dövlətçilik tarixini
01.10.2026 219