İxtisas seçimi: Gələcəyi müəyyən edən ən vacib qərar - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

İxtisas seçimi: Gələcəyi müəyyən edən ən vacib qərar - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAUniversitetə ixtisas seçimi gəncin gələcək həyatına birbaşa təsir edən ən mühüm mərhələlərdən biridir. Bu dövrdə abituriyentlər çox vaxt öz arzuları ilə valideynlərinin gözləntiləri və müəllimlərin tövsiyələri arasında seçim etməkdə çətinlik çəkirlər. Ailələr adətən daha sabit və perspektivli hesab etdikləri peşələrə üstünlük verilməsini istəyir, müəllimlər isə şagirdin akademik göstəricilərinə əsaslanaraq müəyyən istiqamətlərə yönləndirirlər.

Bu səbəbdən ixtisas seçimi çox zaman fərqli fikirlərin toqquşduğu bir qərar mərhələsinə çevrilir və abituriyent üçün həm psixoloji, həm də sosial baxımdan ciddi məsuliyyət yaradır.
İxtisas seçimi: Gələcəyi müəyyən edən ən vacib qərar - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı təhsil eksperti Şəmsi Qoca BiG.AZ-a açıqlamasında bildirdi ki, ixtisas seçimində son söz və mütləq üstünlük abituriyentin öz seçiminə verilməlidir. Çünki insan ömrünün böyük hissəsini peşəsinə həsr edir; sevilmədən, sadəcə diplom xatirinə seçilən sahə gələcəkdə həm fərdin bədbəxtliyinə, həm də cəmiyyətdə keyfiyyətsiz mütəxəssislərin çoxalmasına səbəb olur. Onun sözlərinə görə, müasir dövrdə güclü insan kapitalının formalaşması məhz daxili maraq və sevgidən başlayır: "Bu prosesdə valideyn və müəllimin rolu təzyiq göstərmək, öz reallaşmamış arzularını diktə etmək deyil, yalnız mayak olmaqdır. Müəllim şagirdin akademik potensialını düzgün qiymətləndirən bir kompas, valideyn isə əmək bazarının şərtlərini izah edən təcrübəli bir arxa, dayaq olmalıdır. İdeal seçim - abituriyentin istəyi ilə böyüklərin ağlabatan məsləhətinin kəsişdiyi nöqtədir.

Lakin valideyn təzyiqi gəncliyin enerjisini və yaradıcılıq ruhunu vaxtından əvvəl söndürən ən böyük amildir. Biz gənclərimizə səhv etmək qorxusu yox, öz həyatlarının məsuliyyətini daşımaq cəsarəti aşılamalıyıq. Ömür də, gələcək də onların olduğu üçün son qərar haqqı da mütləq gənclərin özünə buraxılmalıdır".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 563   Tarix: 10 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kollecdə 360 min manatlıq yeyinti: Sabiq direktorlar pulları necə talayıblar?

Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin korrupsiyada ittiham olunan keçmiş rəhbərlərinin məhkəməsi başlayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində iş üzrə ilk iclas keçirilib. Bu iş üzrə 4 nəfər - sabiq kollec direktorları Fəxrəddin Zeynalo

01.10.2026 219
.

"Tanınmışlar məndən sonra süni presslər qoydurdular"

Aktrisa Pərvin Abıyeva bir müddət əvvəl səsləndirdiyi "Əzələ çıxarma ənənəsini Azərbaycana ilk gətirənlərdən biri mən oldum" sözlərini məsxərəyə qoyan məşqçilərə cavab verib. Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Sevilən səhər" proqramında danışıb:. "Ölkənin 90 faizini

01.10.2026 295
.

Aİ şirkətləri Rusiya ilə biznes əlaqələrini bərpa etməkdə maraqlıdır

Avropa şirkətləri Rusiya ilə biznes əlaqələrini bərpa etməyə maraq göstərirlər. BİG.AZ xəbər verir ki, bu barədə Rusiyanın Avropa İttifaqındakı ticarət nümayəndəliyi "İzvestiya" qəzetinə açıqlamasında bildirib. Nümayəndəlik qeyd edib ki, sanksiya təzyiqlərinə və Avropa İttifaqının açıq şəkild

01.10.2026 271
.

Bu şadlıq sarayında istehlaka yararsız ətlər aşkarlandı - Fotolar

"Qızıl Saray" şadlıq sarayında plandankənar yoxlama aparılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. AQTA-nın əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, B. Çobanzadə küçəsi, ev 338A ünvanında fəaliyyət göstərə

01.10.2026 221
.

"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib

Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə

01.10.2026 198
.

Dünyanın ən dəqiq saatı yaradıldı

Sinqapur Milli Universitetinin Kvant Texnologiyaları Mərkəzinin alimləri lütetium elementindən istifadə etməklə dünyanın ən dəqiq atom saatlarından birini hazırlayıblar. "Qafqazinfo" xəbər verir ki, "Nature" jurnalında dərc olunan araşdırmaya görə, saatın keçid tezliyi 19 onluq yer

01.10.2026 144
.

Hava nəqliyyatı ilə qlobal yük daşımaları 4 %-dən çox artıb

Bu ilin avqustunda hava nəqliyyatı ilə sərnişin daşımalarına qlobal tələbat illik ifadədə 0,8 % azalıb, yük daşımaları seqmenti isə 4,4 % artım nümayiş etdirib. "Report" Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına (IATA) istinadən xəbər verir ki, sərnişin oturacaqlarının doluluq göstəricis

01.10.2026 159
.

Beyin həyat boyu iki dəfə dəyişir - 24 və 60 yaşda

İnsan beyni həyat boyu eyni sürətlə dəyişmir. Genişmiqyaslı araşdırma göstərib ki, təxminən 24 yaşda beyində nisbətən sabit dövr başlayır, 60 yaşdan sonra isə hüceyrələr səviyyəsində yeni və geniş dəyişikliklər baş verir. xarici mediaya istinadən xəbər verir ki, alimlər insan beyninin həyat ərzində ik

01.10.2026 190
.

Siyavuş Novruzovun əsgərlik təklifinə etiraz etdi: "Düzgün saymıram"

"Azərbaycan öz ərazi bütövlüyünü təmin etdiyindən ordu quruculuğu sahəsində işlərinin aparılması, onun taktiki və strateji hərəkətləri, yeni qoşun növlərinin yaradılması, bunların təminatı, təchizatı yeni baxışlar tələb edir". Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri, parlamentd

01.10.2026 672
.