Ermənistanın qaz böhranı Azərbaycanla yeni enerji əməkdaşlığı ehtimalını artırır - POLİTOLOQDAN AÇIQLAMA

Ermənistanın qaz böhranı Azərbaycanla yeni enerji əməkdaşlığı ehtimalını artırır - POLİTOLOQDAN AÇIQLAMAErmənistanın Rusiya tərəfindən qaz qiymətlərinin artırılması ehtimalı ilə bağlı açıqlaması regionda enerji təchizatı və alternativ mənbələr mövzusunu yenidən gündəmə gətirib. İrəvanın bu halda qaz idxalını diversifikasiya edərək Azərbaycan, Qazaxıstan və Türkmənistan kimi ölkələrə yönələ biləcəyi barədə müzakirələr artır. Xüsusilə Azərbaycan ilə mümkün qaz əməkdaşlığı ehtimalı diqqət mərkəzindədir. Regionda enerji əlaqələrinin genişlənməsi fonunda Bakı-İrəvan xəttində potensial qaz tədarükü məsələsi həm iqtisadi maraqlar, həm də siyasi münasibətlərin yumşalması baxımından yeni bir mərhələ kimi qiymətləndirilir. Lakin əsas suallardan biri Azərbaycanın mövcud qaz hasilatını artıraraq əlavə ixrac həcmini təmin edib-etməyəcəyi ilə bağlıdır.

Əgər bu istiqamətdə real əməkdaşlıq formalaşarsa, bu, Azərbaycan üçün əlavə gəlir imkanları yaradacaq, eyni zamanda regionda enerji asılılığının daha balanslı şəkildə qurulmasına və Ermənistanın alternativ təchizat mənbələri vasitəsilə daha sabit enerji siyasətinə keçidinə şərait yarada bilər. Bu proses Cənubi Qafqazda iqtisadi yaxınlaşma və yeni əməkdaşlıq modellərinin formalaşması ehtimalını da gücləndirir.
Ermənistanın qaz böhranı Azərbaycanla yeni enerji əməkdaşlığı ehtimalını artırır - POLİTOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı politoloq Aytən Qurbanova BiG.AZ-a açıqlamasında bildirdi ki, Rusiya-Ermənistan münasibətləri artıq uzun müddətdirki gərginlik mərhələsindədir. Onun sözlərinə görə, xüsusi ilə Ermənistanda keçirilən parlament seçkilərindən öncəsi Rusiya rəsmiləri tərəfindən Ermənistana qarşı səsləndirilən fikirlər və eyni zamanda Paşinyana yüksək səslə münasibətdə müəyyən təhdidlərin ifadə olunması onu deməyə əsas verir ki, bundan sonraki mərhələdə münasibətlər heçdə asan bir dövrə daxil olmayıb: "Həttda onuda nəzərə alsaq ki, Rusiya artıq kənd təssərrüfatı məhsullarının idxalı üzərinə blok qoyub və Ermənistanla ticari əlaqələrin bu istiqamətdə səsləndirilən təhdidlər müəyyən mənada icra olunmağa başlayıb. Növbəti mərhələdə qazın qiymətinin qaldırılması və güzəştli qiymətlərlə Ermənistana Rusiya qazının satışının dayandırılması istiqamətində olan təhdidlərin reallaşdırılmasıda gözləniləndir. Məhz bu nöqteyi nəzərdən yanaşdıqda Ermənistan rəsmilərinin artıq Rusiya qazının qiymətini qaldıracağı halda alternativ imkanların dəyərləndirilməsi ilə bağlı fikirlərin səsləndirilməsidə əslində təccüb yaratmır.

Düşünürəm ki, Qazaxıstan, Türkmənistan və Azərbaycanın adının xüsusi ilə qeyd olunması onu deməyə əsas verir ki, regional münasibətlərdə artıq yeni bir mərhələnin başlanğıcındayıq və Azərbaycan-Ermənistan münasibətlərində müəyyən mənada simvolik rəqəmləri ifadə etsədə artıq ticari əlaqələr başlayıb və Azərbaycan qazı Ermənistana çatdırılıb. Bundan sonrakı mərhələdə potensialın dahada artırılması və mümkün əlaqələrin inkişaf etdirilməsidə heç bir halda istisna edilmir. Təbiiki sülh müqaviləsinin imzalanmasından sonrakı mərhələdə biz istər enerji təminatı sahəsində, istərsədə digər ticari əlaqələrdə Ermənistan-Azərbaycan münasibətlərində mövcud olan imkanların və potensialın dahada genişləndiriləcəyini müşahidə edə bilərik. Həm ona qədərki mərhələdə də etimad quruculuğu çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərində müəyyən addımların atıldığını biz müşahidə edirik.

İndiki məqamda da düşünürəm ki, alternativ imkanlar baxımından Azərbaycan qazının Ermənistana çatdırılması bütövlükdə Ermənistanın təlabatını tam təmin etməsə belə müəyyən ölçüdə artırıla bilər və bu ehtimal ümumiyyətlə istisna edilmir. Təbiiki bu iki dövlət arasında aparılacaq danışıqların və əldə olunacaq razılıqların nəticəsi olaraq ifadə oluna bilər".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 670   Tarix: 12 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dünyanın ən dəqiq saatı yaradıldı

Sinqapur Milli Universitetinin Kvant Texnologiyaları Mərkəzinin alimləri lütetium elementindən istifadə etməklə dünyanın ən dəqiq atom saatlarından birini hazırlayıblar. "Qafqazinfo" xəbər verir ki, "Nature" jurnalında dərc olunan araşdırmaya görə, saatın keçid tezliyi 19 onluq yer

22:15 1
.

Kollecdə 360 min manatlıq yeyinti: Sabiq direktorlar pulları necə talayıblar?

Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin korrupsiyada ittiham olunan keçmiş rəhbərlərinin məhkəməsi başlayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində iş üzrə ilk iclas keçirilib. Bu iş üzrə 4 nəfər - sabiq kollec direktorları Fəxrəddin Zeynalo

16:13 193
.

Pul yığıram, bəs sonra? - İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Aylıq gəlirinizdən müəyyən məbləği kənara qoyursunuz. Bir müddət sonra yığımınız formalaşır. Pulunuzu xərcləmək istəmirsiniz, amma onu sadəcə saxlamaq da sizə kifayət etmir. Bu zaman sizi sadə bir sual düşündürür: "Bəs pulumu necə dəyərləndirim. İnvestisiya haqqında düşünəndə isə suallar artır

20:00 120
.

ABŞ-nin mediaya "dövlətə xəyanət" ittihamı: "Müəmmalı məqamlar var"

ABŞ-nin müdafiə naziri Pit Heqset Amerika mediasını İranla müharibəni işıqlandırdığına görə dövlətə xəyanətdə ittiham edib. Heqset bu barədə Virciniya ştatının Kuantiko şəhərində yerləşən Dəniz Piyadaları Korpusunun bazasında çıxışı zamanı danışıb. "Azad mətbuat, əlbəttə, vacibdir. Lakin hərbçilər

14:59 202
.

Türkiyədə mədəndə uçqun: Dağıntılar altında qalanlar var

Türkiyənin Manisa bölgəsinin Soma rayonunda yerləşən mədənlərdən birində uçqun baş verib. xəbər verir ki, bu barədə "Demirören" agentliyi məlumat yayıb. İlkin məlumatlara əsasən, uçqun altında qaldığı ehtimal edilən yeddi işçidən ikisi xilas edilib. Beş nəfərin dağıntılar altında qaldığı bildirilir

21:30 44
.

Ölkənin inkişaf tarixində yeni səhifə

"Ümummilli Lider Heydər Əliyevin 3 oktyabr 1993-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkənin inkişaf tarixində yeni səhifə açıldı. Əminliklə demək olar ki, 3 oktyabr 1993-cü il tarixində keçirilmiş prezident seçkiləri müstəqil Azərbaycan dövləti üçün qurtuluşa apara

11:55 323
.

Aİ şirkətləri Rusiya ilə biznes əlaqələrini bərpa etməkdə maraqlıdır

Avropa şirkətləri Rusiya ilə biznes əlaqələrini bərpa etməyə maraq göstərirlər. BİG.AZ xəbər verir ki, bu barədə Rusiyanın Avropa İttifaqındakı ticarət nümayəndəliyi "İzvestiya" qəzetinə açıqlamasında bildirib. Nümayəndəlik qeyd edib ki, sanksiya təzyiqlərinə və Avropa İttifaqının açıq şəkild

12:30 251
.

200 ilin ilk qadın edamı son anda LƏĞV OLUNDU

ABŞ-ın Tennessi ştatında federal apellyasiya məhkəməsi 50 yaşlı Krista Geyl Paykın edamını son anda dayandırıb. xarici KİV-ə istinadla bildirir ki, ABŞ-ın Altıncı Dairə Apellyasiya Məhkəməsi edamın dayandırılması barədə qərarı iki səsə qarşı bir səslə qəbul edib. Tennessi prokurorluğu dərhal ABŞ Al

19:30 147
.

Klopdan "millidə yetərincə alman yoxdur" iradına cavab

Yurgen Klopp Almaniya milli komandasının heyəti ilə bağlı sosial şəbəkələrdə yayılan irqçi ifadələrə və təhqirlərə sərt münasibət bildirib. "Yeni Sabah" xəbər verir ki, millinin kifayət qədər "alman olmadığı" və ya "ağ dərili futbolçulardan təşkil olunmadığı" barədə irəl

21:00 84
.