Saniyələr içində minlərlə ölüm: Gəmi toqquşması bir şəhəri necə məhv etdi?

Saniyələr içində minlərlə ölüm: Gəmi toqquşması bir şəhəri necə məhv etdi?1917-ci ilin dekabrında Kanadanın Halifax şəhərində baş verən faciə bu günə qədər insan tarixindəki ən güclü qeyri-nüvə partlayışlarından biri kimi qəbul edilir. Hadisənin səbəbi limanın dar boğazında iki gəminin cəmi təxminən 1,6 km/saat sürətlə toqquşması olub.

Qaynarinfo xəbər verir ki, bu barədə "Indian Defence Review" yazıb.

I Dünya müharibəsi dövründə Halifax Atlantik okeanı üzərindən hərbi yüklərin daşınması üçün əsas limanlardan biri idi. 6 dekabr 1917-ci ildə Fransa yük gəmisi "Mont-Blanc" təxminən 2367 ton partlayıcı maddə daşıyırdı.

Limanın dar hissəsində o, Norveç gəmisi "Imo" ilə qarşılaşıb. Manevr zamanı anlaşılmazlıq nəticəsində toqquşma baş verib və "Imo"nun burnu Fransız gəmisinin gövdəsinə daxil olub.

Zərbədən yaranan qığılcımlar gəmidəki yüksək partlayıcı yükləri alovlandırıb və qısa müddət sonra nəhəng partlayış baş verib.

Partlayış zamanı şəhərin 2,5 kvadrat kilometrdən çox hissəsi tamamilə dağılıb. Təxminən 18 metr hündürlüyündə sunami dalğası limana daxil olaraq bir neçə məhəlləni su altında qoyub. Zərbənin gücü o qədər böyük olub ki, "Imo" gəmisi sahilə atılıb.

Rəsmi məlumatlara görə, 1963 nəfər həyatını itirib, təxminən 9 min nəfər yaralanıb. 1600-dən çox bina dağılıb.

Qurbanların böyük hissəsi dənizçi deyil, şəhər sakinləri olub. O vaxt Halifaxda 80 minə yaxın insan yaşayırdı və bu faciə əhalinin təxminən 2 faizini bir neçə saniyədə məhv edib.

Hadisədən sonra liman qaydaları sərtləşdirilib və dar keçiddə eyni anda yalnız bir gəminin hərəkət etməsinə icazə verilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 757   Tarix: 12 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dünyanın ən dəqiq saatı yaradıldı

Sinqapur Milli Universitetinin Kvant Texnologiyaları Mərkəzinin alimləri lütetium elementindən istifadə etməklə dünyanın ən dəqiq atom saatlarından birini hazırlayıblar. "Qafqazinfo" xəbər verir ki, "Nature" jurnalında dərc olunan araşdırmaya görə, saatın keçid tezliyi 19 onluq yer

22:15 1
.

Kollecdə 360 min manatlıq yeyinti: Sabiq direktorlar pulları necə talayıblar?

Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin korrupsiyada ittiham olunan keçmiş rəhbərlərinin məhkəməsi başlayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində iş üzrə ilk iclas keçirilib. Bu iş üzrə 4 nəfər - sabiq kollec direktorları Fəxrəddin Zeynalo

16:13 193
.

Pul yığıram, bəs sonra? - İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Aylıq gəlirinizdən müəyyən məbləği kənara qoyursunuz. Bir müddət sonra yığımınız formalaşır. Pulunuzu xərcləmək istəmirsiniz, amma onu sadəcə saxlamaq da sizə kifayət etmir. Bu zaman sizi sadə bir sual düşündürür: "Bəs pulumu necə dəyərləndirim. İnvestisiya haqqında düşünəndə isə suallar artır

20:00 120
.

ABŞ-nin mediaya "dövlətə xəyanət" ittihamı: "Müəmmalı məqamlar var"

ABŞ-nin müdafiə naziri Pit Heqset Amerika mediasını İranla müharibəni işıqlandırdığına görə dövlətə xəyanətdə ittiham edib. Heqset bu barədə Virciniya ştatının Kuantiko şəhərində yerləşən Dəniz Piyadaları Korpusunun bazasında çıxışı zamanı danışıb. "Azad mətbuat, əlbəttə, vacibdir. Lakin hərbçilər

14:59 202
.

Türkiyədə mədəndə uçqun: Dağıntılar altında qalanlar var

Türkiyənin Manisa bölgəsinin Soma rayonunda yerləşən mədənlərdən birində uçqun baş verib. xəbər verir ki, bu barədə "Demirören" agentliyi məlumat yayıb. İlkin məlumatlara əsasən, uçqun altında qaldığı ehtimal edilən yeddi işçidən ikisi xilas edilib. Beş nəfərin dağıntılar altında qaldığı bildirilir

21:30 44
.

Ölkənin inkişaf tarixində yeni səhifə

"Ümummilli Lider Heydər Əliyevin 3 oktyabr 1993-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkənin inkişaf tarixində yeni səhifə açıldı. Əminliklə demək olar ki, 3 oktyabr 1993-cü il tarixində keçirilmiş prezident seçkiləri müstəqil Azərbaycan dövləti üçün qurtuluşa apara

11:55 323
.

Aİ şirkətləri Rusiya ilə biznes əlaqələrini bərpa etməkdə maraqlıdır

Avropa şirkətləri Rusiya ilə biznes əlaqələrini bərpa etməyə maraq göstərirlər. BİG.AZ xəbər verir ki, bu barədə Rusiyanın Avropa İttifaqındakı ticarət nümayəndəliyi "İzvestiya" qəzetinə açıqlamasında bildirib. Nümayəndəlik qeyd edib ki, sanksiya təzyiqlərinə və Avropa İttifaqının açıq şəkild

12:30 251
.

200 ilin ilk qadın edamı son anda LƏĞV OLUNDU

ABŞ-ın Tennessi ştatında federal apellyasiya məhkəməsi 50 yaşlı Krista Geyl Paykın edamını son anda dayandırıb. xarici KİV-ə istinadla bildirir ki, ABŞ-ın Altıncı Dairə Apellyasiya Məhkəməsi edamın dayandırılması barədə qərarı iki səsə qarşı bir səslə qəbul edib. Tennessi prokurorluğu dərhal ABŞ Al

19:30 147
.

Klopdan "millidə yetərincə alman yoxdur" iradına cavab

Yurgen Klopp Almaniya milli komandasının heyəti ilə bağlı sosial şəbəkələrdə yayılan irqçi ifadələrə və təhqirlərə sərt münasibət bildirib. "Yeni Sabah" xəbər verir ki, millinin kifayət qədər "alman olmadığı" və ya "ağ dərili futbolçulardan təşkil olunmadığı" barədə irəl

21:00 84
.