Çin Cənubi Qafqazda təsirini artırır - Bölgədə nə dəyişir? - POLİTOLOQDAN AÇIQLAMA

Çin Cənubi Qafqazda təsirini artırır - Bölgədə nə dəyişir? - POLİTOLOQDAN AÇIQLAMAÇin son illərdə Cənubi Qafqaza münasibətdə əvvəlki dövrlərlə müqayisədə daha fəal siyasət yürütməyə başlayıb. Vaxtilə Pekin üçün ikinci dərəcəli hesab olunan region artıq Avropa ilə Asiyanı birləşdirən strateji nəqliyyat dəhlizləri, enerji marşrutları və ticarət yolları baxımından xüsusi əhəmiyyət qazanır. Xüsusilə Ukrayna müharibəsi, Yaxın Şərqdə artan gərginlik və Rusiyanın bölgədə əvvəlki təsir imkanlarının zəifləməsi fonunda Çin diqqətini Azərbaycan, Gürcüstan və Ermənistana daha çox yönəldib. Pekinin əsas hədəflərindən biri "Orta Dəhliz" üzərindən Avropaya çıxışı gücləndirməkdir.

Bu marşrut Çin məhsullarının Rusiyadan yan keçərək Xəzər dənizi və Cənubi Qafqaz vasitəsilə Avropa bazarına çatdırılmasına imkan yaradır. Son dövrlərdə regionda limanlar, dəmir yolu xətləri, logistika mərkəzləri və enerji layihələrinə marağın artması da bunun göstəricisi hesab olunur. Çin artıq Cənubi Qafqazı yalnız tranzit bölgəsi kimi deyil, həm də geosiyasi baxımdan strateji əhəmiyyət daşıyan bir məkan kimi görməyə başlayıb.

Mövzu ilə bağlı politoloq Rəsul Tağıyev BiG.AZ-a açıqlamasında bildirdi ki, Çinin Cənubi Qafqaza marağının artması təsadüfi deyil və bu proses qlobal geosiyasi dəyişikliklərlə birbaşa bağlıdır. Onun sözlərinə görə, Pekin anlayır ki, dünyada formalaşan yeni siyasi və iqtisadi düzəndə alternativ nəqliyyat marşrutları həyati əhəmiyyət daşıyacaq: "Ukrayna müharibəsindən sonra Rusiyadan keçən ənənəvi marşrutların riskli hesab olunması Çini Orta Dəhlizə daha ciddi diqqət ayırmağa vadar edib. Bu baxımdan Azərbaycan regionun əsas açar ölkələrindən biri kimi ön plana çıxır. Çünki həm coğrafi mövqeyi, həm enerji resursları, həm də logistika imkanları Pekin üçün strateji əhəmiyyət daşıyır. Çin yalnız iqtisadi maraqlarla kifayətlənmir.

Pekin artıq Cənubi Qafqazda siyasi və diplomatik təsir imkanlarını da genişləndirməyə çalışır. Çin üçün bu region gələcəkdə həm Avropaya çıxış qapısı, həm də Qərblə rəqabətdə vacib geosiyasi platformaya çevrilə bilər. Buna görə də yaxın illərdə Çinin Azərbaycan və ümumilikdə region ölkələri ilə əməkdaşlığının daha da dərinləşəcəyi gözlənilir".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 554   Tarix: 12 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dünyanın ən dəqiq saatı yaradıldı

Sinqapur Milli Universitetinin Kvant Texnologiyaları Mərkəzinin alimləri lütetium elementindən istifadə etməklə dünyanın ən dəqiq atom saatlarından birini hazırlayıblar. "Qafqazinfo" xəbər verir ki, "Nature" jurnalında dərc olunan araşdırmaya görə, saatın keçid tezliyi 19 onluq yer

22:15 1
.

Kollecdə 360 min manatlıq yeyinti: Sabiq direktorlar pulları necə talayıblar?

Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin korrupsiyada ittiham olunan keçmiş rəhbərlərinin məhkəməsi başlayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində iş üzrə ilk iclas keçirilib. Bu iş üzrə 4 nəfər - sabiq kollec direktorları Fəxrəddin Zeynalo

16:13 193
.

Pul yığıram, bəs sonra? - İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Aylıq gəlirinizdən müəyyən məbləği kənara qoyursunuz. Bir müddət sonra yığımınız formalaşır. Pulunuzu xərcləmək istəmirsiniz, amma onu sadəcə saxlamaq da sizə kifayət etmir. Bu zaman sizi sadə bir sual düşündürür: "Bəs pulumu necə dəyərləndirim. İnvestisiya haqqında düşünəndə isə suallar artır

20:00 120
.

ABŞ-nin mediaya "dövlətə xəyanət" ittihamı: "Müəmmalı məqamlar var"

ABŞ-nin müdafiə naziri Pit Heqset Amerika mediasını İranla müharibəni işıqlandırdığına görə dövlətə xəyanətdə ittiham edib. Heqset bu barədə Virciniya ştatının Kuantiko şəhərində yerləşən Dəniz Piyadaları Korpusunun bazasında çıxışı zamanı danışıb. "Azad mətbuat, əlbəttə, vacibdir. Lakin hərbçilər

14:59 202
.

Türkiyədə mədəndə uçqun: Dağıntılar altında qalanlar var

Türkiyənin Manisa bölgəsinin Soma rayonunda yerləşən mədənlərdən birində uçqun baş verib. xəbər verir ki, bu barədə "Demirören" agentliyi məlumat yayıb. İlkin məlumatlara əsasən, uçqun altında qaldığı ehtimal edilən yeddi işçidən ikisi xilas edilib. Beş nəfərin dağıntılar altında qaldığı bildirilir

21:30 44
.

Ölkənin inkişaf tarixində yeni səhifə

"Ümummilli Lider Heydər Əliyevin 3 oktyabr 1993-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkənin inkişaf tarixində yeni səhifə açıldı. Əminliklə demək olar ki, 3 oktyabr 1993-cü il tarixində keçirilmiş prezident seçkiləri müstəqil Azərbaycan dövləti üçün qurtuluşa apara

11:55 323
.

Aİ şirkətləri Rusiya ilə biznes əlaqələrini bərpa etməkdə maraqlıdır

Avropa şirkətləri Rusiya ilə biznes əlaqələrini bərpa etməyə maraq göstərirlər. BİG.AZ xəbər verir ki, bu barədə Rusiyanın Avropa İttifaqındakı ticarət nümayəndəliyi "İzvestiya" qəzetinə açıqlamasında bildirib. Nümayəndəlik qeyd edib ki, sanksiya təzyiqlərinə və Avropa İttifaqının açıq şəkild

12:30 251
.

200 ilin ilk qadın edamı son anda LƏĞV OLUNDU

ABŞ-ın Tennessi ştatında federal apellyasiya məhkəməsi 50 yaşlı Krista Geyl Paykın edamını son anda dayandırıb. xarici KİV-ə istinadla bildirir ki, ABŞ-ın Altıncı Dairə Apellyasiya Məhkəməsi edamın dayandırılması barədə qərarı iki səsə qarşı bir səslə qəbul edib. Tennessi prokurorluğu dərhal ABŞ Al

19:30 147
.

Klopdan "millidə yetərincə alman yoxdur" iradına cavab

Yurgen Klopp Almaniya milli komandasının heyəti ilə bağlı sosial şəbəkələrdə yayılan irqçi ifadələrə və təhqirlərə sərt münasibət bildirib. "Yeni Sabah" xəbər verir ki, millinin kifayət qədər "alman olmadığı" və ya "ağ dərili futbolçulardan təşkil olunmadığı" barədə irəl

21:00 84
.