Sənaye inqilabı və yaşıl iqtisadiyyat müstəvisində peşə təhsilinin intibahı

Sənaye inqilabı və yaşıl iqtisadiyyat müstəvisində peşə təhsilinin intibahı"XXI əsr öz sürətli yenilikləri, sarsıdıcı dalğaları və amansız rəqabəti ilə bəşər tarixinin ən miqyaslı çevriliş dövrlərindən biri kimi formalaşmaqdadır. Bu əsrə qədəm qoyan hər birimiz yeni texnologiyaların sürətli inkişafına, qlobal rəqəmsallaşma prosesinə və insan zəkasının təzahürü olan mühüm tibbi və elmi kəşflərə şahidlik edirik".

Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoca bildirib.

O, qeyd edib ki, bu inkişaf xətti paralel olaraq ciddi ekoloji problemlər və dərin sosial-psixoloji çağırışlarla müşayiət olunur. Məhz bu səbəbdən gələcəyin peşə xəritəsinin əsasən aşağıdakı istiqamətləri əhatə edəcəyi ehtimal edilir:

"Gen mühəndisliyi və biotexnologiya
Robototexnika və süni intellekt
Klinik və rəqəmsal psixologiya
Ekologiya və yaşıl energetika
Kosmik sənaye və mühəndislik

Bu qlobal çağırışlar fonunda Azərbaycan gənclərinin rəqəmsal dizayn, İT, aşpazlıq və texniki peşələr üzrə dünya gəncləri ilə eyni rəqabət mühitində çıxış etməsinə imkan verən WorldSkills International mühüm rol oynayır. Bu platforma yerli peşə standartlarının beynəlxalq səviyyəyə inteqrasiyası üçün vacib bir vasitəyə çevrilib.

Çünki bu gün dünyanın ən sürətlə inkişaf edən sahəsi texnologiyadır. Proqramçılar, veb və mobil tətbiq tərtibatçıları, süni intellekt mühəndisləri, kibertəhlükəsizlik mütəxəssisləri və data analitikləri əmək bazarında ən çox tələb olunan peşələr sırasındadır. Bu sahələr həm yerli, həm də beynəlxalq miqyasda yüksək maaş və geniş karyera imkanları yaradır.

Belə bir reallıqda peşə dəyişimi və ixtisasartırma prosesi qaçılmaz xarakter alır. İnsanlar yalnız əmək bacarıqlarını deyil, həm də düşüncə tərzlərini yeni texnoloji reallığa uyğunlaşdırmaq məcburiyyətində qalırlar. Süni intellekt və robotların əmək bazarına təsiri insanı həm rəqabətə, həm də davamlı öyrənməyə sövq edir.
Sənaye inqilabı və yaşıl iqtisadiyyat müstəvisində peşə təhsilinin intibahıBu mərhələdə insanın rəqabət üstünlüyü yalnız texniki biliklərlə məhdudlaşmır. Kompüterlərin və robotların malik olmadığı əsas üstünlüklər - yaradıcı təfəkkür, emosional zəka, etik məsuliyyət və sosial duyarlılıq - daha da ön plana çıxır. Müasir peşə təhsili yalnız texniki bacarıq deyil, eyni zamanda peşə etikası, milli-mənəvi dəyərlər və məsuliyyət hissi formalaşdırmalıdır.

Peşə təhsili artıq sadəcə ixtisas qazandıran sistem deyil, ölkənin sosial-iqtisadi inkişafının əsas sütunlarından biridir. Azərbaycanda bu sahənin inkişafı prioritet istiqamət kimi müəyyən olunub, son illərdə həm Bakı, həm də regionlarda yeni peşə təhsil müəssisələri yaradılır.

Peşə təhsilinin effektivliyi onun əmək bazarı ilə birbaşa inteqrasiyası ilə ölçülür. Hazırda ixtisas proqramları təkcə akademik mühitdə deyil, işəgötürənlərin və sənaye nümayəndələrinin iştirakı ilə birgə hazırlanır. Bu isə təhsil və biznes arasında güclü əməkdaşlıq modeli formalaşdırır.

Eyni zamanda regionlarda peşə təhsilinin inkişafı klaster yanaşması əsasında qurulur:

Şimal və Qərb zonaları - turizm, otelçilik və xidmət sahələri
Aqrar regionlar - smart kənd təsərrüfatı və aqrotexnologiyalar
Sənaye bölgələri - avtomatika, mexanika və maşınqayırma

Bu model gənclərin öz regionlarında məşğulluğunu artırmaqla yanaşı, daxili miqrasiyanı da azaldır.

İKT, avtomobil diaqnostikası, qaynaqçılıq, avtomatika və qrafik dizayn kimi ixtisaslar artıq əmək bazarında sabit tələbat olan sahələrdir. Eyni zamanda subbakalavr səviyyəsində peşə təhsilinə marağın artması "ömürboyu öyrənmə" konsepsiyasının geniş yayıldığını göstərir.

Son illərin trendlərinə əsasən peşə maraqları aşağıdakı kimi formalaşır:

Ümumi trend: veb-dizayn, kibertəhlükəsizlik, proqramlaşdırma
Qadınların üstünlük verdiyi sahələr: moda dizaynı, laboratoriya ixtisasları, qənnadçılıq, kargüzarlıq və tədbir menecmenti

Dövlətin strateji hədəflərinə uyğun olaraq yaşıl iqtisadiyyat və texnoloji inkişaf sahələrinə yönəlmiş yeni ixtisasların siyahısı genişləndirilir. Hazırda 25 yeni ixtisasın mövcud 175 peşə siyahısına əlavə edilməsi istiqamətində işlər yekunlaşma mərhələsindədir.

Azərbaycanın neftdən asılılığının azaldılması və qeyri-neft sektorunun gücləndirilməsi məhz bu peşəkar insan kapitalının inkişafı ilə birbaşa bağlıdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 591   Tarix: 12 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dünyanın ən dəqiq saatı yaradıldı

Sinqapur Milli Universitetinin Kvant Texnologiyaları Mərkəzinin alimləri lütetium elementindən istifadə etməklə dünyanın ən dəqiq atom saatlarından birini hazırlayıblar. "Qafqazinfo" xəbər verir ki, "Nature" jurnalında dərc olunan araşdırmaya görə, saatın keçid tezliyi 19 onluq yer

22:15 1
.

Kollecdə 360 min manatlıq yeyinti: Sabiq direktorlar pulları necə talayıblar?

Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin korrupsiyada ittiham olunan keçmiş rəhbərlərinin məhkəməsi başlayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində iş üzrə ilk iclas keçirilib. Bu iş üzrə 4 nəfər - sabiq kollec direktorları Fəxrəddin Zeynalo

16:13 193
.

Pul yığıram, bəs sonra? - İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Aylıq gəlirinizdən müəyyən məbləği kənara qoyursunuz. Bir müddət sonra yığımınız formalaşır. Pulunuzu xərcləmək istəmirsiniz, amma onu sadəcə saxlamaq da sizə kifayət etmir. Bu zaman sizi sadə bir sual düşündürür: "Bəs pulumu necə dəyərləndirim. İnvestisiya haqqında düşünəndə isə suallar artır

20:00 120
.

ABŞ-nin mediaya "dövlətə xəyanət" ittihamı: "Müəmmalı məqamlar var"

ABŞ-nin müdafiə naziri Pit Heqset Amerika mediasını İranla müharibəni işıqlandırdığına görə dövlətə xəyanətdə ittiham edib. Heqset bu barədə Virciniya ştatının Kuantiko şəhərində yerləşən Dəniz Piyadaları Korpusunun bazasında çıxışı zamanı danışıb. "Azad mətbuat, əlbəttə, vacibdir. Lakin hərbçilər

14:59 202
.

Türkiyədə mədəndə uçqun: Dağıntılar altında qalanlar var

Türkiyənin Manisa bölgəsinin Soma rayonunda yerləşən mədənlərdən birində uçqun baş verib. xəbər verir ki, bu barədə "Demirören" agentliyi məlumat yayıb. İlkin məlumatlara əsasən, uçqun altında qaldığı ehtimal edilən yeddi işçidən ikisi xilas edilib. Beş nəfərin dağıntılar altında qaldığı bildirilir

21:30 44
.

Ölkənin inkişaf tarixində yeni səhifə

"Ümummilli Lider Heydər Əliyevin 3 oktyabr 1993-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkənin inkişaf tarixində yeni səhifə açıldı. Əminliklə demək olar ki, 3 oktyabr 1993-cü il tarixində keçirilmiş prezident seçkiləri müstəqil Azərbaycan dövləti üçün qurtuluşa apara

11:55 323
.

Aİ şirkətləri Rusiya ilə biznes əlaqələrini bərpa etməkdə maraqlıdır

Avropa şirkətləri Rusiya ilə biznes əlaqələrini bərpa etməyə maraq göstərirlər. BİG.AZ xəbər verir ki, bu barədə Rusiyanın Avropa İttifaqındakı ticarət nümayəndəliyi "İzvestiya" qəzetinə açıqlamasında bildirib. Nümayəndəlik qeyd edib ki, sanksiya təzyiqlərinə və Avropa İttifaqının açıq şəkild

12:30 251
.

200 ilin ilk qadın edamı son anda LƏĞV OLUNDU

ABŞ-ın Tennessi ştatında federal apellyasiya məhkəməsi 50 yaşlı Krista Geyl Paykın edamını son anda dayandırıb. xarici KİV-ə istinadla bildirir ki, ABŞ-ın Altıncı Dairə Apellyasiya Məhkəməsi edamın dayandırılması barədə qərarı iki səsə qarşı bir səslə qəbul edib. Tennessi prokurorluğu dərhal ABŞ Al

19:30 147
.

Klopdan "millidə yetərincə alman yoxdur" iradına cavab

Yurgen Klopp Almaniya milli komandasının heyəti ilə bağlı sosial şəbəkələrdə yayılan irqçi ifadələrə və təhqirlərə sərt münasibət bildirib. "Yeni Sabah" xəbər verir ki, millinin kifayət qədər "alman olmadığı" və ya "ağ dərili futbolçulardan təşkil olunmadığı" barədə irəl

21:00 84
.