"Son zəng"də bunlar qadağandır (RƏSMİ)
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq təlimatına əsasən, bütün dövlət ümumi təhsil müəssisələrində ənənəvi "Son zəng" tədbiri iyun ayının 13-də keçiriləcək.
BiG.AZ xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Bildirilib ki, Son zəng" tədbirinin keçirilməsi qaydalarını tənzimləyən təlimatlar məktəblərə göndərilib, təlimatdan irəli gələn məsələlərlə bağlı şagird, müəllim və valideynlərlə müvafiq söhbətlər aparılıb.
"Təlimata əsasən tədbir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan müəssisələrdə isə idman və ya akt zalında təşkil olunmalıdır. "Son zəng" tədbiri səhər saat 8:00, 9:00 və ya 10:00-da başlamalı və ən geci 2 saat ərzində bitməlidir. Şagirdlər tədbirdə məktəbli formasında olmalıdır. Məzunların xarici görünüşü təhsil müəssisəsinin intizam qaydalarına uyğun və səliqəli olumalıdır.
Bayağı musiqilərin səsləndirilməsinə yol verilməməlidir. Tədbir üçün milli-mənəvi dəyərlərə uyğun hazırlanmış, rəsmi və bədii hissədən ibarət ssenari olmalıdır. Tədbirin açılışı Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamalı, daha sonra şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilməlidir. Tədbirdə təşkilat və idarələrin nümayəndələri üçün xüsusi hazırlıq işləri aparılmamalı, masada yalnız içməli su olmalıdır. Həmin şəxslərə hədiyyə və gül dəstələrinin təqdim olunması qadağandır, tədbirin bədii hissəsi yalnız məktəbin daxili imkanları əsasında təşkil olunmalıdır", - məlumatda vurğulanıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 902 Tarix: 10 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKollecdə 360 min manatlıq yeyinti: Sabiq direktorlar pulları necə talayıblar?
Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin korrupsiyada ittiham olunan keçmiş rəhbərlərinin məhkəməsi başlayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində iş üzrə ilk iclas keçirilib. Bu iş üzrə 4 nəfər - sabiq kollec direktorları Fəxrəddin Zeynalo
01.10.2026 219 "Tanınmışlar məndən sonra süni presslər qoydurdular"
Aktrisa Pərvin Abıyeva bir müddət əvvəl səsləndirdiyi "Əzələ çıxarma ənənəsini Azərbaycana ilk gətirənlərdən biri mən oldum" sözlərini məsxərəyə qoyan məşqçilərə cavab verib. Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Sevilən səhər" proqramında danışıb:. "Ölkənin 90 faizini
01.10.2026 295 Aİ şirkətləri Rusiya ilə biznes əlaqələrini bərpa etməkdə maraqlıdır
Avropa şirkətləri Rusiya ilə biznes əlaqələrini bərpa etməyə maraq göstərirlər. BİG.AZ xəbər verir ki, bu barədə Rusiyanın Avropa İttifaqındakı ticarət nümayəndəliyi "İzvestiya" qəzetinə açıqlamasında bildirib. Nümayəndəlik qeyd edib ki, sanksiya təzyiqlərinə və Avropa İttifaqının açıq şəkild
01.10.2026 271 Bu şadlıq sarayında istehlaka yararsız ətlər aşkarlandı - Fotolar
"Qızıl Saray" şadlıq sarayında plandankənar yoxlama aparılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. AQTA-nın əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, B. Çobanzadə küçəsi, ev 338A ünvanında fəaliyyət göstərə
01.10.2026 221 "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib
Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə
01.10.2026 198 Dünyanın ən dəqiq saatı yaradıldı
Sinqapur Milli Universitetinin Kvant Texnologiyaları Mərkəzinin alimləri lütetium elementindən istifadə etməklə dünyanın ən dəqiq atom saatlarından birini hazırlayıblar. "Qafqazinfo" xəbər verir ki, "Nature" jurnalında dərc olunan araşdırmaya görə, saatın keçid tezliyi 19 onluq yer
01.10.2026 144 Hava nəqliyyatı ilə qlobal yük daşımaları 4 %-dən çox artıb
Bu ilin avqustunda hava nəqliyyatı ilə sərnişin daşımalarına qlobal tələbat illik ifadədə 0,8 % azalıb, yük daşımaları seqmenti isə 4,4 % artım nümayiş etdirib. "Report" Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına (IATA) istinadən xəbər verir ki, sərnişin oturacaqlarının doluluq göstəricis
01.10.2026 159 Beyin həyat boyu iki dəfə dəyişir - 24 və 60 yaşda
İnsan beyni həyat boyu eyni sürətlə dəyişmir. Genişmiqyaslı araşdırma göstərib ki, təxminən 24 yaşda beyində nisbətən sabit dövr başlayır, 60 yaşdan sonra isə hüceyrələr səviyyəsində yeni və geniş dəyişikliklər baş verir. xarici mediaya istinadən xəbər verir ki, alimlər insan beyninin həyat ərzində ik
01.10.2026 190 Siyavuş Novruzovun əsgərlik təklifinə etiraz etdi: "Düzgün saymıram"
"Azərbaycan öz ərazi bütövlüyünü təmin etdiyindən ordu quruculuğu sahəsində işlərinin aparılması, onun taktiki və strateji hərəkətləri, yeni qoşun növlərinin yaradılması, bunların təminatı, təchizatı yeni baxışlar tələb edir". Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri, parlamentd
01.10.2026 672