Gürcüstanın Aİ-yə üzvlük yolu daha da çətinləşir

Gürcüstanın Aİ-yə üzvlük yolu daha da çətinləşirGürcüstan Parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, Avropa İttifaqı ilə vizasız gediş-gəliş rejiminin davam etdirilməsi Tbilisinin bir sıra tələbləri yerinə yetirməsi ilə əlaqələndirilir. Onun sözlərinə görə, həmin tələblər arasında Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulması da yer alır.

"Bizə deyirlər ki, vizasız gediş-gəlişin davam etməsini istəyiriksə, Rusiyaya qarşı sanksiyalar tətbiq etməliyik. Bu isə ölkə üçün intihar demək olardı. Özümüzü məhv etsək, kim vizasız şəkildə Avropa İttifaqına gedəcək?" - deyə Papuaşvili qeyd edib.

Parlament sədrinin sözlərinə görə, Brüssel həmçinin Gürcüstanın viza siyasətinin Avropa İttifaqının siyasəti ilə uyğunlaşdırılmasını tələb edir.

Qeyd edək ki, Gürcüstanla vizasız rejimin məhdudlaşdırılması mexanizmi artıq hazırlanıb. 30 dekabr 2025-ci ildən qüvvəyə minən yeni qaydalara əsasən, Avropa İttifaqı ilk mərhələdə diplomatik və xidməti pasport sahibləri üçün viza güzəştlərini məhdudlaşdıra, müəyyən şərtlər daxilində isə bu tədbirləri digər vətəndaşlara da şamil edə bilər.

Son illərdə Tbilisi ilə Brüssel arasında münasibətlərdə gərginlik artıb. Avropa Komissiyasının ötən ilin noyabrında yayımladığı hesabatda Gürcüstanın Avropa İttifaqının tövsiyələrindən ciddi şəkildə uzaqlaşdığı qeyd olunub. Sənəddə hakimiyyətin vətəndaş cəmiyyətinin fəaliyyətini və əsas hüquqları məhdudlaşdıran addımlar atdığı, müstəqil media üzərində təzyiqlərin artdığı, hüquq-mühafizə orqanlarının həddindən artıq güc tətbiq etdiyi və Avropa İttifaqına qarşı sərt ritorikadan istifadə olunduğu vurğulanıb.

Onu da qeyd edək ki, hesabatın dərcindən sonra Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaja Kallas bildirib ki, mövcud siyasət davam edərsə, Gürcüstanın Avropa İttifaqına üzvlük istiqamətində real irəliləyiş əldə etməsi mümkün görünmür və ölkə yalnız formal namizəd statusunu qoruyub saxlayacaq.

Buna baxmayaraq, Gürcüstan Prezidenti Mixeil Kavelaşvili DW-yə müsahibəsində ölkəsinin 2030-cu ilədək Avropa İttifaqına üzvlük üçün hazır ola biləcəyinə inandığını bildirib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 544   Tarix: 10 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hind bəylə, azərbaycanlı qızın Qubada 7 gündür davam edən toyu

Qubada hindistanlı bəylə azərbaycanlı gəlinin təmtəraqlı toyu keçirilib. Axşam.az xəbər verir ki, hindistanlı Saad adlı bəy azərbaycanlı Ağgül adlı xanımla ailə həyatı qurub. Cütlüyün Qubada keçirilən toy mərasimi 7 gün davam edib. Tədbirin kulminasiya nöqtəsi isə ötən gün baş tutan nikah mərasimi olub

21.07.2026 421
.

Polşadan əcnəbilərin deportasiyası üzrə REKORD - Daha çox bu ölkələrdən...

2026-cı ilin əvvəlindən bəri Polşa hakimiyyəti immiqrasiya siyasətini kəskin şəkildə sərtləşdirib. Bizim.Media xəbər verir ki, bu barədə "Rzeczpospolita" qəzeti ölkənin Sərhəd Mühafizəsinə istinadən məlumat yayıb. Bildirilib ki, yanvar-iyun ayları arasında ölkədən 5600 əcnəbi çıxarılıb. Nəşri

21.07.2026 242
.

5 gün vaxt qoyulub - Poliklinikalarda vəziyyət belədir

Valideynlər Bakının Nizami rayonunda yerləşən 17 və 19 saylı uşaq poliklinikalarında sənəd qəbulu zamanı yaranan sıxlıqdan narazıdırlar. "Qafqazinfo"ya müraciət edən şəxslər bildirirlər ki, bağçalara qeydiyyata düşən uşaqlar üçün tələb olunan sənədlərin təqdim edilməsi məqsədilə cəmi 5 günlü

21.07.2026 439
.

Bu ölkədə artıq seçkilər keçirilməyəcək

Nikaraqua Prezidenti Daniel Orteqa ölkədə artıq seçkilərin keçirilməyəcəyini bəyan edib. Bu barədə "Reuters" məlumat yayıb. Orteqa 1979-1990-cı illərdə prezident vəzifəsində olub. O, 2007-ci ildə yenidən bu posta seçilib və həmin vaxtdan bəri hakimiyyətdə qalır. Dövlət başçısının sözlərin

21.07.2026 246
.

"Avropada müğənnilər məni təkrarlayırlar"

"Evim elə muzeydir. Hərdən qarderobumu görə bilmirəm. Bir geyimi tapmaq üçün bütün qutuları, qarderobu boşaltmalı oluram. Evim aksessuarlarla da doludur". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Qonaqcanlı" proqramında deyib. Müğənni evindəki geyim və əşyalarını

21.07.2026 233
.

Əliyevlə Merts mətbuata bəyanatlarla çıxış etdilər

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Federal Kansleri Fridrix Merts Berlində mətbuata bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

21.07.2026 208
.

İordaniya gecə ərzində İranın beş pilotsuz təyyarəsini vurub

İordaniya hərbi mənbəyi çərşənbə axşamı səhər bildirib ki, İordaniya gecə ərzində İranın beş pilotsuz təyyarəsini vurub. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, xəsarət alan və ya dağıntı qeydə alınmayıb. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

21.07.2026 192
.

"Özümə yaxşı söz yazıb, başqa səhifədə məni söyür"

Aparıcı Zaur Baxşəliyev ünvanına yazılan fərqli rəylərə münasibət bildirib. Axşam.az xəbər verir ki, aparıcı sosial şəbəkədə ona həm xoş, həm də tənqidi sözlər yazan izləyicilərdən danışıb. Zaur bildirib ki, insanların münasibəti bəzən qısa zamanda dəyişir:. "Yazırsınız ki, sizi çox sevirəm. Sevginizl

21.07.2026 268
.

Qızıl və gümüş bahalaşıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin iyun fyuçerslərinin dəyəri 0,86% artaraq 4050.4 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşü

21.07.2026 236
.

TOP MP3