Azərbaycan universitetləri beynəlxalq tələbə cəlb etməkdə niyə geri qalır? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycan universitetləri beynəlxalq tələbə cəlb etməkdə niyə geri qalır? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAQlobal təhsil bazarında universitetlər arasında rəqabət getdikcə daha çox güclənir və əsas istiqamətlərdən biri xarici ölkələrdən tələbə cəlb etməkdir. Bir çox ölkələr üçün beynəlxalq tələbələr yalnız təhsil mübadiləsi deyil, həm də iqtisadi gəlir, elmi mühitin inkişafı və universitetlərin qlobal nüfuzunun artırılması deməkdir. Lakin Azərbaycanda bəzi ali təhsil müəssisələrinin bu istiqamətdə kifayət qədər aktiv olmadığı, xarici tələbə cəlb etmək üçün sistemli və geniş miqyaslı strategiyaların yetərincə inkişaf etmədiyi müşahidə olunur.

Bu isə universitetlərin beynəlxalq reytinqlərdə mövqeyinə və ölkənin təhsil ixracı potensialına təsir edən əsas amillərdən biri kimi qiymətləndirilir. Bu vəziyyət fonunda əsas sual ondan ibarətdir ki, Azərbaycan universitetləri qlobal təhsil rəqabətində daha fəal iştirak etmək üçün hansı addımları atmalıdır və beynəlxalq tələbələr üçün daha cəlbedici mühit necə formalaşdırıla bilər.
Azərbaycan universitetləri beynəlxalq tələbə cəlb etməkdə niyə geri qalır? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı təhsil eksperti Şəmsi Qoca BiG.AZ-a açıqlamasında bildirdi ki, dünyanın aparıcı universitetləri üçün xarici tələbə sadəcə bir "gəlir mənbəyi" deyil, həm də universitetin beynəlxalq nüfuzunu (reytinqini) qaldıran, elmi potensialını zənginləşdirən və ölkənin "yumşaq güc" (soft power) siyasətinə xidmət edən mühüm amildir. Onun sözlərinə görə, bizim universitetlərin bu prosesdə passiv qalmasının arxasında isə bir neçə ciddi divar dayanır: "Xarici tələbə reytinq arxasınca qaçır. Qərb və ya Asiya universitetləri "QS World University Rankings" və ya "Times Higher Education" kimi qlobal siyahılarda ön sıralarda yer almaq üçün çarpışırlar. Bizim ali məktəblərin əksəriyyəti isə hələ də bu beynəlxalq reytinq platformalarında görünmür və ya çox geridə qalır. Tələbə diplomunun dünyada tanınacağına əmin olmalıdır; bu zəmanət zəif olduqda maraq da ölür.

Xarici universitetləri hərəkətə gətirən ən böyük qüvvə rəqabət və maliyyə müstəqilliyidir. Bizim universitetlərin böyük qismi isə daxili bazardan - dövlət sifarişli (ödənişsiz) və yerli ödənişli tələbə axınından asılıdır. Hər il minlərlə yerli gəncin universitetlərə qəbul olması ali məktəb rəhbərliklərində bir növ "arxayınlıq" yaradır. "Onsuz da auditoriyalarımız dolur" təfəkkürü, xarici bazarlara çıxmaq üçün əlavə enerji və vəsait xərcləmək həvəsini azaldır.

Xarici tələbəni cəlb etmək üçün ingilis dilində yüksəkkeyfiyyətli, müasir standartlara cavab verən proqramlar olmalıdır. Təəssüf ki, bir çox universitetlərimizdə hələ də xarici dildə sərbəst mühazirə oxuya bilən, beynəlxalq elmi jurnallarda məqalələri dərc olunan professor-müəllim heyətinin sayı yetərli deyil. Tədris proqramları çox vaxt qlobal əmək bazarının tələbləri ilə səsləşmir, köhnə nəzəriyyələrə əsaslanır.

Dünya universitetləri dünyanın dörd bir tərəfində təhsil sərgiləri keçirir, rəqəmsal marketinq alətlərindən istifadə edir, xarici tələbələr üçün xüsusi təqaüd proqramları (scholarship) təsis edirlər. Bizim universitetlərin isə xaricdə tanıdılması, brendləşdirilməsi demək olar ki, yox səviyyəsindədir. Beynəlxalq əlaqələr şöbələri çox vaxt yalnız kağız üzərində, rəsmi protokolları icra etmək üçün fəaliyyət göstərir.

Xarici tələbə təkcə dərs keçməyə gəlmir, həm də yaşamağa gəlir. Müasir kampuslar, tələbə yataqxanaları, sosial və mədəni mühit təhsilin ayrılmaz hissəsidir. Bizdə isə tələbə yataqxanalarının vəziyyəti, universitet daxili sosial aktivliklər xarici gəncləri cəlb edəcək səviyyədə deyil. Bakıda mənzil kirayəsinin baha olması və digər məişət çətinlikləri də bura əlavə olunur.

Son olaraq qeyd edim ki, Bizim universitetlərin xarici tələbə cəlb etməməsi maraqsızlıqdan daha çox, qlobal təhsil rəqabətinə hazır olmamaqdan irəli gəlir. Universitet rektorları mütərəqqi menecerlərə çevrilməyincə, ali məktəblər daxili arxayınlıqdan qurtulub elmi fəaliyyəti beynəlxalq müstəviyə daşımayınca, bu mənzərə dəyişməyəcək. İnsan kapitalının inkişafı, təhsilimizin milli çərçivədən çıxıb bəşəri dəyərə çevrilməsindən keçir".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 704   Tarix: 12 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dünyanın ən dəqiq saatı yaradıldı

Sinqapur Milli Universitetinin Kvant Texnologiyaları Mərkəzinin alimləri lütetium elementindən istifadə etməklə dünyanın ən dəqiq atom saatlarından birini hazırlayıblar. "Qafqazinfo" xəbər verir ki, "Nature" jurnalında dərc olunan araşdırmaya görə, saatın keçid tezliyi 19 onluq yer

22:15 1
.

Kollecdə 360 min manatlıq yeyinti: Sabiq direktorlar pulları necə talayıblar?

Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin korrupsiyada ittiham olunan keçmiş rəhbərlərinin məhkəməsi başlayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində iş üzrə ilk iclas keçirilib. Bu iş üzrə 4 nəfər - sabiq kollec direktorları Fəxrəddin Zeynalo

16:13 193
.

Pul yığıram, bəs sonra? - İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Aylıq gəlirinizdən müəyyən məbləği kənara qoyursunuz. Bir müddət sonra yığımınız formalaşır. Pulunuzu xərcləmək istəmirsiniz, amma onu sadəcə saxlamaq da sizə kifayət etmir. Bu zaman sizi sadə bir sual düşündürür: "Bəs pulumu necə dəyərləndirim. İnvestisiya haqqında düşünəndə isə suallar artır

20:00 120
.

ABŞ-nin mediaya "dövlətə xəyanət" ittihamı: "Müəmmalı məqamlar var"

ABŞ-nin müdafiə naziri Pit Heqset Amerika mediasını İranla müharibəni işıqlandırdığına görə dövlətə xəyanətdə ittiham edib. Heqset bu barədə Virciniya ştatının Kuantiko şəhərində yerləşən Dəniz Piyadaları Korpusunun bazasında çıxışı zamanı danışıb. "Azad mətbuat, əlbəttə, vacibdir. Lakin hərbçilər

14:59 202
.

Türkiyədə mədəndə uçqun: Dağıntılar altında qalanlar var

Türkiyənin Manisa bölgəsinin Soma rayonunda yerləşən mədənlərdən birində uçqun baş verib. xəbər verir ki, bu barədə "Demirören" agentliyi məlumat yayıb. İlkin məlumatlara əsasən, uçqun altında qaldığı ehtimal edilən yeddi işçidən ikisi xilas edilib. Beş nəfərin dağıntılar altında qaldığı bildirilir

21:30 44
.

Ölkənin inkişaf tarixində yeni səhifə

"Ümummilli Lider Heydər Əliyevin 3 oktyabr 1993-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkənin inkişaf tarixində yeni səhifə açıldı. Əminliklə demək olar ki, 3 oktyabr 1993-cü il tarixində keçirilmiş prezident seçkiləri müstəqil Azərbaycan dövləti üçün qurtuluşa apara

11:55 323
.

Aİ şirkətləri Rusiya ilə biznes əlaqələrini bərpa etməkdə maraqlıdır

Avropa şirkətləri Rusiya ilə biznes əlaqələrini bərpa etməyə maraq göstərirlər. BİG.AZ xəbər verir ki, bu barədə Rusiyanın Avropa İttifaqındakı ticarət nümayəndəliyi "İzvestiya" qəzetinə açıqlamasında bildirib. Nümayəndəlik qeyd edib ki, sanksiya təzyiqlərinə və Avropa İttifaqının açıq şəkild

12:30 251
.

200 ilin ilk qadın edamı son anda LƏĞV OLUNDU

ABŞ-ın Tennessi ştatında federal apellyasiya məhkəməsi 50 yaşlı Krista Geyl Paykın edamını son anda dayandırıb. xarici KİV-ə istinadla bildirir ki, ABŞ-ın Altıncı Dairə Apellyasiya Məhkəməsi edamın dayandırılması barədə qərarı iki səsə qarşı bir səslə qəbul edib. Tennessi prokurorluğu dərhal ABŞ Al

19:30 147
.

Klopdan "millidə yetərincə alman yoxdur" iradına cavab

Yurgen Klopp Almaniya milli komandasının heyəti ilə bağlı sosial şəbəkələrdə yayılan irqçi ifadələrə və təhqirlərə sərt münasibət bildirib. "Yeni Sabah" xəbər verir ki, millinin kifayət qədər "alman olmadığı" və ya "ağ dərili futbolçulardan təşkil olunmadığı" barədə irəl

21:00 84
.