Yayın ən sevilən qidası təhlükə yarada bilər: Dondurma alarkən bunlara diqqət edin

Yayın ən sevilən qidası təhlükə yarada bilər: Dondurma alarkən bunlara diqqət edin"Yay mövsümünün başlaması ilə dondurmaya tələbat əhəmiyyətli dərəcədə artıb. Satışda olan dondurmaların ötən ildən qalıb-qalmadığını və ya sağlamlıq üçün risk yaradıb-yaratmadığını müəyyən etmək üçün istehlakçılar məhsulun fiziki görünüşünə, etiket məlumatlarına və saxlanma şəraitinə diqqət yetirməlidirlər".

Bunu BiG.AZ-a açıqlamasında qida eksperti Asim Vəliyev bildirib.

O, qeyd edib ki, dondurmanın formasının pozulması, üzərində buz kristallarının yaranması, qablaşdırmanın deformasiyaya uğraması və ya məhsulun qeyri-təbii görünüş alması onun düzgün saxlanılmadığını göstərən əsas əlamətlərdəndir. Unutmaq olmaz ki, dondurma süd əsaslı mürəkkəb emulsiya məhsulu olduğundan mikrobioloji və kimyəvi risklərə qarşı olduqca həssasdır:

"Ötən ildən qalan və ya saxlanma qaydalarına əməl olunmadan satışa çıxarılan dondurmalar sağlamlıq üçün ciddi təhlükə yarada bilər. İstehsal, daşınma və satış mərhələlərində temperatur rejimi pozulduqda dondurulmuş mühitdə belə yaşaya bilən listeria monocytogenes, salmonella və E.coli kimi patogen mikroorqanizmlərin çoxalma riski artır. Bu isə qida zəhərlənmələrinə və digər sağlamlıq problemlərinə səbəb ola bilər.

Dondurma əridikdən sonra yenidən dondurulduqda məhsulun teksturası və bircinsliliyi pozulur. Süd komponentləri və su ayrılır, nəticədə iri və sərt buz kristalları əmələ gəlir. Bu hal həm məhsulun keyfiyyətini aşağı salır, həm də soyuq zəncirin pozulduğunu göstərir. Uzun müddət saxlanılan dondurmalarda süd yağlarının oksidləşməsi baş verir ki, bu zaman dad və qoxu dəyişir, həmçinin insan sağlamlığı üçün arzuolunmaz olan peroksidlər və sərbəst radikallar yarana bilər.

Dondurma alarkən qablaşdırmanın üzərində yazılan "dietik", "fit", "şəkərsiz", "uşaqlar üçün" və ya "təbii" kimi ifadələrə kor-koranə inanmaq olmaz. Məhsulun real tərkibini öyrənmək üçün etiketin arxa hissəsindəki məlumatlar diqqətlə oxunmalıdır. Bəzi hallarda "şəkərsiz" adı altında satılan məhsulların tərkibində yüksək qlisemik indeksə malik fruktoza siropu, maltodekstrin və ya qarğıdalı siropu istifadə oluna bilər.

Keyfiyyətli dondurma əsasən süd yağından hazırlanmalıdır. Əgər məhsulun tərkibində hidrogenləşdirilmiş bitki yağları göstərilibsə, bu, trans yağ riskini artırmaqla yanaşı, məhsulun qida dəyərini də aşağı salır. Süni dadlandırıcılar və həddindən artıq kimyəvi rəngləndiricilərdən istifadə edilən məhsullardan uzaq durmaq tövsiyə olunur.

İstehlakçılar qablaşdırması əzilmiş, sıxılmış və ya formasını itirmiş dondurmaları almamalıdırlar. Paketin üzərində qırov təbəqəsinin olması və ya içəridə iri buz dənəciklərinin hiss edilməsi məhsulun əridilərək yenidən dondurulduğuna işarədir. Həmçinin istehsal və son istifadə tarixlərinin yoxlanılması vacib şərtlərdən biridir.

Dondurma xüsusilə həssas əhali qrupları üçün əlavə risklər daşıya bilər. Laktoza dözümsüzlüyü olan şəxslər, süd zülallarına qarşı həssaslığı olan insanlar, eləcə də allergik şəxslər məhsulun tərkibini diqqətlə oxumalıdırlar. Çərəzli, qozlu, fındıqlı və ya qlüten tərkibli dondurmalar bəzi insanlarda ciddi allergik reaksiyalara, hətta anafilaktik şoka səbəb ola bilər. Buna görə də qablaşdırma üzərindəki allergen xəbərdarlıqlarına xüsusi diqqət yetirilməlidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 700   Tarix: 12 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dünyanın ən dəqiq saatı yaradıldı

Sinqapur Milli Universitetinin Kvant Texnologiyaları Mərkəzinin alimləri lütetium elementindən istifadə etməklə dünyanın ən dəqiq atom saatlarından birini hazırlayıblar. "Qafqazinfo" xəbər verir ki, "Nature" jurnalında dərc olunan araşdırmaya görə, saatın keçid tezliyi 19 onluq yer

22:15 1
.

Kollecdə 360 min manatlıq yeyinti: Sabiq direktorlar pulları necə talayıblar?

Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin korrupsiyada ittiham olunan keçmiş rəhbərlərinin məhkəməsi başlayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində iş üzrə ilk iclas keçirilib. Bu iş üzrə 4 nəfər - sabiq kollec direktorları Fəxrəddin Zeynalo

16:13 193
.

Pul yığıram, bəs sonra? - İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Aylıq gəlirinizdən müəyyən məbləği kənara qoyursunuz. Bir müddət sonra yığımınız formalaşır. Pulunuzu xərcləmək istəmirsiniz, amma onu sadəcə saxlamaq da sizə kifayət etmir. Bu zaman sizi sadə bir sual düşündürür: "Bəs pulumu necə dəyərləndirim. İnvestisiya haqqında düşünəndə isə suallar artır

20:00 120
.

ABŞ-nin mediaya "dövlətə xəyanət" ittihamı: "Müəmmalı məqamlar var"

ABŞ-nin müdafiə naziri Pit Heqset Amerika mediasını İranla müharibəni işıqlandırdığına görə dövlətə xəyanətdə ittiham edib. Heqset bu barədə Virciniya ştatının Kuantiko şəhərində yerləşən Dəniz Piyadaları Korpusunun bazasında çıxışı zamanı danışıb. "Azad mətbuat, əlbəttə, vacibdir. Lakin hərbçilər

14:59 202
.

Türkiyədə mədəndə uçqun: Dağıntılar altında qalanlar var

Türkiyənin Manisa bölgəsinin Soma rayonunda yerləşən mədənlərdən birində uçqun baş verib. xəbər verir ki, bu barədə "Demirören" agentliyi məlumat yayıb. İlkin məlumatlara əsasən, uçqun altında qaldığı ehtimal edilən yeddi işçidən ikisi xilas edilib. Beş nəfərin dağıntılar altında qaldığı bildirilir

21:30 44
.

Ölkənin inkişaf tarixində yeni səhifə

"Ümummilli Lider Heydər Əliyevin 3 oktyabr 1993-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkənin inkişaf tarixində yeni səhifə açıldı. Əminliklə demək olar ki, 3 oktyabr 1993-cü il tarixində keçirilmiş prezident seçkiləri müstəqil Azərbaycan dövləti üçün qurtuluşa apara

11:55 323
.

Aİ şirkətləri Rusiya ilə biznes əlaqələrini bərpa etməkdə maraqlıdır

Avropa şirkətləri Rusiya ilə biznes əlaqələrini bərpa etməyə maraq göstərirlər. BİG.AZ xəbər verir ki, bu barədə Rusiyanın Avropa İttifaqındakı ticarət nümayəndəliyi "İzvestiya" qəzetinə açıqlamasında bildirib. Nümayəndəlik qeyd edib ki, sanksiya təzyiqlərinə və Avropa İttifaqının açıq şəkild

12:30 251
.

200 ilin ilk qadın edamı son anda LƏĞV OLUNDU

ABŞ-ın Tennessi ştatında federal apellyasiya məhkəməsi 50 yaşlı Krista Geyl Paykın edamını son anda dayandırıb. xarici KİV-ə istinadla bildirir ki, ABŞ-ın Altıncı Dairə Apellyasiya Məhkəməsi edamın dayandırılması barədə qərarı iki səsə qarşı bir səslə qəbul edib. Tennessi prokurorluğu dərhal ABŞ Al

19:30 147
.

Klopdan "millidə yetərincə alman yoxdur" iradına cavab

Yurgen Klopp Almaniya milli komandasının heyəti ilə bağlı sosial şəbəkələrdə yayılan irqçi ifadələrə və təhqirlərə sərt münasibət bildirib. "Yeni Sabah" xəbər verir ki, millinin kifayət qədər "alman olmadığı" və ya "ağ dərili futbolçulardan təşkil olunmadığı" barədə irəl

21:00 84
.