Brüsseldən Tbilisiyə ultimatum: "Rusiyaya qarşı sanksiya tətbiq edin!"

Brüsseldən Tbilisiyə ultimatum: "Rusiyaya qarşı sanksiya tətbiq edin!"Avropa İttifaqı (Aİ) rəsmi Tbilisinin qarşısında Gürcüstan vətəndaşları üçün tətbiq edilən vizasız gediş-gəliş rejiminin qorunub saxlanılması müqabilində Rusiya Federasiyasına qarşı rəsmi sanksiyalar tətbiq etmək şərtini qoyub.

Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili kəskin bəyanatla çıxış edib.

Parlament spikeri Brüsselin bu tələbini Gürcüstanın milli maraqlarına və iqtisadiyyatına birbaşa qəsd, yəni "intihar" adlandırıb:

"Onlar (Aİ) bizə deyirlər ki, əgər vizasız rejim istəyirsinizsə, Rusiyaya qarşı sanksiyalar tətbiq etməlisiniz. Yəni bizdən intihar etməyimizi tələb edirlər. Əgər biz özümüzü məhv etsək və ölkəni dağıtsaq, Avropa İttifaqına vizasız kim gedəcək? Qoy bunu bizə izah etsinlər. Onlar Rusiyaya sanksiya qoymaqla öz ölkəmizi yerlə-yeksan etməyimizi və Aİ-nin viza siyasətinə yaxınlaşmağımızı istəyirlər. Brüsselin vizanı siyasi silaha çevirmək cəhdlərinə rəğmən, biz ölkəmizi dağıtmayacağıq".

Qeyd edək ki, iyunun 11-də Brüsseldə Avropa İttifaqı və Gürcüstan rəsmiləri arasında vizasız rejim məsələlərinə dair mühüm danışıqlar keçiriləcək. Bu görüş, Tbilisi ilə Brüssel arasında münasibətlərin kəskin şəkildə pisləşməsindən sonra son bir neçə ildə baş tutacaq ilk rəsmi təmas olacaq. Gürcüstan hökuməti qərbyönümlü inteqrasiyanı dəstəkləsə də, Rusiya ilə birbaşa iqtisadi və siyasi qarşıdurmaya sürüklənməkdən qətiyyətlə imtina edir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 651   Tarix: 10 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kollecdə 360 min manatlıq yeyinti: Sabiq direktorlar pulları necə talayıblar?

Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin korrupsiyada ittiham olunan keçmiş rəhbərlərinin məhkəməsi başlayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində iş üzrə ilk iclas keçirilib. Bu iş üzrə 4 nəfər - sabiq kollec direktorları Fəxrəddin Zeynalo

01.10.2026 219
.

"Tanınmışlar məndən sonra süni presslər qoydurdular"

Aktrisa Pərvin Abıyeva bir müddət əvvəl səsləndirdiyi "Əzələ çıxarma ənənəsini Azərbaycana ilk gətirənlərdən biri mən oldum" sözlərini məsxərəyə qoyan məşqçilərə cavab verib. Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Sevilən səhər" proqramında danışıb:. "Ölkənin 90 faizini

01.10.2026 295
.

Aİ şirkətləri Rusiya ilə biznes əlaqələrini bərpa etməkdə maraqlıdır

Avropa şirkətləri Rusiya ilə biznes əlaqələrini bərpa etməyə maraq göstərirlər. BİG.AZ xəbər verir ki, bu barədə Rusiyanın Avropa İttifaqındakı ticarət nümayəndəliyi "İzvestiya" qəzetinə açıqlamasında bildirib. Nümayəndəlik qeyd edib ki, sanksiya təzyiqlərinə və Avropa İttifaqının açıq şəkild

01.10.2026 271
.

Bu şadlıq sarayında istehlaka yararsız ətlər aşkarlandı - Fotolar

"Qızıl Saray" şadlıq sarayında plandankənar yoxlama aparılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. AQTA-nın əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, B. Çobanzadə küçəsi, ev 338A ünvanında fəaliyyət göstərə

01.10.2026 221
.

"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib

Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə

01.10.2026 198
.

Dünyanın ən dəqiq saatı yaradıldı

Sinqapur Milli Universitetinin Kvant Texnologiyaları Mərkəzinin alimləri lütetium elementindən istifadə etməklə dünyanın ən dəqiq atom saatlarından birini hazırlayıblar. "Qafqazinfo" xəbər verir ki, "Nature" jurnalında dərc olunan araşdırmaya görə, saatın keçid tezliyi 19 onluq yer

01.10.2026 144
.

Hava nəqliyyatı ilə qlobal yük daşımaları 4 %-dən çox artıb

Bu ilin avqustunda hava nəqliyyatı ilə sərnişin daşımalarına qlobal tələbat illik ifadədə 0,8 % azalıb, yük daşımaları seqmenti isə 4,4 % artım nümayiş etdirib. "Report" Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına (IATA) istinadən xəbər verir ki, sərnişin oturacaqlarının doluluq göstəricis

01.10.2026 159
.

Beyin həyat boyu iki dəfə dəyişir - 24 və 60 yaşda

İnsan beyni həyat boyu eyni sürətlə dəyişmir. Genişmiqyaslı araşdırma göstərib ki, təxminən 24 yaşda beyində nisbətən sabit dövr başlayır, 60 yaşdan sonra isə hüceyrələr səviyyəsində yeni və geniş dəyişikliklər baş verir. xarici mediaya istinadən xəbər verir ki, alimlər insan beyninin həyat ərzində ik

01.10.2026 190
.

Siyavuş Novruzovun əsgərlik təklifinə etiraz etdi: "Düzgün saymıram"

"Azərbaycan öz ərazi bütövlüyünü təmin etdiyindən ordu quruculuğu sahəsində işlərinin aparılması, onun taktiki və strateji hərəkətləri, yeni qoşun növlərinin yaradılması, bunların təminatı, təchizatı yeni baxışlar tələb edir". Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri, parlamentd

01.10.2026 672
.